Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Land
Land Rover
Land Rover — İngilis bir nəqliyyat vasitəsi istehsalçısı. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. == Haqqında və yaranışı == 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Kiss Land
Kiss Land — kanadalı müğənni The Weeknd-in ilk albomu. 10 sentyabr 2013-cü ildə XO və Republic Records tərəfindən buraxılıb.
Yongma Land
Yongma Land (kor. 용마랜드) – Cənubi Koreyanın Seul şəhərinin Çunnan rayonunda yerləşən tərk edilmiş əyləncə parkı. Nostalji görüntüsü səbəbilə fotoqraflar, kospleyerlər, eləcə də, K-pop müğənniləri və qrupları arasında populyar yerdir. == Tarixi == "Yongma Land" 1980-ci ildə ailəvi əyləncə parkı kimi açılmışdır. Həmin dövr Cənubi Koreyada tema parkalarının populyarlaşdığı və xaricə səyahətin geniş yayılmadığı dövr olduğu üçün "Yongma Land" 1990-cı illərin ortalarına qədər popular əyləncə parkı olmuşdur. Parkda həmin dövr üçün Cənubi Koreyada nadir olan açıq üzgüçülük hovuzu və ən böyük qarda sürüşmə təpəsi yerləşirdi. 1989-cu ildə "Lotte World" adlı daha böyük əyləncə parkının açılmasından sonra "Yongma Land" öz populyarlığını itirməyə başlamışdır. 1995-ci ildə parkda yenidənqurma işləri aparılsa da, parka bitişik olan beşmərtəbələli idman kompleksinin tikintisi iqtisadi böhran səbəbilə 1999-cu ildə dayandırılmışdır. 2011-ci ildə əyləncə parkı kimi fəaliyyət göstərməsi üçün müvafiq lisenziya verilməmiş və park fəaliyyətini dayandırmışdır. == Xüsusiyyətlər == Park tərk edilmiş və baxımsız vəziyyətdədir.
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.
Mon-de-Land
Mon-de-Land (fr. Mont-de-Lans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38253. Kommunanın 1999-cu il üçün əhalisi 1 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Nordenşyold Land Milli Parkı
Nordenşyold Land Milli Parkı (norv. Nordenskiöld Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisinə 1207 km² quru və 155 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. == PLMN kodu == PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI == PLMN kodlarında aparıcı sıfırlar == MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Sassen-Byunsov Land Milli Parkı
Sassen-Byunsov Land Milli Parkı (norv. Sassen-Bünsow Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşən milli park. Milli park ərazisi 1 230 km²-dir. Park 2003-cü ildə təşkil olunmuşdur. Balina ovçusu olan Hilmar Nyoys Sassen çayının şimal axarlarında Fredheym balina ovu stansiyasını təşkil etmişdir. park ərazisində, Ekser vadisində Şpitsbergen arxipelaqının ən hündür şəlaləsi yerləşir.
Ancient Dreams in a Modern Land
Ancient Dreams in a Modern Land — uelsli müğənni Marinanın beşinci studiya albomu. Bu onun 14 ildir müqavilə bağladığı Atlantic Records tərəfindən buraxılan sonuncu albomudur. Albom 11 iyun 2021-ci işıq üzü görüb. O, dördüncü studiya albomu "Love + Fear" buraxıldıqdan beş ay sonra, 2019-cu ilin avqustunda bu albom üçün mahnılar yazmağa başlayıb. Albomun prodüserliyini Marinanın özü, Cennifer Desilveo və onun əvvəlki albomu üzərində işləyən Ceyms Flanniqan etmişdir. Albom pop, elektropop və dans-pop janrındadır. Mahnıların sözləri feminizm, iqlim dəyişikliyi, qadın düşmənçiliyi, qəlb qırılması və irqçilik kimi aktual məsələlər haqqındadır.
Blood and Sand
The Land Is Inhospitable and So Are We
The Land Is Inhospitable and So Are We — amerikalı müğənni Mitskinin yeddinci studiya albomu. 15 sentyabr 2023-cü ildə Dead Oceans tərəfindən buraxılıb. Albomun prodüserliyini Patrik Haylend etmişdir. Albomdan ilk sinql "Bug Like an Angel" 26 iyul 2023-cü ildə yayımlanıb.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Tiber çayı
Tibr və ya Tiver (it. Tevere, lat. Tiberis) — Appenin yarımadasında çay, Uzunluğuna görə İtaliya çaylarının arasında üçüncüdür.
Timer (Şaran)
Timer (başq. Тимер, rus. Тимирово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Miçurinsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 68 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Lana
Ketrin Coy "Si Cey" Perri və ya Lana (24 mart 1985, Geynsvill[d], Florida) — ABŞ güləşçisi, modeli, aktrisa, rəqqasəsi və müğənnisi. O, hazırda peşəkar güləşçi Rusev-in meneceridir. O, Sovet İttifaqında Latış (Latviya) Sovet Sosialist Respublikasında onun uşaqlığının bir neçə ilini keçirdi, harada ki onun atası Xristian missioneri kimi işlədi.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir. Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. == Toponimikası == Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.("Albaniya tarixi", II kitab, 50-ci fəsil). Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k., Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b..
Tand
Tand (fr. Tende, oks. və it. Tenda) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 177,47 km², əhalisi 2025 nəfərdir (2006) artım tendensiyası ilə: 2153 nəfər (2012), əhalinin sıxlığı 12,1 nəfər / km²-dir. == Coğrafiyası == Coğrafi mövqe Roya çayının sahillərində, Fransız Provansı ilə İtaliyanın Piemont şəhərləri arasındakı sərhəddə, dağ yarığında yerləşir. 1947-ci ilə qədər Tand İtaliyanın bir hissəsi idi. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 2114 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Timbe-du-Sul
Timbe-du-Sul (port. Timbé do Sul) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5136 nəfərdir. Ərazisi 333,426 кm²-dir. Əhalinin sıxlığı 15,4 nəfər/кm²-dir. Bələdiyyə 23 sentyabr 1967-ci ildə yaradılmışdır.
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Tumblr
Tumblr ― ABŞ mərkəzli bir sosial şəbəkə və bloq veb saytıdır. 2007-ci ilin fevral ayında David Karp və Marko Arment tərəfindən qurulmuşdur. Yarandığı gündən iki həftə ərzində 75 000 istifadəçiyə çatan saytın təkcə ABŞ-də 13,4 milyon istifadəçisi var. Tumblr-ın digər oxşar saytlardan fərqi, populyar sosial şəbəkə saytları ilə tam harmoniyada işləməsidir. Beş il müddətində reklamsız Tumblr-un əsas gəlir mənbəyi, xüsusi mövzular satışından əldə olunan paylar və yazılarını vurğulamaq istəyən istifadəçilər tərəfindən ödənilən bir dollar haqqı idi. Sayt ilk böyük reklam kampaniyasına imza atdığı Adidas idman geyim şirkəti ilə başladı. Tumblr 20 May 2013-cü il tarixində Yahoo! Şirkət tərəfindən təxminən 1,1 milyard dollara satın alındı. Xidmət istifadəçilərə multimediya və digər məzmunu qısa formalı bloqda yerləşdirməyə imkan verir. İstifadəçilər digər istifadəçilərin bloglarını izləyə bilərlər.
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).