DİVİZİYA
DİYAR-DİYAR
OBASTAN VİKİ
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Doğma Diyar (2003)
Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. == Haqqında == Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.
Yeniləşmiş Diyar (1984)
== Məzmunu == Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Doğma diyar (film, 2003)
Ulu diyar (film, 1984)
== Məzmun == Film Naxçıvan MSSR-in əldə etdiyi nailiyyətlərdən, respublikanın şöhrətli əməkçilərindən danışır. Burada diyarın qədim memarlıq abidələri, ədəbiyyat və incəsənət əsərləri öz əksini tapmışdır. Kinolent muxtar respublikanın 60 illiyinə həsr edilmişdir. == Film haqqında == Film Naxçıvan MSSR Partiya Komitəsinin sifarişi ilə çəkilmişdir.
Yeniləşmiş diyar (film, 1984)
== Məzmunu == Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Aleksandrovsk rayonu (Stavropol diyarı)
Aleksandrovsk rayonu (rus. Александровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Aleksandrovskoye kəndidir. Əhalisi 45 709 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının mərkəzi hissəsində yerləşir. Şimalda Petrov rayonu, şərqdə Novoselitsk rayonu, cənubda Mineralovod rayonu və qərbdə Qraçyovski və Andropov rayonları ilə sərhəddir. == Tarixi == Aleksandrovsk rayonu Stavropol diyarının ən qədim ərazi qurumlarından biridir. Rayonun ərazisinə birləşdirilmə və ixtisar edilmə sayəsində sahəsi dəfələrlə dəyişmişdir. 1924-cü ildə Stavropol quberniyasının Aleksandrovsk qəzasının volostları və kəndlərinin bir hissəsi Georgiyevsk, Kursav və Mineralovodsk bölgələrinə verildi və qəzasının özü mərkəzi Rostov-na-Donu şəhəri olan Şimali Qafqaz diyarının Stavropol rayonunun bir hissəsi olaraq Aleksadrovsk aryonuna çevrilir. 1932-ci ildə Sablinsk, Yujno Osetinski, Svobodnenski, Suxopadenski kənd sovetləri Georgiyevsk rayonundan Aleksandrovsk rayonuna verildi.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Aqlon diyarı
== Ərazisi == Aqlon diyarının ərazisi 392,70 Km2-dır. Aqlon diyarına 4 volost daxildir.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Astara Tarix-Diyarşünaslıq Muzeyi
Astara Tarix — Diyarşünaslıq muzeyi — H.Əliyevin təşəbbüsü və rəhbərliyi muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlıması qərarında Astara Tarix — Diyarşünaslıq muzeyi öz əksini taparaq yaradılmışdır. == Muzeyin tarixi == Muzey 4 yanvar 1980-ci tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir. Muzey 3 şöbə və 6 bölmədən ibarətdir. Muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir. == Muzeyin eksponatları == Muzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeydə ümumi eksponatların sayı 7839 ədəd təşkil edir. == Muzeyin ekspozisiya bölmələri == Təbiət və Orta əsrlər bölməsi. Milli Mədəniyyət İnqilab bölməsi. Müharibə bölməsi vəMüasir həyat bölməsi.
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi — Ağcabədi rayonunda yerləşən muzey. Əsası 1980-ci ildə qoyulmuş muzeydə, hazırda 5000-ə yaxn eksponat saxlanılır. == Muzey haqqında == İki mərtəbədən ibarət olan muzey binasının ümumi sahəsi 1830m2 olub 6 ekspozisiya otağından ibarətdir. Hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirərərk, ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI–V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir. == Muzeyin tarixi == 1980-ci ildən fəaliyətə başlayan muzey binanın sahəsi 700m2. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi — Ağdam şəhərində yaradılmış muzey. == Muzeyin tarixi == 1962-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərində fəaliyyətə başlamışdır. Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi. 1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kəndi Mədəniyyət Evinin binasında 100 eksponatla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi.
Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi
== Muzeyin tarixi == Muzey 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır. Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 25 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir. == Muzey fondu == Muzeyin fondu 2 hissədən olmaqla. əsas və köməkçi fonddan ibarətdir. Əsas fondda məişət və etnoqrafik əşyalar, kağız və fotosənədlər üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanır.Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. == Muzeyin yeni binası == Muzey 2015-ci ildə yeni binaya müasir binaya köçürülmüşdür. == Muzey ekspozisiyası == Muzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir: Türyançay dövlət qoruğu Qədim kənd təsərrüfatları alətləri XIX əsrə aid kənd evinin maketi İnqilablar dövrü Böyük Vətən Müharibəsi Rayonun incəsənət xadimləri Müasir Ağdaş Eksponatlar xronoloji qaydada yığılmışdır.
Aşağı Kartli diyarı
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.
Balakən Tarix-Diyarşünaslıq Muzeyi
Balakən rayon Tarix- Diyarşünaslıq muzeyi — 1984-cü ildə fəaliyyətə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb. == Muzey binası == Muzey birmərtəbəli binada yerləşir. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır. == Muzey eksponatları == Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə daş , tunc, erkən orta əsrlər və orta əsrlər , XVIII, XIX, XX əsrlər və müasir dövrə aid eksponatlar nümayiş olunur. Muzeyin fondu 5158 ədəd eksponat təşkil edir. Muzeyin 7 ekspozisiya zalında eksponatlar nümayiş etdirilir: Qədim dövrlərə aid eksponatlar Orta əsrlərə aid eksponatlar Rayonun əkinçilik adətlərini əks etdirən eksponatlar Rayonun yerli məişət əşyaları Rayonun diyarşünaslığını əks etdirən eksponatlar Rayonun flora və faunasına aid eksponatlar Rayonun yeraltı və yerüstü sərvətlərini əks etdirən eksponatlar. == Muzey ekspozisiyası == Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur.
Banska Bistritsa diyarı
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildə Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılmış muzey. == Muzeyin tarixi == 1981-ci ildə yaradılan muzeyin binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. == Muzeyin eksponatları == 2018-ci ildə muzeyin 1050 kvadratmetrlik yeni binasında ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq mövcud idi. Muzeyin fondunda və kolleksiyasında tunc, dəmir dövrünə aid, erkən orta əsr və orta əsrlərə aid gil və saxsı qablar, şirli və şirsiz qab nümunələri, XIX əsrə aid mis qablar və s. eksponatlar var. Ekspozisiya salonunda Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, fotolar və tarixi məlumatlar nümayiş etdirilir. Ən uzunömürlü eksponat e.ə. II–III minilliyə aid güldanlardır. Bardaq və güldanlar olan digər eksponatlar isə e.ə.
Bokovsk rayon diyarşünaslıq muzeyi
Bokovski Rayon Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Bokovsk stanisasında yerləşən diyarşünaslıq muzeyi. Muzey 1976-cı ildə təşkil edir. 1982-ci ilin 2 may tarixində ilk nümsyişi gerçəkləşmişdir. Muzeyin adresi: Rostov vilayəti, Bokovski yaronu, Bokovski stanisası, Teliçenko küçədi, 18. == Tarixi və təsviri == 1976-cı ildə Böyük vətən müharibəsi veteranı Aleksandr Daniloviç Krasnoqlazov "Selskaya nov" qəzetinin 57-ci sayında Bokovski rayonu sakinlərinə müraciət ünvanlayır. Burada rayon tarixi ilə əlaqəli eksponatların toplanılaraq diyarşünaslıq muzeyinin təşkil edilməsi müraciətini edir. Bokovsk rayon diyarşünaslıq muzeyi 5 may 1982-ci ildə Rostov vilayəti Bokovsk stanisası ərazisində muzey açılır. Muzey binası Bokovsk raykomunun göstərişinə əsasən inşa edilir. Bina iki mərtəbədən ibarətdir. Muzeydə 2637 eksponat toplanmışdır.
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adasının cənub-qərbində yerləşən Otkrıtıy burnundan 500 m aralıda yerləşir. Ada 1 km uzunluğa və 500 m enə malikdir. Adada gözlə seçiləcək yüksəklik yoxdur. Şimal sahili sıldırımlıdır.
Mariupol Diyarşünaslıq Muzeyi
Mariupol Diyarşünaslıq Muzeyi (ukr. Маріупольський краєзнавчий музей) — Ukraynanın Mariupol şəhərində, Georgievskaya küçəsi 20 ünvanında yerləşən diyarşünaslıq muzeyi. Muzey Donetsk vilayətinin cənub hissəsinin təbii şəraitini və vilayətinin qədim zamanlardan indiki dövrə qədərki tarixini əhatə edir. Muzeyin əsas fəaliyyət istiqamətləri kolleksiya, sərgilər, tədqiqatlar, elmi təhsil və kitabxanadır. 2022-ci ildə Mariupolun mühasirəsi zamanı dağıdılmışdır. == Tarixi == Muzey 6 fevral 1920-ci ildə Mariupol İnqilab Komitəsinin şəhər xalq maarif şöbəsi tərəfindən yaradılmışdır. Bu , Donetsk vilayətində ilk dövlət muzeyi olmuşdur. Muzey tədqiqatçılarının səylərinin nəticəsi Azov ətrafındakı ərazilərdə qoruqların yaradılmasına öz töhfəsini vermişdir. Bunlara Xomutov çölü (1926), Belosaray dili (1927) və daş qəbirlər (1927) aiddir. 1937-ci ildə Mariupol Muzeyi regional muzey statusu əldə etmiş və "Donetsk Regional Diyarşünaslıq Muzeyi" adını almışdır.
Melitopol Şəhər Diyarşünaslıq Muzeyi
Melitopol Şəhər Diyarşünaslıq Muzeyi (ukr. Мелітопольський міський краєзнавчий музей) — Ukraynanın Melitopol şəhərində yerləşən muzey. 2010-cu ildən 2022-ci ilin işğalına qədər muzeyin direktoru Leyla İbrahimova idi. == Tarixi == Muzeyin açılışı 1921-ci ilin mayın 1-də baş vermişdi. Onun ilk direktoru pedaqoq D. Serdyukov idi. 1934-cü ildə muzeyə oblast səviyyəli qurum statusu verilmişdi. 1928-ci ildə muzey üç balaca otaq və bir dəhliz əhatə edirdi. Həmin üç otaqda tarix, təbiət, etnoqrafiya və arxeologiya şöbələri yerləşirdi. Muzeyin o zaman böyük sayda eksponat var idi, lakin muzey direktoru İ.P. Kurılo-Krımçak onların üçün yerin çatışmazlığını və onların sistemsiz təşkilatlanmasını tənqid edirdi. Erkən 1930-cu illərində Kurılo-Krımçaq Şimali Azovyanıda konservasiya işi aparmağa başlayıb, ordaki təbii qoruqları kənd təsərüfatı üçün zəbtindən müdafiə edirdi.
Nikolayev Vilayət Diyarşünaslıq Muzeyi
Nikolaev Vilayəti Diyarşünaslıq Muzeyi (ukr. ) — Ukraynanın ilk antik muzeylərindən biridir. == Tarix == Muzey 1803-cü ildə qurulmuşdur. Muzeyin açılışı Qara dəniz donanmasının və limanların baş komandiri Markiz de Traversin tapıntıların saxlanması zərurəti ilə əlaqədar qərarı ilə yaradılan nadir əşyalar ofisinin açılması ilə əlaqədardır. 1806-cı ilə qədər bu, Novorossiyanın bütün arxeoloji tapıntılarının gətirildiyi yeganə muzey idi. 1838-ci ildə şəhər admirallığı ekspozisiyalar üçün xüsusi pavilyon tikir. XIX əsrin ortalarında bir çox eksponatlar Odessa, Kerç, Xerson və digər şəhərlərdə muzeylərin açılması üçün əsas olmuşdur. 1856-cı ildə Krım müharibəsində Rusiya imperiyasının məğlubiyyətindən sonra və sülh müqaviləsinin şərtləri nəticəsində Nikolayevdəki dəniz müəssisələrinin ştatları xeyli ixtisar edilir. Nadirlər kabineti də ləğv olunur. Beləliklə, qiymətli əşyalar kolleksiyaları lazımi diqqətdən kənarda qalaraq müxtəlif şəhər müəssisələrinin fondlarına və arxivlərinə köçürülür.
Odessa Tarix-Diyarşunaslıq Muzeyi
Odessa Tarix-Diyarşunaslıq Muzeyi" (ukr. Одеський історико-краєзнавчий музей) — Odessa şəhərinin və diyarının tarix-diyarşunaslıq muzeyi. == Muzeyin binası == Muzey Odessanın tam mərkəzində, Qavannaya küçəsi, 4 ünvanında yerləşir. Muzeyin binası 1876-cı ildə məşhur Odessa memarı Feliks Qonsiorovski tərəfindən tikilmişdir. Bina o dövrün sənaye və ticarət elitasının əsas nümayəndələrindən biri, birinci gildiyanın məşhur Odessa taciri İlya Novikovun nəvəsi, 1806-cı ildə əsası qoyulmuş kəndir zavodunun sahibi Aleksandr Yakovleviç Novikov üçün tikilmişdir. İki mərtəbəli malikanənin memarlığında, Feliks Qonsiorovskinin əvvəlki yaradıcılığında olduğu kimi, İtaliyanın memarlıq irsindən çəkilmiş naxış və motivlərin müxtəlifliyi ilə son İntibah formalarının istifadəsinə əsaslanan üslub ruhu üstünlük təşkil edir. 1899-cu ilə qədər malikanə Odessada "Novikovun evi" kimi tanınırdı. 20-ci əsrin əvvəllərində şəhər hakimiyyəti tərəfindən bina satın alınır. 1907-ci ildə ev Odessa Ticarət Məclisinə icarəyə verilir. 1917-ci ilin oktyabrından sonra burada sahiblər tez-tez dəyişirdilər.
Silvan (Diyarbəkir)
Silvan (kürd. Farqîn; osman. ميا فارقين, Meyafarikîn) — Türkiyənin Diyarbəkir vilayətində şəhər və rayon. Rayon əhalisi 87,639 nəfərdir. Silvan qalası, Malabadi körpüsü, Hassuni mağara şəhəri, Səlahəddin Əyyubi məscidi, Zəmbilfroş qalası, Əyyubi Kot minarəsi, Bəhlül bəy məscidi, qədim Xaldey kilsəsi (Bələdiyyə məscidi) və Bosat qalası, həmçinin muzey və tarixi malikanələr bu rayonda yerləşir. == Tarixi == === Qədim dövr === Silvan bir neçə alim tərəfindən Ermənistan krallığının kral Tiqran (e.ə. 95–55-ci illərdə hökmranlıq etmişdir) tərəfindən tikilmiş və onun şərəfinə adlandırılmış paytaxtı olan Tiqranakert şəhərinin iki mümkün yerindən biri (digəri Arzen) kimi müəyyən edilmişdir. E.ə. 69-cu ildə Roma Respublikasının ordusu Tiqranakert döyüşündə Tiqranın qoşunlarını məğlub etmişdir. Şəhər sonrakı onilliklərdə ticarət və ellinizm mədəniyyətinin inkişaf edən mərkəzi kimi əhəmiyyətini itirmişdir.
Fırtınalar diyarı
Fırtınalar diyarı (mac. Viharsarok, alm. Sturmland‎) — rejissor Adam Çasinin 2014-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Andraş Sütö, Adam Varqa və Sebastian Urzendovski oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyanın Berlin şəhərində 8 fevral 2014-cü ildə keçirilən 64 Beynəlxalq Film Festivalında baş tutmuşdu. "Fırtınalar diyarı" rejissor və ssenari müəllifi Adam Çasinin ilk tammetrajlı filmidir; film utancaq və qətiyyətsiz gey futbolçunun ehtiraslı əlaqələrindən bəhs edir. Hekayə örtüyü arxasında, rejissor Adam Çasi müasir Macarıstanda olduqca sıx rast gəlinən "cinsi oriyentasiyasına görə ayrı-seçkilik" problemini ifşa edir. Homoseksuallar adətən marjinalizasiya (təcrid olunma) və stiqmatizasiya (təhqir olunma) ilə üzləşdikləri üçün, tez-tez həmin ölkədə yaşayan ekstremist qrupların qurbanı olurlar. Yaxşı aktyor oyunu və uğurlu vizual effektlərə malik olan filmdə, cütlüyün dərin düşünülmüş hissiyyatlığı o qədər yüksək təsvir edilir ki, bunun yalnız filmdə mümkün olacağını düşünürsən, lakin "Torpa" demək olar ki, düz yerə basmır — çox pis haldır ki, son səhnə bu qədər ümidsizlik ötürür: ssenaridə mövzuya aid elə faktlar verilir ki, sonda düşünürsən, nəyə görə finalda bu qədər mənəvi detallara yer verilir? Bütün bunlara baxmayaraq, Çasinin istək və homofobiyanı əks etdirən sərt draması xüsusi qeyd edilməyə və artxaus sevərlərin diqqətinə layiqdir.
Heyvanlar diyarı
Heyvanlar diyarı və ya Zoopolis — 2016-cı ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 3D animasiya filmi. "Zoopolis" cizgi filmi Disneyin 55-ci bədii filmidir. Sirr, cinayət, macəra, komediya və ailə janrındadır. Filmin əsas məzmununda: polis olmaq istəyən bir dovşanın xəyallarının arxasınca getməsini və xəyalına çatdıqdan sonra uğradığı xəyal qırıqlığını, amma buna baxmayaraq, işini etmək üçün əlindən gələni etdiyini görürük. Rejissorluğu Byron Howard ve Rich Moore tərəfindən hazırlanan filmin səsləndirməsində Jennifer Gudvin, Cason Batmen, Idris Elba, Ceny Sleyt, Nayt Torens, Bonie Hunt, Don Layk, Tommy Çong, J.K.Simmons, Oktavia Spenser, Alan Tudyk ve Şakira yer almaktadır. == Personajlar == Cizgi filmin personajları və onları səsləndirənlər: Judi Hops — Jennifer Gudvin; Nik Vayld — Cason Batmen; Gazella — Şakira; Idris Elba — Bogo; Oktavia Spenser — Xanım Oterton; Bonie Hunt — Bonie Hops; J.K.Simmons — Mayor Lionhert; Nayt Torens — Klavhaus; Ceny Sleyt — Assistant mayor Bellveter; Alan Tudyk — Duyk Veslton; Tomy Çyong — Yaks; Don Layk — Stu Hops; == Gələcək == === Mümkün davamı === 2016-cı ilin iyununda Howard və Moore "Heyvanlar diyarı" filminin davamı ehtimalı haqqında danışıqlar aparırdılar. === Televiziya === 12 Noyabr 2021-ci ildə Disney serialın 2022-ci ildə buraxılacağını təsdiqlədi və həmçinin filmin daha əvvəl serialda olması təsdiqlənməmiş personajların daxil olduğu ilk görünüş tizer şəklini yayımladı. Serial Trent Correy və Josie Trinidad tərəfindən idarə olunacaq. == Mahnılar == Cizgi filmin mahnıları Miçel Jiaçino tərəfindən bəstələndi. Şakira, Gazelle roluna "Try Everyting" adlı mahnısı da əlavə etdi.
Qərib cinlər diyarında
== Məzmun == Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz. Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Hikmət Ziya Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim rəssamı: Əlisəttar Atakişiyev Bəstəkar: Arif Məlikov Səs operatoru: Vladimir Savin Mahnıların mətni: Hikmət Ziya Rejissor: Arif Həbibi Rejissor assistenti: Y.Əhmədov, Fərid Hümbətov Rəqslərin quruluşçusu: Rəfiqə Axundova, Maqsud Məmmədov Dekor rəssamı: Fikrət Ələkbərov, Gennadi Tişşenko Qrim rəssamı: N.Veselova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Operator assistenti: A.Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur) Rəssam assistenti: E.Muradova, R.Xanukayeva Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı Dirijor: V.Meşşerin Filmin direktoru: Əli Məmmədov Mahnıları ifa edən: Akif İslamzadə Kadrarxası mətn: Həsənağa Turabov (titrlərdə yoxdur) === Rollarda === Bəxtiyar Xanızadə — Qərib; Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz Ələsgər Məmmədoğlu — Əsra Mübariz Əlixanoğlu — Kəsra Əhməd Əhmədov — Riqdas Gündüz Abbasov — iblis Yusif Yulduz — falçı Sadıq Hüseynov — əsir qoca Gümrah Rəhimov — kəndli S.Əliyev-Cəllad Ramiz Əzizbəyli — Əxras Rəşid Mahmudzadə — cin Cəmilə Atayeva — cin Fərəc Fərəcov — qara cin (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Pərviz Bağırov — Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Səməndər Rzayev — Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Köçərilər diyarı
Köçərilər diyarı (ing. Nomadland) — 2020-ci il ABŞ istehsalı drama filmi. Rejissoru və ssenari müəllifi Xloya Çjaodur. Film Cessika Bruderin 2017-ci ildə yazdığı "Nomadland: Surviving America in the Twenty-First Century" kitabı əsasında çəkilib. Film ABŞ-də köçəri həyat tərzi yaşayan dul qadının həyatından bəhs edir. Xloya Çjao və Frensis Makdormand filmdəki işinə görə "Oskar" mükafatına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == searchlightpictures.com/nomadland/ — Köçərilər diyarının rəsmi saytı Köçərilər diyarı — Internet Movie Database saytında.
Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. == Haqqında == Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.

Digər lüğətlərdə