MİNBAŞI
MİNDƏBİR
OBASTAN VİKİ
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır.

Digər lüğətlərdə