ÇELTİK
ÇENE
OBASTAN VİKİ
Cozef Çemberlen
Cozef Çemberlen (ing. Jozef Chamberlain; 8 iyul 1836[…], London – 2 iyul 1914[…], London) — Böyük Britaniya dövlət xadimi, fabrikant, Ostin və Nevill Çemberlenin atası. == Fəaliyyəti == Siyasi fəaliyyətinin ilk dövründə Liberallar partiyasının radikal cinahına mənsub olmuşdur. 1873 — 1876-cı illərdə Birminhem meri olmuş, 1876-cı ildə parlament deputatı seçilmişdir. 1880 — 1885-ci illərdə Vilyam Qladston hökumətinə daxil olmuşdur. İrlandiyaya muxtariyyət verilməsinə etiraz əlaməti olaraq Çemberlen və onun tərəfdarları Liberallar partiyasından çıxaraq mühafizəkarlara qoşulmuşdular. 1895 — 1903-cü illərdə müstəmləkələr naziri, ingilis-bur müharibəsi (1899 — 1902) dövründə Böyük Britaniyanın müstəmləkə ekspansiyasının əsas ilhamçısı və təşkilatçısı olmuşdur. 1906-cı ildə xəstəliyi ilə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdır.
Edvard Çemberlin
Edvard Hastinqs (Heystinqs) Çemberlin (ing. Edward Hastings Chamberlin; 18 may 1899[…], Vaşinqton – 16 iyul 1967[…], Kembric, Massaçusets) — amerikalı iqtisadçı, inhisarçı rəqabət nəzəriyyəsinin banisi, Miçiqan, Harvard və Kopenhagen universitetlərində iqtisadiyyat professoru. == Bioqrafiyası == Vaşinqton ştatının keşiş ailəsində anadan olub. Edvard Çemberlinin atası bir protestant keşişi idi. Edvard 1921-ci ildə Ayova Universitetini bitirdi. Bir il sonra Miçiqan Universitetində magistr dərəcəsini aldı. 1927-ci ildə Harvard Universitetində inhisarçı rəqabət mövzusunda dissertasiya müdafiə etdi. 1967-ci ildə ölümünə qədər bütün sonrakı fəaliyyətlər Harvard Universitetində müəllimliklə əlaqələndirilir. Bir il İkinci Dünya Müharibəsi dövründə ABŞ Strateji Xidmətlər Bürosunda işləməyə və müharibə bitdikdən dərhal sonra Paris Universitetində bir il müəllimliyə həsr olundu. 1951-ci ildə nəzəri yeniliklərinin müddəalarını izah etmək üçün Qərbi Avropa ölkələrinə səyahət etdi.
Merilin Çembers
Merilin Çembers (22 aprel 1952 – 12 aprel 2009) — pornoaktrisa, siyasətçidir. == Həyatı == Merilin Çembers 1952-ci ildə doğulmuşdur. Merilin 1970-ci ildə yuyucu tozun reklamına çəkildikdən sonra bütün Amerikada məşhurlaşmışdır. Porno ulduzun 50 yaşı tamam olduqda qəfildən siyasətlə məşğul olmağa qərar verib. Müxtəlif partiyalara qoşulandan 2 dəfə ABŞ-nin vitse-prezident postuna namizədliyini irəli sürüb – 2004 və 2008-ci illərdə, amma seçkilərdə lazım olan səsi yığa bilməyib. Merilin Çembers 2009-cu ildə vəfat etmişdir.
Nevill Çemberlen
Artur Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937 — 1940-ci illərdə Böyük Britaniyanın 60-cı baş naziri. == Həyat və fəaliyyəti == Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930 — 1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937 — 1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) rəğmən Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. == Ədəbiyyat == Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor). The Origins of the Second World War.
Ostin Çemberlen
Ostin Çemberlen (ing. Joseph Austen Chamberlain; 16 oktyabr 1863[…], Birminhem, Vorvikşir qraflığı – 16 mart 1937, London) — Böyük Britaniya dövlət xadimi. == Haqqında == Mühafizəkar C. Çemberlenin oğlu. 1892-ci ildən parlament üzvü idi. 1924–29-cu illərdə xarici işlər naziri olmuşdur. Böyük Britaniyanın Avropada rəhbər mövqe tutmasına səy göstərmiş, SSRİ və Fransaya qarşı mübarizə məqsədilə Almaniyanın yenidən militaristləşdirilməsinə tərəfdar çıxmışdır. Çemberlen SSRİ ilə diplomatik əlaqələri kəsməyin (1927, may) və ona qarşı yeni hərbi müdaxilə cəhdlərinin təşəbbüsçülərindən biri olmuşdur. Ömrünün son illərində Almaniyanın təcavüzkarlıq niyyətlərinin təhlükəli olduğunu göstərmişdir.
Ouen Çemberlen
Ouen Çemberlen (ing. Owen Chamberlain; 10 iyul 1920[…], San-Fransisko, Kaliforniya – 28 fevral 2006[…], Berkli, Kaliforniya) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik. == Həyatı == Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut Kollecində və Berkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndi1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi. 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı. 1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar.
Çemberlen
Çemberlen — soyad. Bu soyadı olan tanınmışlarCozef Çemberlen — Böyük Britaniya dövlət xadimi. Nevill Çemberlen — 1937—1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. Ouen Çemberlen — Ostin Çemberlen — Böyük Britaniya dövlət xadimi.
Çembers qraflığı (Alabama)
Çembers dairəsi (ing. Chambers County) — ABŞ-nin Alabama ştatının şərq mərkəzi hissəsində yerləşən bir qraflıq. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 34,772 nəfərdir. Qraflıq mərkəzi Lafayet şəhəridir. Ən böyük şəhəri Valli adlanır. Dairə alabamalı ABŞ senatoru Henri N. Çembersin adını daşıyır.
Özge Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. == Karyerası == Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. == Karyerası == Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Aleks Oksleyd-Çemberlen
Aleks Oksleyd-Çemberlen (15 avqust 1993, Portsmut, Hempşir qraflığı[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
бала́нс валя́льщица закликать мальчишня́ медиары́нок отрыга́ться распатро́нивать везу́честь голанта́рктика деклина́ция осмотри́тельность отлу́пливаться первоочередни́к переска́зываться прикла́дываться раскрути́ться стилиза́тор мордофиля ashcake butt-end demurrage fellowly jolty neutralism котиться