Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
DiHaj
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Başlanğıc === Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur.
Ekipaj
Ekipaj və ya Gəmi heyəti (fr. équipage — "gəminin qurulması"; "gəmi komandası"; fr. équiper — "təmin etmək, qurmaq") — hərəkət edən nəqliyyat vasitəsində birgə işi və ya tapşırığı yerinə yetirmək üçün təşkil edilmiş ierarxik stkuktura malik olan insan qrupu. Gəminin, təyyarənin, tankın və s.-nin şəxsi heyəti (komandası). "Ekipaj" sözü dənizçilik praktikasından gəlir.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Tikab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Tipaza
Tipaza (Şenuva-bərbər. Bazar, ⴱⴰⵣⴰⵔ, ərəb. تيپازة‎ ) — Əlcəzairdə bərbərdilli şəhər və Tipaza əyalətinin paytaxtı. Roma imperiyasının tərkibində olanda Tipasa adlanırdı. Müasir şəhər 1857-ci ildə qurulmuş və qədim xarabalıqları və qumlu sahili ilə diqqətəlayiqdir. Qədim Roma tərəfindən fəth edilən Tipasa karfagenlilərə məxsus köhnə ticarət məntəqəsi idi. Şəhər daha sonra imperator Klavdi tərəfindən Mavritaniya krallıqlarının fəth edilməsi üçün hərbi koloniyaya çevrildi. Şəhər, Roma qubernatorluğunun son əsrlərində, üç basilika ilə vacib bir xristian mərkəzi olaraq xidmət etdi. Eramızın 430-cu ildə Tipasa Vandallar tərəfindən dağıdıldı, lakin bir əsr sonra Bizans tərəfindən yenidən quruldu. Yeddinci əsrin sonlarında şəhər Əməvilərin qüvvələri tərəfindən dağıdıldı və xarabalığa çevrildi.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Titan
Titan (Ti) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 22-ci element. Yüngül, güclü, parlaq, korroziyaya qarşı müqavimətli bozumtul bir keçid metalıdır. Titan dəmir, alüminium, vanadium, molibden kimi elementlər ilə aşqarlanmış edə bilər. Bu güclü, yüngül ərintilər havaçılıq (reaktiv mühərrikləri, mərmilər və kosmos vasitələri) hərbi sənaye əməliyyatlar (kimyəvilər və neft məhsulları çıxarılması, təmizlənməsi stansiyaları, kağız xəmiri və kağız) avtomobil, yemək, tibb (protezler, implantlar, dental endodontik vəsaitlər, dental implantlar), idman əşyaları, zərgərlik, mobil telefonu, və digər proqramlarda istifadə edilir. Titan 1791 tarixində William Gregor tərəfindən İngiltərədə kəşf edildi və Martin Heinrich Klaproth tərəfindən, Yunan mifologiyasındakı Titana istinadən bu şəkildə adlandırıldı. Element bir neçə mineral depozit tapılar. Bunlardan prioritetli olanlar yer qabığında və litosferdə geniş dağılmış olan rutil və ilmenittir. Titan az qala bütün canlı varlıqlarda, qayalarda, sularda və torpaqda tapılar. Metal başlıca mineral cevherlerinden Kroll əməliyyatı və Hunter əməliyyatı üsulları ilə çıxarılır. Ən məşhur qarışığı olan titan dioksid ağ piqment emalatında istifadə edilir.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tiya
Tiya — Yuyanın qızı, firon III Amenofisin arvadı.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Mangifera taipa
Mangifera taipa (lat. Mangifera taipa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Marsel Kipaç
Marsel Kipaç (12 fevral, 1894 - 12 avqust, 1915) — Elektronika, maqnetizm, akustika, səs siqnallarının ötürülməsi sahələri üzrə xorvat ixtiraçı. == Haqqında == Marsel Krijevtsıda nüfuzlu Kipaç ailəsində anadan olmuşdur. Kipaç ailəsi Krijevtsıya XIX əsrin əvvəllərində gəlmiş və şəhərdə nüfuzlu ailəyə çevrilmişdir. O, Berlində iqtisadiyyat, Şarlottenburqda isə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 16 mart 1910-cu ildə Berlində 15 yaşlı oğlan - Marsel dəmir və ya maqnitik gücün köməyi olmadan şimalı göstərə bilən dəniz kompası hazırlamışdır. O, təkmilləşdirilmiş versiyanı 20 dekabr, 1911-ci ildə Londonda patentləşdirdi. Fransada o arabanın işıqlandırılması üçün dinamonu patentləşdirdi. Bu ixtira elektrik generatorun arabanın mexaniki sürücüsü ilə kombinəedilmiş versiyası idi. Onun "kiçik transformatoru" aşağı gərginlikdə "Kipaç-Veyland Sistemi" nə uyğun olaraq geniş tətbiq olundu. O elektrikin qidalandırma blokunu söndürməyi də patentləşdirib.
Miraj 2000
Dasso "Miraj" 2000 (Dassault Mirage 2000) — 1970-ci ildə Dasso şirkəti tərəfindən hazırlanan dördüncü nəsil fransız çoxməqsədli qırıcısı. XX əsrin sonu XXI əsrin əvvəli Fransanın əsas hərbi təyyarəsi. Asiya, Avropa və Latın Amerikasının bir neçə ölkəsinin arsenalına daxildir. Miraj 2000 yığma konveyeri 2007-ci ildə son təyyarənin təhvil verilməsindən sonra dayandırılıb. Sonuncu Miraj 2000 23 noyabr 2000-ci ildə Yunanıstanın HHQ-nə verilmişdi. Fransanın HHQ Miraj 2000 təyyarəsini, 27 iyun 2006-cı ildə silahlanmaya qəbul olunan çoxməqsədli Dassault Rafale qırıcısı ilə əvəz etdilər.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Nicki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
TPAO
Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) (Türkiyə Neft Şirkəti) 1954-cü ildə milli şirkət olaraq Türkiyədə karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neft və qazın emalı və marketinq fəaliyyətlərində iştirak etmək məqsədi ilə yaradılmışdır. Milli iqtisadiyyatın mühüm aktoru olan TPAO Türkiyə neft sənayesində bir çox “ilklər”ə imza atmışdır Yarım əsrdən çox tarixə malik olan şirkət, Türkiyəyə Petkim, Tüpraş və POAŞ da daxil olmaqla 17 böyük şirkətin yaranmasına səbəb olmuşdur. 1983-cü ilə qədər inteqrasiya olunmuş neft şirkəti kimi kəşfiyyatdan tutmuş hasilata, neft emalına, marketinq və nəqliyyata qədər neft sənayesinin bütün fəaliyyət sahələri ilə məşğul olmuşdur. Bu gün TPAO sırf upstream (kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilat) sektorunda iştirak edən milli neft şirkətidir.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.