Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hollywood Tonight
"Hollywood Tonight" — Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral 2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart 2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir. == Çıxarılması == Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır. Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Knight's & Magic
Knight's & Magic (ナイツ&マジック, Naitsu to Majikku, azərb. Cəngavərin & magiyası‎) — Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 11 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır. == Məzmun == Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
One Night (mahnı)
One Night – Elvis Presleynin ifa etdiyi və onun məşhurlaşmasına səbəb olmuş mahnı. Mahnı valın digər üzündə olan "I Got Stung" mahnısıyla birgə satışa çıxarılmışdır. Mahnı Elvisə böyük uğur gətirmiş və böyük tamaşaçı kütləsi toplamışdır. Hit paradlarda da mahnının reytinqi çox uğurlu olmuşdur. Belə ki, mahnı iki həftə ərzində UK Singles Chartda birinciliyini qorumaqla yanaşı, ABŞ – da pop sinqllar çatında dördüncü, R&B chartda isə onuncu yerə kimi yüksəlmişdir. Mahnı ilk dəfə "One Night (of Sin)" adıyla New Orleandan olan musiqiçi Smiley Lewis tərəfindən ifa edilmişdir. Lakin mahnının Smiley Lewisin ifasnda böyük uğur qazandığını demək olmaz. Elvis mahnının ilk versiyasını 1957-ci il 18 yanvarda lentə aldırır. Lakin bu versiya 1983 – cü lə kimi işıq üzü görmür. Lakin Elvisin münücüri və səsyazma studiyası mahnıya yeni sözlərin yazılmasını və Elvisin mahnını bu sözlərlə yenidən ifa etməsini təklif edirlər.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
Up All Night
Up All Night — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın debüt studiya albomu. 18 noyabr 2011-ci ildə Syco Records tərəfindən buraxılıb.
Spirit of the Night
Spirit of the Night (azərb. Gecənin ruhu‎) — San-Marinonun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. San Marinolu ifaçı Valentina Monetta və Amerikalı ifaçıCimmi Vilson duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı ilə San-Marinonu Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Ralf Ziqel, sözləri isə Steven Barnakl və Cutta Staudenmayerə aiddir.
Strangers In The Night
Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı. İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar. Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur. Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir. Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.
That Night (Carousel mahnısı)
That Night (azərb. O gecə‎) — Latviyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Carousel "That Night" mahnısı ilə Latviyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Markis Vasilyevskis və Aleksandrs Volks, sözləri isə Sabine Juqaya aiddir.
This Is the Night
This Is the Night (azərb. Bu gecə həmin gecə‎) – Maltanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleyanın müsabiqədə ifa etdiyi mahnı.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Skeleton Knight in Another World
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır. Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Oyunun baş qəhrəmanı yapon videooyunçudur.
One Night's Not Enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
A Night at the Symphony
A Night at the Symphony — İslandiya müğənnisi Leyveyin, İslandiya Simfonik Orkestrinin müşayiəti ilə ifa etdiyi canlı albom və konsert videosu. 2 mart 2023-cü ildə buraxılıb. Konsert 26–27 oktyabr 2022-ci il tarixlərində Reykyavik şəhərindəki Harpa konsert zalında baş tutub.
Stenfordda John S. Knight Jurnalistika Təqaüdləri
Stenfordda John S. Knight Jurnalistika Təqaüdləri — haqqında məlumatlar. Stenford Universitetində ödənişli 9 aylıq jurnalistika təqaüdüdür. ABŞ-də işləyən jurnalistlər üçün mövcud olan 20 belə proqramdan biridir. Hər il beş illik təcrübəyə malik 20-yə qədər jurnalistə verilən təqaüddür. Qəbul abituriyentlərin "həll etmək istədikləri jurnalistika problemini müəyyən etmək və ifadə etmək" bacarığına əsaslanır. 1966-cı ildə Stanford Universitetində Peşəkar Jurnalistika Təqaüd Proqramı açılmlşdı. 1984-cü ildə Amerikalı qəzet naşiri və redaktoru Con S. Naytın şərəfinə adlandırılmışdır.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
A Night at the Opera (albom)
A Night at the Opera – Queenin 1975-ci ildə satışa çıxan albomu. Roy Thomas Baker & Queen tərəfindən hazırlanmışdır. Bu albomda 2 single var. Onlar "Bohemian Rhapsody", "You're My Best Friend"-dir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
I've Been Waiting for This Night
I've Been Waiting for This Night (azərb. Mən bu gecəni gözləyirdim‎) — Litvanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Donni Montell "I've Been Waiting for This Night" mahnısı ilə Litvanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveç bəstəkarları Conas Tander və Beatris Robertsson tərəfindən bəstələnmişdir.
In the Heat of the Night (albom)
In the Heat of the Night – Pet Benatarın 1979-cu ildə çıxardığı ilk albomudur. Bu albom "Billboard 200" hit-paradında 12-ci mövqe saxlamışdır.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.