Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toronto
Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur. Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir. Torontoda ibtidai və orta təhsili təmin edən dörd ictimai məktəb şurası fəaliyyət göstərir: "Gələcəyim"Katolik Məktəb Şurası, Viamonde Məktəblər Şurası(CSV), Toronto Katolik Rayon Məktəblər Şurası(TCDSB) və Toronto Şəhər İdarə Heyəti(TDSB).
Rockstar Toronto
Rockstar Toronto (əvvəllər — Rockstar Canada) — Oakvill, Ontario, Kanadada yerləşən Rockstar Games şirkətinin hesabatlarının aparıldığı və oyunların təkmilləşdirildiyi ofisi. Ofis Toronto şəhərindən təxminən 20 dəqiqəlik yolda yerləşir. Şirkət 2002-ci ilədək Rockstar Canada adı altında fəaliyyət göstərsə də, 2002-ci ildə Rockstar Games tərəfindən adı dəyişdirilərək Rockstar Toronto adlandırılmışdır. Nintendo Wii oyun konsolunun satışa çıxarılmasından sonra, Rockstar Toronto bu konsol üçün oyunların portasiya edilməsini öz üzərinə götürdü. Onların son layihəsi: 2015-ci ildə satışa çıxarılan Grand Theft Auto V videooyunu olmuşdur.
Toronto Raptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Reptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Toronto Universiteti
Toronto Universiteti (ing. University of Toronto) — Şimali Amerikanın ən böyük elmi-tədqiqat mərkəzlərindən biri. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir. 15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. ilə sıx əlaqələr qurur. 1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir. 1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır.
Toronto bayrağı
Toronto bayrağı (fr. Drapeau de Toronto) – Kanadanın Ontario əyalətinin Toronto şəhərinin bayrağı. 21 yaşlı Corc Braun Kolleci tələbəsi Rene de Santis tərəfindən dizayn olunmuşdur və 1974-cü ildə Qədim Toronto Bayraq Dizayn Komitəsinin təşkil etdiyi müsabiqədə qalib gəlmişdir. 1997-ci ildə şəhərlə bağlı aparılan dəyişikliklərdən sonra yeni şəhər şurası yeni dizayn axtarmağa başlamış, lakin təklif olunan variantların heç birini qəbul etməmişdir. De Santis orijinal bayraq üzərində bir neçə kiçik dəyişiklik aparmağı təklif etmiş və hazırladığı yeni bayraq 1999-cu ilin oktyabrında qəbul olunmuşdur. Bayraqda göy fonda Toronto Şəhər Zalının əkiz qüllələri təsvir olunmuşdur. Ən aşağıdakı qırmızı ağcaqayın yarpağı isə qüllələrin aşağısındakı Şura Bölməsini təmsil edir. Yuxarıdakı və qüllələr arasındakı boşluq "T" hərfi şəklindədir və şəhərin adının ilk hərfinə işarədir. Bayrağın bir versiyası Toronto Yanğınsöndürmə Xidmətinin sərəncamında olan "William Lyon Mackenzie" yanğınsöndürən qayığında istifadə olunur. Toronto bayrağı Toronto.ca rəsmi saytında.
Came məscidi (Toronto)
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır. Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış və burada şəhərin ilk islam mərkəzini qurmuşdur. == Tarixi == Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir. İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır. == Mübahisələr == Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir.
Cami məscidi (Toronto)
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır. Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış və burada şəhərin ilk islam mərkəzini qurmuşdur. == Tarixi == Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir. İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır. == Mübahisələr == Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir.
Toronto Metropolitan Universiteti
Toronto Metropolitan Universiteti (TMU) — Kanadanın Toronto şəhərində ictimai tədqiqat universiteti. Universitetdə 7 akademik bölmə/fakültə fəaliyyət göstərir: İncəsənət fakültəsi İctimai Xidmətlər fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Elm fakültəsi Yaradıcılıq məktəbi Linkoln Aleksandr Hüquq məktəbi Ted Roçers İdarəetmə məktəbi. Məktəb universitetin biznes məktəbi kimi xidmət edir. Universitetdə həmçinin G. Raymond Şang Davamlı Təhsil məktəbi xidmət göstərir. Məktəb 400-dən çox kurs təklif edir. Əksər fakültələr daha kiçik şöbələrə və məktəblərə bölünür. Universitet Kanada Universitetləri və Beynəlxalq Universitetlər Assosiasiyası kimi bir sıra Milli və Beynəlxalq təhsil təşkilatlarının üzvüdür. Universitetin Biznes məktəbi həmçinin Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası tərəfindən akkreditə olunub. Universitet 1948-ci ildə Kanadanın qərbində Dövlət məktəbləri və Müəllim kollecləri sisteminin inkişafında böyük rolu olan Egerton Rayersonun adını daşıyan Rayerson Texnologiya İnstitutu kimi təsis edilmişdir. 1964-cü ildə müəssisə əyalət qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edildi və Rayerson Politexnik İnstitutu adlandırıldı.
Toronto Beynəlxalq Film Festivalı
Toronto Beynəlxalq Film Festivalı (ing. Toronto International Film Festival) qısaca TIFF — hər il 480 mindən çox insan iştirak edən dünyanın ən böyük ictimai film festivallarından biri. 2016-cı ildə festivalda 83 fərqli ölkənin istehsalı olan 397 film ekranlarda göstərildi. Festivalda 480 min nəfər izləyicini 5 min nəfərlik işçi heyəti qarşılamışdır. Festival 1 maydan sonrakı cümə axşamı gecəsi (Kanadada sentyabr ayının ilk bazar ertəsi günü) başlayır və on bir gün davam edir. Festivalda həmçinin Xalqın seçimi mükafatı tədbiri də keçirilir. Festivalın hazırkı idarəçi direktoru Kameron Beleydir. 2021 Toronto Beynəlxalq Film Festivalı 9-18 sentyabr 2021-ci il tarixi aralığında baş tutmuşdur. tiff.net — Toronto Beynəlxalq Film Festivalının rəsmi saytı Toronto Beynəlxalq Film Festivalı — Internet Movie Database saytında.
Taranto
Taranto — İtaliyaın cənubunda Puglia regionundadə eyni adı daşıyan Taranto vilayəti mərkəzi və bir liman şəhəridir. Eyni zamanda Taranto rayonunun mərkəzi, əhəmiyyətli bir hərbi baza və əhəmiyyətli bir ticarət mərkəzidir. İtalyan filolarının yerləşdiyi və ordunun olduğu strateji bir mövqeyə sahib Tarantoda (31.6.2010 etibarilə) bələdiyyə sərhədləri içində 192.520 adam yaşayır. Qədimdə Tarent (lat. Tarentum) adlandırılmışdır.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Trento
Trento — İtaliyada Trentino-Alto Adige Muxtar Vilayətinin paytaxtı və eyni adı daşıyan Trento (Muxtar) vilayətinin mərkəzidir. Şəhərin əhalisi 111.000 nəfərdir. Bələdiyyə Başçısı Alberto Pacherdir. 157 km²-lik bir sahəyə malikdir.
Dominik Toretto
Dominik Toretto — Forsaj franşizasından Vin Dizelin canlandırdığı uydurma personaj. Cinayət həyatına gəncliyində yük maşınlarından DVD pleyerlər oğurlamaqla başlayan Dominik, son olaraq Rioda 100 milyon dollarlıq quldurluqla başa çatdırıb. Komandası və ailəsi ilə sülh içində yaşayacağını düşünərkən, Oven Şov komandasının dağılmasına səbəb olmuş və bu səbəbdən komandanın önəmli üzvlərindən olan Giselle Harabonun ölümünə səbəb olmuşdur. Daha sonra Oven Şovun böyük qardaşı Dekard Şov işə qarışdı və Hanı öldürdü. Buna görə də komanda yenidən birləşərək onun izinə düşürlər. == İnkişaf == Sürətli və Qəzəbli film seriyası Vibe jurnalının 1998-ci il may sayında çıxan küçə yarışları haqqında "Racer X" məqaləsindən ilhamlanıb.Atasının bir avtomobil yarışında ölümünün şahidi olan Dom, kiçik bacısı Mia Torettoya qulluq etmək və ondan asılı olan yarışçılara rəhbərlik etmək məsuliyyəti ilə qalır.Vin Dizelin Sürətli və Qəzəbli filmində rol almaq üçün 2,5 milyon dollar, Sürətli Beşlikdə rol almaq və istehsal etmək üçün isə 15 milyon dollar ödədiyi bildirilir.
Otranto boğazı
Otranto boğazı — Adriatik dənizi ilə İon dənizlərini birləşdirən Apennin və Balkan yarımadaları arasındakı boğaz. İtaliya və Albaniya arasında sərhəd rolunu oynayan bu beynəlxalq əhəmiyyətli boğazın uzunluğu 72 km (45 mil)-dir.
Taranto knyazlığı
Taranto knyazlığı - Taranto qraflığının statusunun yüksəldilməsi nəticəsində yaradılmışdı. İlk knyazı həm də Antakiya knyazlığının hakimi olan Tarentli Bohemund idi.
Vilyam Tornton
Dr. William Thornton (20 may 1759[…] – 28 mart 1828, Vaşinqton) — Amerikalı fizik, ixtiraçı, rəssam və memar William Thorntonun ən böyük və ən vacib əsəri Birləşmiş Ştatlar Konqres Binasıdır. Dizaynı ona aiddir. Thornton, ABŞ Konqres binasının cavabdeh şəxsinə verilən və vəzifələri arasında binanın qorunması, mühafizəsi, inkişaf etdirilməsi, binaya işçilər qəbul edilməsi və daha da əhəmiyyətlisi Konqres binasının tikilməsinə cavabdeh olan Bina Memarlığı vəzifəsinə təyin edilmiş ilk insandır. Amerika Birləşmiş Ştatları Patent Administrasiyasının ilk prezidentidir.
Toronlu İzabella
Toronlu İzabella (ing. Isabella of Toron; XII əsr, bilinmir – XIII əsr, bilinmir) — həmçinin İzabelle və ya Zabel kimi tanınır, Toron Lordu III Onfrua və onun arvadı Etenetta de Miyinin qızı. İzabella özlüyündə Toronun titullu xanımı idi və evliliyi ilə Ermənistanın şahzadəsi olmuşdu. İzabella iki uşağın böyüyü idi, onun kiçik qardaşı Onfrua idi. Uşaqlar hələ yetkinlik yaşına çatmayanda ataları öldü, anası isə daha üç dəfə yenidən evləndi. Analarının Şatilyonlu Reynald ilə üçüncü evliliyindən uşaqlar daha iki bacı-qardaş qazandı: gənc ölən Raymond və VI Attso d'Este ilə evlənən Alisiya. 1181-ci ilin əvvəlində Ermənistan şahzadəsi III Ruben Yerusəlimə ziyarətə getdi və orada 4 fevral 1181/1183-cü ildə Etenettanın müdaxiləsi ilə İzabella ilə evləndi. İzabellanın evliliyindən təxminən bir il sonra onun qardaşı Yerusəlimdən olan I İzabella ilə evləndi. Ruben və İzabella cəmi beş il evli qaldılar, bu müddət ərzində İzabella iki qız doğdu: Alisiya (1182–1234-cü ildən sonra), birinci əri Sasunlu Hethumun, ikinci əri Tripolili qraf IV Raymond və üçüncü əri isə Korikoslu Vahram idi. Filippa (1183–1219-cu ilə qədər), birinci əri Sasun şahənşahı, ikinci əri isə Nikea İmperatoru I Feodor Laskaris idi.
Hayaşi Tomonao
Hayaşi Şihey (林子平, 6 avqust 1738, Edo[d] – 28 iyul 1793, Senday) və ya əsl adı ilə Hayaşi Tomonao (林友直) – Edo dövründə yaşamış Yaponiya hərbi mütəxəssisi. Milli müdafiəni gücləndirmək və Rusiyaya qarşı hazırlıqlı olmaq barədə əsərlər yazmışdır. Rokumusay təxəllüsü ilə tanınmışdır. == Həyatı == Hayaşi Şihey 1738-ci ildə Edo şəhərində doğulmuşdur. 1757-ci ildə Senday hanına – böyük qardaşının Date klanına qulluq etdiyi yerə köçmüşdür. 1767-ci ildən etibarən bir neçə dəfə Edoya gedərək təhsillə məşğul olmuşdur. O, Senday hanına təhsil islahatları və məhsuldarlığı artırmaq üsulları haqqında memoriallar təqdim etmişdir. 1775-ci ildən etibarən üç dəfə Naqasakiyə səyahət etmiş və burada Qərb elmləri ilə maraqlanmışdır. Hayaşi Naqasakidə yaşayan holland tacirlərdən rusların cənuba doğru hərəkət etdiyini eşitdikdən sonra milli müdafiəni gücləndirməyin vacib olduğunu düşünmüşdür. Bu məqsədlə coğrafiya və hərb oxumağa başlamışdır.
Torino FK
Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu. 3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur. 40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu.
Trento Universiteti
Trento Universiteti - İtaliyada ali təhsil müəssiəsi. Rektoru Ton Notermansdır.
Billi Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Billy Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Oront çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.