Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torpaqsız İoann
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Elyanoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. == Botaniki xarakteristikası == Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Torpaqlı (Xudabəndə)
Torpaqlı (fars. تورپاخلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (90 ailə).
Torpaqlı (Ərdəbil)
Torpaqlı (fars. تپراقلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 888 nəfər yaşayır (189 ailə).
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı. Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Torpaqlı Axtarması palçıq vulkanı
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı. Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Torpağın arzusu
"Torpağın arzusu" — azərbaycanlı rəssam Səttar Bəhlulzadənin 1963-ci ildə çəkdiyi rəsm əsəri.
Torpağın deqradasiyası
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir. Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib. Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir. == Ölçmə üsulları == Torpağın deqradasiyasına və onun mühitə təsirini müşahidə etməyin dörd əsas yolu var: Torpağın məhsuldarlıq tutumunun müvəqqəti və ya daimi azalması. Bu hadisə biokütlənin itkisi, potensiyal və ya həqiqi məhsuldarlığın itkisi, torpaq zülallarında, vegetativ örtükdə itki və ya dəyişikliyin müşahidə edilməsi hadisəsinin vasitəsilə qeydə alına bilər İnsan məskənlərini resursla təmin etmək üçün torpağın tutumu üzərində müvafiq əməliyyatlar yerinə yetirmək. Bu torpağın əvvəlki istifadəsinin ana xəttindən hesablana bilər. Biomüxtəlifliyin azalması – ekosistem mürəkkəbliyinin və ya növlərin müxtəlifliyinin azalması. Bu mühit keyfiyyətinin düşməyi deməkdir.
Torpağın humusu
Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq, orada müxtəlif bitki və heyvan qalıqlarını görmək mümkündür. Pinset vasitəsi ilə bu qalıqları torpağın mineral hissəsindən asanlıqla ayırmaq olur. Sonra kimyəvi yolla torpaqda olan humusun və yaxud çürüntünün miqdarını təyin etmək olar. Belə ki, götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə edilməklə, qara maddəni humusu ayırmaq mümkündür. == Torpaqlarda gedən proseslər == Bütün torpaqlarda eyni iki proses gedir. Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra qədər parçalanır. Bu proses üzvi maddələrin minerallaşması adlanır. İkinci proses humusəmələgəlmə prosesidir. Humusəmələgəlmə prosesi çox mürəkkəb bir prosesdir. Humusun əmələgəlmə mənbəyini bitkilərin məhv olan kök və budaqları, tökülən yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir.
Torpağın münbitliyi
Torpağın münbitliyi- torpağın bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və məhsulvermə qabiliyyəti. Torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir. Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaramasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu. Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin münbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir. Münbitlik-torpağı dağ süxurlarından fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir.
Torpağın radioaktivliyi
Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır. Torpağın radiaktivliyi uran, radium, torium və kaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur. == Torpağın radiaktiv çirklənməsi == Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir. Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur.
Torpağın turşuluğu
Torpağın mübadilə turşuluğu – neytral duzların yəni qüvvətli turşularla qüvvətli əsasların birləşmələrindən əmələgələn duzların (NaCl, KCl) məhlullarının təsiri ilə uducu kompleksdən hidrogenin çıxarılması nəticəsində əmələ gələn turşuluqdur. == Hidrogen mübadilə == Uducu kompleksdə hidrogen olan torpaqlara neytral duzlarla təsir etdikdə, onların kationlarda hidrogen mübadilə olur. Sonradan hidrogen KCl-un anion hissəsi ilə (xlorla) birləşib, turşu (HCl-u) əmələ gətirir. Bu turşuluq mübadilə reaksiyası nəticəsində əmələ gəldiyinə görə, bu növ turşuluğa mübadilə turşuluğu deyilir.
Torpağın yaşı
== Torpağın yaşı == Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir. Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət və istiqamətinə təsiri ilə bağlıdır.
Torpağın şorlaşması
Torpağın şorlasması - quru qalıq üzrə duzlar 0,25 %-dan cox və yaxud zəhərli duzların çəkisi 0,1 %-dan çox olduqda. Bunlar su çəkimi üzrə əldə edilir. == Genezisi == Şorlaşma genezisinə görə fərqlanir: Allüvial-çöküntülərdə torpağın şorlaşmasi - çayətrafı və gölətrafı terrasların torpaqlarında minerallaşması qrunt suların yer sathina yaxın olmasi va buxarlanma nəticəsində səthdə duzların toplanmasıdır. Dellüvial-prolüvial çöküntülərdə torpaqların şorlaşması - dağ sistemlərinin şleyflərində yayılmışdır. Göstərilən ərazida suayrıci və dağ ətəklərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın duzları həll edərək özu ilə bərabər dağətəyi düzanlik sahəlarinə aparır. Burada toplanan rnüxtalif duzlar torpaq va qruntun duzlasmasına sabab olur. == Növləri == Torpağın sodalı-sulaftlı şorlasması - torpağın şorlasrnası, torpaqda natrium bikarbonat va natrium karbonatın kəskin çoxalmasi ila fərqlənir (su çəkimi üzra 0,06 % HCO 3 və daha çox). Torpağın sodalı-sulfatlı şorlasması - torpağın şorlasması, torpaqda natrium bikarbonat va natrium karbonatla yanaşı, sulfatların miqdanrının üstünlüyü ilə fərqlənir. Torpağın sulfatlı şorlasması - torpağın şorlasması sulfatın miqdarı digər duzların miqdarından kəskin şəkildə üstündür. Torpağın xloridli-sulfatlı şorlasması - torpağın şorlasması, Torpaqda sulfat va xlorid digər duzlardan çox olmasına gorə fərqlənir.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Adeli torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Aleksandra Torpağı
Aleksandra Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Frans-İosif Torpağı qoruğuna daxil edilmişdir. Şimal-şərqində Qütb Təyyarəçiləri yarımadası yerləşir. Ən hündür nöqtəsi 382 metrdir. == Tarixi == Ada ilk dəfə Bencamin Li Smit tərəfindən kəşf edilmişdir. Hidroloji stansiya, aerodrom, 31-ci bölük Yan İosifoviç Naqurskiyin şərəfinə adlandırılmışdır. Böyük Vətən müharibəsi dönəmində burada almanlara məxsus meteostansiya fəaliyyət göstərmişdir. Üstəlik sualtı qayıqların yanacaqla təminat bazası var idi. Bu obyeklər 1944-cü ilin iyuluna qədər fəaliyyət göstərmişdir.
Andre Torpağı
Andre Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Veydefiord və Vudfiord arasında yerləşir. Şimalı hündürlüyü 700 m olan yayladan, cənubu isə maksimal hündürlüyü 1367 m olan düz təpələrdən ibarətdir. İsveçli qütb araşdırmaçısı Solomon Avqust Andrenin şərəfinə adlandırılmışdır. Ərazisinin böyük hissəsi buzla örtülüdür.
Ay torpağı
Ay torpağı — Ayın səthində olan reqolitin incə hissəsi. Xüsusiyyətləri yerinin səthindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ay torpağının fiziki xüsusiyyətləri, ilk növbədə, davamlı meteorik təsirlər və illər ərzində Günəş və ulduzlararası yüklü atom hissəcikləri tərəfindən bombardman edildiyi bazalt və anortozit süxurların mexaniki parçalanmasının nəticəsidir. Proses, hissəciklərin zaman keçdikcə daha da incə ölçüyə endirildiyi böyük dərəcədə mexaniki aşınmanın yaratdığı bir hava şəraitindən biridir. Bu vəziyyət, molekulyar oksigenin (O2), rütubətin, atmosfer küləyinin və güclü bioloji proseslərə kömək edən bir sıra vasitələrin vasitəçiliyi ilə yerinin səthində torpaq meydana gəlməsi ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Ay torpağı əsasən 1 sm və ya daha az diametrli hissəciklərdən ibarətdir. Ay tozları, Ay torpağından daha incədir. Hansı ölçü fraksiyasının "toz" təşkil etdiyinə dair dəqiq məlumat yoxdur; bəzi hissəciklərin diametri 50 μm, bəziləri isə 10 μm-dən daha azdır. [mənbə göstərin] == Formalaşma prosesləri == Ətraflı bax: Selenologiya Ay torpağının formalaşmasını təşkil edən proseslər aşağıdakı kimidir: [mənbə göstərin] Bölünmə: meteorit və mikrometeoritlərin toqquşması nəticəsində yaranan süxur və mineralların mexaniki olaraq daha kiçik hissəciklərə bölünməsi; Aqqlutinasiya: mineral və qaya parçalarının mikrometeorit təsiriylə şüşəyə çevrilməsi; İonların və yüksək enerjili hissəciklərin təsirinin səbəb olduğu Günəş küləyi səpələnməsi və kosmik şüa yayılması. Bu proseslər zaman keçdikcə Ay torpağının fiziki və optik xüsusiyyətlərini dəyişməyə davam edər və buna kosmosun aşınması deyilir.
Azəri Torpağı
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Baffin Torpağı
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Bunqe Torpağı
Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir. Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir. Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Byunsov Torpağı
Byunsov Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsfordun daxili sahil hissəsini təşkil edir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billefiord, Sassenfiord və Tempelfiord. İsveçli iş adamı Fridrix Byusnovun (1824–1897) şərəfinə adlandırılmışdır. Ərazisində Sassen-Byunsov Land Milli Parkı yerləşir.
Bərgüşad torpağı
Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir == Mahalın tarixindən == == Osmanlı dövrü == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri. == Səfəvi dövrü == Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. 1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi.