Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toxtamış
Toxtamış (1342 – 1406, Çimgi-Tura[d]; Tatarca:Тухтамыш/Tuqtamış; fars. توقتمش‎‎; qaz. Тоқтамыс;) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir. Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Kürd Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Toxtamış xan
Toxtamış (1342 – 1406, Çimgi-Tura[d]; Tatarca:Тухтамыш/Tuqtamış; fars. توقتمش‎‎; qaz. Тоқтамыс;) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir. Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı.
Toxtamış Gəray
Toxtamış Gəray (1589 – 1608) — XVI Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan, kiçik qardaşı Səfər Gərayı isə kalqay elan etdi. O əsnada Toxtamış Gərayın 18 yaşı var idi və İstanbulda özündən dəfələrlə böyük əmisi Səlamət Gəray taxt sırası gözləyirdi. İstanbuldakı tərəfdarlarının da dəstəyini alan Səlamət Gəray 1608-ci ildə xan elan edildi və xanlıq fərmanı alaraq gəmiylə Krıma yola düşdü. Bunu xəbər alan Toxtamış Gəray kiçik qardaşı Səfər Gərayı da yanına alaraq quru yoluyla İstanbula qaçdı. Ancaq bədbəxtlikdən yolda ikən Osmanlı sultanı tərəfindən yeni kalqay təyin edilən Mehmed Gərayla qarşılaşdılar. Çıxan silahlı toqquşmada Toxtamış və qardaşı qətlə yetirildi.
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı.
Toxtamışlı (Miyanə)
Toxtamışlı (fars. تختميشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (28 ailə).
Toxtamışın Moskvaya yürüşü
1382-ci ildə Toxtamışın Moskvaya yürüşü - Qızıl Orda xanı Toxtamışın Böyük Vladimir Knyazlığı torpaqlarına etdiyi yürüşdür. Bu yürüş, 1380-ci ildə Kulikovo döyüşü ardından Moskva knyazı Dmitri Donskoyun Qızıl Ordadan həqiqi asılılığını bərpa edilməsinə yönəldilmişdi. Qəfil hücumun təsiri sayəsində Toxtamış böyük knyazlığın mərkəzi bölgələrin birləşmiş qüvvələrini toqquşmasız dağıtmağa və sonra Qızıl Ordadan asılılığının bərpa olunmasına nail oldu . 1377-ci ildə Bəyaz Orda hökmdarı Toxtamış Xan Ordanın şərq hissəsində paytaxtı Sığnaqı Timurun (Teymurləng) köməyi ilə tutdu və 1379-cu ildə Saray Bərkə və aşağı Don sonra torpaqları ələ keçirdi. Qızıl Ordadalı hökmdar Mamay Kulikovo döyüşündə məğlub olduqdan sonra Krımdakı qalan qüvvələrini Moskva şahzadəsinə qarşı yeni bir hücum üçün topladı (lakin artıq o "sürgün edilmişdi"), lakin bunun əvəzinə Kalke çayı sahilindəki döyüşdə Toktamışla qarşılaşmalı oldu. Döyüşdən əvvəl Mamayın sərkərdələri və mirzələri atlarından düşdülər və Toxtamışa təslim olduqlarını bildirdilər . Mamai bütün topladığı sərvət ilə Krıma qaçdı və burada keçmiş müttəfiqləri genuyalılar tərəfindən soyuldu və öldürdüyünü . Toxtamış, rəqibini və düşmənlərini məğlub etməsi, habelə Qızıl Orda birləşməsi barədə xəbərdarlığı ilə Moskva və digər rus knyazlarına elçilər göndərdi. Səfirlər Toxtamışın Moskva Böyük knyazı Dmitriyə Kulikovo sahəsində Mamai məğlub etdiyi üçün minnətdar olduğunu bildirib. Lakin Toxtamış bildirdi ki, Dmitri hakimiyyəti zorla ələ keçirmiş saxta xanı məğlub edib və indi Qızıl Ordanın başında Çingiz xanın birbaşa sələfi olduğu üçün, qədim dövrlərdə olduğu kimi rus knyazları Qızıl Ordaya xərac verməlidir, bunun əvəzində isə Toxtamış Moskva knyazına mərhəmət və düşmənlərdən qorunmanı vəd etmişdi.