Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Toplama
Toplama və ya Üstəgəlmə (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) — süxurlarda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəticəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyələnir. Yer dəyişmə müstəvinin meyillik bucağına görə dik və maili növlərə ayrılır.
Tozama daymyo
Tozama daymyo (外様大名, hərf. xarici daymyo) – Edo dövründə Yaponiyada mövcud olmuş daymyo sinfi. 1601-ci ildə baş vermiş Sekiqahara döyüşündən sonra Tokuqava şoqunluğunun tərəfində keçən daymyolar və onların davamçıları bu cür adlanırdı. Tokuqava şoqunluğu tərəfindən az etibar edildikləri üçün ayrı-seçkiliyə məruz qalırdılar. Tozama daymyolar daymyo statusunu Oda Nobunaqa və Toyotomi Hideyoşiyə xidmət edərək alan, 1601-ci ildəki həlledici Sekiqahara döyüşündən sonra Tokuqava İeyasunun tərəfinə keçən feodal hakimlər idi. Fuday daymyolar isə Sekiqahara döyüşündən əvvəl də Tokuqavanın müttəfiqi olmuş daymyolar idi. Tozama daymyolar daha böyük topraqlara hakim olsalar da, şoqunluq tərəfindən az etibar edilirdilər və fuday daymyolardan daha aşağı pillədə qərarlaşırdılar. Strateji cəhətdən əhəmiyyətli yerlərdə tozama daymyoların qərarlaşmasına icazə verilmirdi. Fuday daymyolar şoqunluqdan daha asılı olsalar da, siyasi baxımdan tozama daymyolardan üstün idilər. Edo dövrünün əvvəllərində bakufu tozama daymyolar haqqında narahat idi və hər bir nöqsan üstündə onları pisləyirdi, kayeki adlı sanskiyalar tətbiq edirdi. Tozama daymyolar şoqunluğun rocu kimi dövlət əhəmiyyətli vəzifələrinə təyin olunmurdular, lakin istisnalar olurdu: Koreya ilə diplomatik əlaqələri olan So klanı, Edo dövrünün sonlarında vacib vəzifələri tutan Matsumae və Sanada klanları, Tokuqava klanının ordusunda vacib yeri olan Todo klanı bu cür istisnalar idi.
Lizosomal toplanma xəstəlikləri
Lizosomal toplanma xəstəlikləri – bəziləri uşaq yaşlardan əzələ-skelet simptomları ilə gedir və YİA ilə differensasiya etmək lazım gəlir.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az-əbcəd. مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi. Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir. Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır.