Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Echinodorus trialatus
Echinodorus trialatus (lat. Echinodorus trialatus) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü.
Pleurothallis trialata
Acianthera tricarinata (lat. Acianthera tricarinata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Trialet silsiləsi
Trialet silsiləsi (gürc. თრიალეთის ქედი) — Gürcüstanın ərazisində yerləşən dağ silsiləsi. Kür çayının sağ sahili boyunca yerləşir. Silsilə 150–200 km məsafədə uzanır. Tiflisdən qərbdə qərarlaşır. İnzibati baxımından Tetritskaro, Tsalka, Kaspi, kimi vilayətlərin ərazisini əhatə edir. Silsilənin eni 30 km bərabərdir. Öz növbəsində böyük bir suayırıcı rolunu oynayır. Paleogen dönəmində vulkan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Əsasən vulkanik suxurlardan təşkil olunmuşdurSilsilənin ən hündür zirvəsi Şaviklde dağıdır.
Trialeti
Trialeti (gürc. თრიალეთი) — Gürcüstanın Kvemo-Kartli olkəsinin Salka bələdiyyəsi inzibati ərazisində şəhər tipli qəsəbə. Salka dəmir yol stansiyasından 10 km məsafədədir. 1944-cü idən şəhər tipli qəsəbə statusuna malikdir. == Arxeologiya == Ərazisi müxtəlif dövrlərə aid arxieloji tapıntılarla zəngindir. Buna görə ilkin dəmir dövrünə aid 2 arxeoloji mədəniyyətə Trialetinin adı verilmişdir (Trialeti mezolit mədəniyyəti və Trialeti mədəniyyəti).
Trialeti mədəniyyəti
Trialeti mədəniyyəti - Gürcüstan ərazisində tunc dövrünə aid mədəniyyət. Kür-Araz mədəniyyətindən sonra meydana gəlmişdir. == Trialeti mədəniyyətinə aid kurqanlar == E.ə. II minillikdə tunc dövrünün özünəməxsus parlaq mədəniyyəti Mərkəzi və Cənubi Qafqazda meydana gəlmişdi. Onun ən önəmli abidələri Gürcüstan ərazisindəki Trialeti vadisində yerləşir. Əhəmiyyətli abidələrin yerinə uyğun olaraq o, Trialeti mədəniyyəti adlandırılır. Qəbir abidəsinin əksəriyyətini sadə inventarlı toplu qəbirlər təşkil edir. Buradakı ölülər gil meydançaların üzərində dəfn edib, üzərində ağır daşlardan kurqanlar ucaldılmışdır. Kurqanların bəzilərində 8 metr dərinliyi və sahəsi 8x14 metr olan qəbir kameraları vardır. Kameranın döşəməsi qamışla döşənib, divarlarına daş piltələr quraşdırılmışdı.
Trialet osetinləri
Trialet osetinləri (oset. Триалеты ирӕттӕ) —Gürcüstanın mərkəzi rayonları, tarixən Trialet vilayətinin bir hissəsi olan Xaşuri və Borjomidə yaşayan etnik osetinlər. Osetinlər XIX əsrdə indi Cənubi Osetiya kimi tanınan ərazidən ora köçmüşdülər. Onların yaşadıqları ərazi bəzən "Trialet Osetiyası" adlandırılr. Gürcüstan SSR tərkibində bu yaxınlarda yaradılmış Cənubi Osetiya Muxtar Vilayəti Trialetdə əsasən osetinlərin məskunlaşdığı kəndləri uğursuz formada öz eksklavı elan etmişdir.
Trias
Trias :
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Trias crassifolia
Bulbophyllum crassifolium (lat. Bulbophyllum crassifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum crassifolium növü Şri-Lanka üçün endemik növdür.
Trias dövrü
Trias dövrü (trias) — Mezozoy erasının ilk dövrü. Perm dövründən sonra və Yura dövründən əvvəl olub. 250 milyon il əvvəl başlayıb və 200 milyon il əvvəl başa çatıb. Həmin dövrə aid olan suxur layları trias sistemi adlanır. Trias dövründə səbəbi bilinməyən məhv olma baş verib. Trias dövrü - Mezozoy erasının birinci geoloji dövrü; 45-47 mln il davam etmişdir. Trias dövrü əvvəllərində platformalar, demək olar ki, tamamilə quruya çevrilmiş, dəniz, hətta ayrı-ayrı geosinklinalların bəzi hissələrindən çəkilmişdir. Erkən trias epoxasının ortalarında dəniz geosinklinalların hamısını yenidən örtmüş, habelə Sakit okeanın ətraf əyalətlərində bir çox kənar dənizlər əmələ gəlmişdir. Gec trias epoxasında maksimum həddə çatan transqressiya bütün geosinklinalları basmış və bəzi ərazilərdə platformaları da tutmuşdur. Tetis vilayətindən Qondvana hüdudlarına uzanan böyük bir körfəz əmələ gəlmiş və sonralar bu körfəz geniş bir boğaza çevrilərək, nəhəng qitəni 2 hissəyə bölmüşdür.
Trias oblonga
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çin üçün endemik növdür. == Sinonimləri == Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Trias ovata
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çin üçün endemik növdür. == Sinonimləri == Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Ariel
Ariel — Uranın məlum olan 27 peykinin dördüncüsüdür. Ariel öz oxu ətrafında fırlanır və Uranın ekvatorial sahəsində dolanır, belə ki onun orbiti Uranın orbitinə demək olar ki perpendikulyardır və bu səbəblə həddindən artıq mövsümi dəyişikliyə malikdir. O, 1851-ci ilin oktyabrında William Lassell tərəfindən kəşf edilmişdir və ədəbiyyatında iki ayrı ədəd ilə xarakterizə edilir. 2017-ci ilə qədər, Ariel haqqında məlumatlarının əksəriyyəti Uranın 1986-cı ildə "Voyager 2" kosmik aparatı vasitəsiləalçaqdan uçuşlarından əldə edilmişdi və peykin səthinin təxminən 35% -nə təsvir edilmişdir. Uranın orbitləri və zoldlanması kimi müxtəlif konsepsiyalar zaman-zaman təklif olunmasına baxmayaraq, bu peykin müşahidə etmək üçün hələ də aktiv plan yoxdur. Mirandadan sonra, Ariel Uranın beş əsas dairəvi peykinin ikinci ən kiçiyi və öz planetinə ən yaxın ikinci peykdir. Günəş sisteminin 19 ən məşhur dairəvi peyklərindən biri olub (diametr üzrə 14 sıradadır) təxminən bərabər hissələrdə buz və qayalı materiallardan ibarətdir. Onun kütləsi təxminən Yerin hidrosferinə bərabərdir. Bütün Uran peykləri kimi, Ariel, ehtimal ki, planetin meydana gəlməsindən qısa müddət sonra onu əhatə edən akkresiya diskindən formalaşmışdır və digər böyük peyklərə oxşardır, ancaq buzlu mantiya ilə əhatələnmiş sərt nüvəyə malik olması ilə fərqlənir. Ariel qoruqlar, kanyonlar və silsilələr sistemi ilə çarpaz kəsilmiş geniş krateri ərazilərdən ibarət olan mürəkkəb səthə malikdir.
Evrial
Evrial (lat. Euryale) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.
FRİTL
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Serial
Serial — bir neçə bir biri ilə bağlı və ya bağlı olmayan hissədən ibarət olan sənət əsəri.
Termal
Termal (türk. Termal) — Yalova ilinin ilçəsi.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". == Parfiya == I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya == Banda qrupları == Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) == Xarici keçidlər == Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.