Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suzanbağı
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. == Qısa morfoloji təsviri == Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Mavi suzanbağı
Nymphaea caerulea (lat. Nymphaea caerulea) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.