Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Pseudophoxinus turani
Pseudophoxinus turani (lat. Pseudophoxinus turani) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Turabi Çamkıran
Turabi Çamkıran (1 yanvar 1987, Mersin) — Türkiyə TV serial aktyoru və döyüşçü. == Həyatı == 3 iyul 1987-ci ildə Mersində anadan olub. Əslən Kahramanmaraş Afşinlidir. M 2013-cü ildə "Talent You're Turkey" yarışmasında iştirak edib və yarımfinala yüksəlib. O, 2014, 2015 və 2018-ci illərdə Acun Ilıcalının hazırlayıb təqdim etdiyi Survivor yarışmasına qatılıb. 2014-cü ildə Survivor Volunteers komandasında iştirak edib və çempion olub. 2015-ci ildə Survivor All Star yarışmasında 1-ci oldu və iki dəfə dalbadal Survivor yarışmasında qalib gələn ilk şəxs oldu. Survivor yarışmasından sonra bir neçə film və serialda iştirak edib. O, Səhiyyə Nazirliyinin uşaqlara süd içdirilməsi ilə bağlı ictimai xidmət elanında iştirak edib. 2018-ci ildə üçüncü dəfə Survivor yarışmasında iştirak edib.
Turabi (Duzluca)
Turabi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı Şah Abbasın dövründə Səhat çuxuruna rəhbərlik etmiş Turabi (Əbu Turab) bəyin adından götürülmüşdür. Kənd 1901-ci ildən eyni addadır.
Adi turac
Adi turac (lat. Francolinus francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin turac cinsinə aid heyvan növü. Nadir oturaq növdür. Azərbaycanda Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində təsadüf edir. Kolluq bitkiləri ilə örtülü sahələr, pambıq tarlalarında, bağlarda, bağçalarda, dənli bitkillər səpilmiş tarlalarda, Kür boyunca tuqaylarda tez-tez rast gəlinir. 1947-1950-ci illərdə 600 min fərd, 1958-1962-ci illərdə – 100 min fərd, 1992-ci ildə – 4 min fərd turac olmuşdur. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunda turacın böyük populyasiyası qeydə alınmışdır. == Çoxalması == Monoqam quşdur. Bir yaşında çoxalmağa başlayır. Cücəli quşdur.
Turac Həmzəyev
Turac Suliddin oğlu Həmzəyev (27 iyul 1998; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turac Həmzəyev 1998-ci il iyulun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Turac Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turac Həmzəyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Turac Teyyubqızı
Əliyeva Turac Teyyub qızı (Turac Teyyubqızı; 8 yanvar 1989, Mərdəkan) — tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Turac Teyyubqızı 1989-cu il yanvarın 8-i Bakı şəhərində, Mərdəkan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Bakı şəhərində Namiq Axundov adına 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinə, daha sonra Azərbaycan Dillər Universitetinin hazırlıq şöbəsinin ispan dili və ədəbiyyatı bölməsinə qəbul edilib. Hər iki təhsilini fərqlənmə diplomu ilə başa vuran T.Əliyeva Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında çalışıb. Antik ədəbiyyat və ispan xalq qəhrəmanlıq eposuna dair elmi-tədqiqatlarına görə Respublikanın gənc tədqiqatçılarının konfranslarında dəfələrlə laureat olub. Tərcümə fəaliyyətinə 2004-cü ildən başlayan T.Əliyeva dövri mətbuatda müxtəlif dillərdən etdiyi tərcümələrlə çıxış edir. Eyni zamanda 2008-ci ildən etibarən praktiki jurnalist kimi fəaliyyət göstərir. BDU jurnalistika fakültəsinin müəllimidir (2012). Elmi araşdırma sahəsi televiziya və radionun semiotik kodlarıdır. Bu mövzuda dərslik müəllifidir.
Turaclı
Turaclı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 325 evdə 979 nəfər əhali yaşayır.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib. "Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb.
Turaclı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. == Həyatı və təhsili == 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi == Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Tural-Turan
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Turcz.
Nikolay Stepanoviç Turçaninov (rus. Никола́й Степа́нович Турчани́нов; may 1796, Nikitovka[d], Voronej canişinliyi[d] – 26 dekabr 1863 (7 yanvar 1864), Xarkov) — Rusiya İmperiyası botaniki. == Elmi fəaliyyəti == Nikolay Stepanoviç Turçaninov qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora baicalensi-daurica. — M: 1838—1855. — Т. 1—2. (lat.) Animadversiones in partem herbarii Turkzaninowiani nunc Univers. С. Charkow : ad II partem. — М: 1854—1858. (lat.) == Şərəfinə adlandırılmış taksonlar == Turçaninoviella (Turczaninoviella Koso-Pol.) çətirçiçəklilər fəsiləsinə aid cins.
Bulbophyllum turkii
Bulbophyllum turkii (lat. Bulbophyllum turkii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Caraci (Urmiya)
Caraci (fars. ژراژي‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (113 ailə).
Chamaesyce tracyi
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Crataegus tracyi
Crataegus tracyi (lat. Crataegus tracyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Crepis thracia
Crepis foetida (lat. Crepis foetida) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Drosera tracyi
Drosera filiformis (lat. Drosera filiformis) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Erigeron tracyi
Erigeron tracyi (lat. Erigeron tracyi) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Eupatorium tracyi
Ageratina aromatica (lat. Ageratina aromatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Ageratina aromatica var. aromatica Ageratina cordata (Walter) Spach Eupatorium aromaticum L. Eupatorium aromaticum var. melissoides (Willd.) A.Gray Eupatorium ceanothifolium Muhl. ex Willd. Eupatorium cordatum Walter [Illegitimate] Eupatorium cordiforme Poiret Eupatorium cordiforme Poir. Eupatorium engelmannianum Link ex Torr. & A.Gray [Invalid] Eupatorium latidens Small Eupatorium melissoides Willd.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Qaraçı
== Xalq ==
Türkcə
Türk dili və ya Türkcə (türk. Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.[mənbə göstərin]Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür. Türk dilində ingilis, alman, fransız, ərəb və s.
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göyçayın sahilində, Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 416 nəfərdir. == Toponimikası == Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Utqaçı
Utqaçı Xan - türk və altay mifologiyasında qurban ilahı. Utkuçı da deyilir. Qurbanları Ülgenə çatdırar. Səmada yaşayır. Ülgene ən yaxın tanrıdır. Şamanlar trans halındaykən gətirdiyi qurbanı alaraq Ülgenə aparar. Çünki şaman ən çox Altınqazıx (Qütb) ulduzuna qədər çata bilər. Geri dönən şamana isə qaz (ehtimalla fikri ilham) hədiyyə edər. Şaman bu qəza minərək geri dönər. == Etimologiya == (Ut) kökündən törəmişdir.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.