Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. = Şəraitlər = Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. = Növlər = Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Turbina
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Turbin
Turbin (lat. turbare — dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir. Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslar və kompressorlar aiddirlər. Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir. ==== Tipləri ==== Sıxılan mayelərlə işləyən (istilik maşınları) Qaz turbini Buxar turbini Şırnaqla işləyən turbin Sıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar) Külək turbini Su turbini Konstruksiyasına görə Axial quruluşlu (məs.
Turbina corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
Aktiv turbin
Aktiv turbin — işlək kürəklərin faydalı iş yaratmaq üçün işlək maddənin (qazın, buxarın, mayenin) sərbəst axınının yalnız kinetik enerjisindən istifadə edilən turbin növü. İşlək kürəklərin qarşısında yerləşdirilmiş, tərpənməz istiqamətləndirici kanallarda (ucluqlarda) axının daxili enerjisi kinetik enerjiyə, kürəklərdə isə kinetik enerji mexaniki işə çevrilir. Aktiv turbindəki axının təzyiqi işlək çarxın girişində və çıxışında eynidir. Aktiv turbinlərin üstünlükləri ümumiyyətlə aşağıdakılardır: kamerada daha vahid bir təzyiq paylanması səbəbiylə turbinə nisbətən təchizat kanallarının yerində daha çox sərbəstlik; kiçik bir təzyiq fərqi şəraitində boşluqlardan sızma əhəmiyyətsiz olduğundan, turbin və korpus arasındakı boşluqların ölçüsünə, istehsalın asanlaşdırılmasına və yataklar üçün tələblərə daha aşağı tələblər; şaftda aşağı eksenel yük; maşınlarla birləşməni asanlaşdıran reaktiv turbinlərlə müqayisədə daha aşağı fırlanma sürəti.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Qaz-turbin yağları
Qaz-turbin yağları — Dünya təcrübəsində sintetik qaz-turbin yağları 40-cı illərin sonunda meydana gəlmişdir. Bu yağları bəzən sintetik yağların ilk nəsli adlndırırlar. == Tətbiqi == Qaz turbin yağlarına aviasiya qaz-turbin mühərriklərini yağlamaq üçün tətbiq olunan yağlar aiddir. Turboreaktiv mühərriklərdə yağlar turbini və kompressorun böyük ölçülü yüksək sürətli diyircəkli və rolikli diyircəkli yastıqlarını, yanacaq və qaz nasoslarının ötürücü qutularının diyircəkli yastıqlarını, dişli, çarxlı və digər köməkçi mexanizmləri yağlamaq üçün nəzərdə tutulub. == Növləri == MC-8П – aviasiya və gəmi mühərrikləri üçün perspektiv neft yağı kükürdlü Şərq neftlərindən MS-8 yağ əsasında istehsal olunur. Tərkibində antioksidləşdirici, yeyilməyə qarşı aşqarlar var. ИМП-10 — parafinin hidrokrekinq və hidroizomerləşmə məhsullarının sebasin turşusu və ozooktil spirtinin mürəkkəb efiri ilə qarışığından ibarətdir. Tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar metalın deaktivatoru var. Yağın işçi temperaturu 2000C-dək olan təyyarə və zirehli tank texnikasında qurulan istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir. Yağın ən böyük üstünlüyü az korroziya aktivliyinə, qeyri-metal konstruksiya metallarına və özlükləri zəif təsir etməsidir.
Qurbançı
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub.
Qurbançı bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çay Qurbançı
Çay Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Etnotoponimdir. Oykonim çay və Qurbançı (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Qurbançı kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 65 nəfər əhali yaşayır.