Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uşaqlıq
Uşaqlıq - insanın doğuşdan yetkinlik dövrünə qədər olan dövr.
Uşaqlıq (anatomiya)
Uşaqlıq (lat. uterus, yunanca metra, delphus, hystera) — tək və əzələvi üzvlərdən olub kiçik çanaqda, düz bağırsağın önündə, sidikliyin arxasında yerləşmişdir. Yuxarıda uşaqlıq boruları ilə və aşağıda uşaqlıq yolu ilə birləşir. Uşaqlığım vəzifəsi döllənmiş yumurtanı daxilində müəyyən vaxt bəsləməkdən ibarətdir; döl yetişdikdən sonra uşaqlıq yığılaraq onu xaricə çıxarır. Bu prosesə doğuş deyilir. Uşaqlıq öndən arxaya yastılaşmış armuda bənzəyir; girdə enli ucu sərbəst olaraq yuxarıya və önə dar, ucu aşağı və arxaya çevrilmişdir. Yuxarı çox hissəsi uşaqlıq cismi – lat. corpus uteri və aşağı az hissəsi uşaqlıq boynu – lat. cervix uteri adlanır. Uşaqlıq cisminin uşaqlıq borularının başlanan yerindən yuxarı olan hissəsi uşaqlıq dibi – lat.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Uşaqlıq borusu
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq mioması
Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur. Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır. Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər. Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur.
Uşaqlıq yolu
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Uşaqlıq arteriyalarının embolizasiyası
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur. Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hələ 1979-cu ildən doğumdan sonra və uşaqlıqda aparılan əməliyyatlardan sonra meydana çıxan uşaqlıq qanaxmalarının dayandırılması üçün geniş tətbiq olunur. Bu metodika artıq uzun müddətdir ki, əməliyyat ginekologiyasında tətbiq olunmağa başlamış laparoskopik cərrahiyyənin yaranmasından əvvəl tətbiq olunurdu. Bununla belə embolizasiya üsulunu uşaqlıq miomasının müalicəsində tətbiqinə yalnız 90-cı illərin əvvəllərində başlamışdırlar. İlk zamanlar UAE-nı mioektomiya əməliyyatlarında qanaxma riskinin azaldılması üçün əmaliyyat öncəsi hazırlıq metodu olaraq istifadə etməyə başlamışdırlar. Lakin sonra tezliklə müəyyən olunmuşdu ki, embolizasiya edildikdən sonra mioektomiya əməliyyatının aparılmasına ehtiyac qalmırdı.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq yolu (anatomiya)
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Uşaqlı dağı
Uşaqlı dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1428,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən Çaşırdağ ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 3,4 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin aşağı hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Çaşırdağ sinklinalın cənub-qərb qanadında yerləşir.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Ömər Bədrəddin Uşaqlı
Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi. Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir.
Uşaqlı ailə üçün hər şey (kitab)
Uşaqlı ailə üçün hər şey — Hüseyn Dehnəvinin sosioloji-əxlaqi əsəri. Kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer almışdır. Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlmişdir. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.
Vağcıq
Vağcıq (lat. Bubulcus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Vağcıq cinsi
Müharibə Uşaqlığı Muzeyi
Müharibə Uşaqlığı Muzeyi (bosn. Muzej ratnog djetinjstva) ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi. Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu. Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü.
Usaqi Tsukino
Seylor Mun (セーラームーン, Sērā Mūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının baş qəhrəmanı. Əsl adı Usaqi Tsukinodur. (月野 うさぎ, Tsukino Usagi) İlk dəfə 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında nəşr olunmuş "Seylor Mun" manqasının ilk fəslində ("Usaqi - Seylor Mun") qayğısız qız və Seylor döyüşüçlərinin de-fakto lideri kimi peyda olmuşdur. Uzun müddət özünü Yer sakini hesab etmişdir, lakin daha sonra Aydakı Gümüş Minillik Krallığından olduğunu öyrənmişdir. Əsl adının Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti) olduğunu kəşf etmişdir. "Seylor Mun" manqasında Usaqi Ay şahzadəsinin axtarışında olan Luna ilə rastlaşır. Luna ona Yeri şər qüvvələrdən qorumaq vəzifəsinin verildiyini görür və ona Seylor Muna çevrilmək üçün broşka verir. Vəzifəsinin şahzadəni tapmaq, Əfsanəvi Gümüş Kristalı qorumaq və digər Seylor döyüşçülərini kəşf etməkdən ibarət olduğunu açıqlayır. Usaqi təcrübə qazandıqdan sonra kainatın ən güclü döyüşçülərindən biri olur və Yeri onu məhv etmək istəyən düşmənlərindən qoruyur. Usaqi zəif ikən qayğısız və gümrahdır, lakin döyüşərkən ciddi olur.
Əliqulu Uşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Kənd dağətəyi ərazidə yerləşir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı.