Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Never Hungover Again
Never Hungover Again — ABŞ rok qrupu Joyce Manor(en)-un üçüncü studiya albomu. 22 iyul 2014-cü ildə Epitaph Records tərəfindən buraxılıb. Bütün mahnılar Joyce Manor tərəfindən yazılmış və bəstələnmişdir.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. == Həyatı == Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. == Əsas əsərləri == Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.