COVER

cover1

n 1. qapaq; üz, sarğı; sanma; örtük; çexol; fütlyar; qab; a ~ for a saucepan qazan qapağı; a ~ for a chair stul örtüyü; glass ~ şüşə qapaq / örtük / fütlyar; 2. zərf, konvert, paket; 3. örtük, pərdə; under ~ of darkness / of night qaranlığın / gecənin örtüyü altında; 4. cild; the ~ of the book kitabın cildi; to read a book from ~ to ~ kitabı əvvəldən axıra kimi / qədər oxumaq; 5. sığınacaq, daldalanacaq; to take ~ sığınacaq tapmaq; 6. id. müdafiə; 7. pərdə, maska; under ~ of patriotism vətənpərvərlik pərdəsi altında; 8. meşə örtüyü; 9. bot. toxumun qabığı

cover2

v 1. örtmək, qapamaq, bağlamaq; to ~ a saucepan qazanı örtmək; to ~ plants with straw bitkiləri samanla örtmək; to ~ one’s head başını örtmək; 2. himayə etmək, qorumaq; 3. gizlətmək, örtmək; to ~ one’s face with his hands üzünü əlləri ilə örtmək; to ~ one’s shame / confusion / anxiety / mistake öz utanmağını / xəcalətini / həyəcanını / səhvini gizlətmək; 4. (with) bulamaq, basmaq; A passing motor covered me with mud Yanımdan keçən maşın məni palçığa buladı; 5. üz çəkmək; çəkmək (kağız və s.); to ~ the seat of a chair with leather stulun oturacağına dəridən üz çəkmək; 6. basmaq, örtmək; yayılmaq; Snow covered the ground Qar yeri basmışdı / örtmüşdü: 7. əhatə etmək; His researches cover a wide field Onun tədqiqatları bir çox sahələri əhatə edir; 8. ödəmək, yerini doldurmaq; to ~one’s expenses xərclərini ödəmək; to ~ one’s losses itkisinin yerini doldurmaq; 9. sığorta etmək; My policy covers me against loss from fire Mənim əmlakım yanğına qarşı sığortalanıb; 10. getmək, qət etmək (məsafəni); He covered the distance in an hour O, məsafəni bir saata getdi / qət etdi; 11. əhatə etmək, nəzərdə tutmaq (təlimat, müqavilənin bəndi və s. haq.); The rules cover all cases Qanun bütün halları əhatə edir; 12. kürt yatmaq (yumurta üstündə); 13. hərb. atəş altında saxlamaq

COVENANT
COVERAGE