Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Undertale
Undertale — Tobi Foks tərəfindən hazırlanmış 2015-ci ilin rol videooyunu. Oyunda oyunçu bədbeybətlərlə dolu olan sirli yeraltı səltənətə düşən uşağı idarə edir. Bu yeraltı dünyadakı bədheybətlərin bəziləri mehribandır və oyunçunun səthə qayıtmağına kömək etmək istəyirlər, lakin onların arasında oyunçuya çətinlik yaradanlar da var. Oyunçu onlarla döyüşə girdiyi zaman onları məhv edə və ya onları bağışlaya bilər. Oyunçunun oyun boyu etdiyi seçimlər hadisələrin necə cərəyan edəcəyinə təsir edir.