Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cenk Ünnü
Cenk Ünnü (d. 1967) – Türkiyə musiqiçisi. Pentagram adlı qrupun təbilçisi və qurucusudur. == Həyatı == 1967-ci ildə İstanbulda doğulub böyümüş, İstanbul Universitetinin ədəbiyyat fakultəsini bitirmişdir. 1987-ci ildə Hakan Utangaç ilə birlikdə Pentagram qrupunu qurmuşdur. Evlidir, Arda və Öykü adında uşaqları var.
Linux
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Tanux
Tanux — İslamın ilk illərində əl-Hirə (İraq) ətrafında yaşayan xaçpərəst ərəb qəbiləsi. Xəlifə əl-Mehdinin vaxtında (775-785) bu qəbilə Hələb ətrafına köçüb İslamı qəbul etmişdir. Sonralar qəbilənin bir qismi Livan dağlarına köçmüşdür. Məhz buradan ət-Tənux nisbəsini daşıyan mərd döyüşçülər çıxmışdır.
UNIX
Unix (ing. Unix) — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri Multics və Unicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi. Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponomikası == Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. == Əhalisi == Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Uzux
Uzux — türk və altay mifologiyalarında, əfsanələrdə, nağıllarda bəhs edilən nəhəng insanlardı. Uzuğ və ya Uğuz olaraq da bilinirlər. "Ucugulu" və ya "Uzunbuluk" adıyla da xatırlanırlar. Çox qədim dövrlərdə yaşamış, iricüssəli varlıqlardır. Günəş onların sobası olacaq qədər uzun və böyükdürlər. Yeməkləri günəşə qaldırıb elə bişirirər. Nəhəng xalçalar toxuyurlar. Min ildən çox yaşayırlar. Çinar qədər boyları olduğu və üç yüz il yaşadıqlarını da deyirlər. Başı buludlara qədər uzanır.
Uçux
Uçux — türk, anadolu və altay xalq inancında xəstəlik cini. Uçuq (Uçuh, Uçuğ, Uçıg) və ya Uşux (Uşıg) da deyilir. İnsanlara xəstəlik verən bir pis ruhdur. Daha çox yuxudan oyanıldığında dodaq və ağız kənarında görülən qabarıqlıqlara və bəzən də bədəndə kızarıklıklar və kabarmalar şəklində ortaya çıxan xəstəliklərə səbəb olduğuna inanılar. Uçuq sözü bu gün də dodaq kabarığı olaraq istifadə edilməyə davam edir. Uçux müalicəsi edilər. "Uçuq yaladı" deyərək, gecə insanın ağzını və ya bədənini bu ruhun yaladığı və bu səbəblə uçuq, qızılca, qırmızı, ziyil kimi xəstəliklərə tutulduğu bildirilir. Uçuh, türk və altay xalq inancında eyni zamanda müalicə qurbanıdır. Ucug da deyilir. Uçuq xəstəliyi ilə də yaxından əlaqəlidir.
ArchLabs Linux
ArchLabs və ya ArchLabs Linux — Arch Linux bazalı Linux əməliyyat sistemidir. Əsas masaüstü mühiti kimi Openbox pəncərə menecerindən istifadə edir.ArchLabs 25 iyul 2017-ci il tarixində DistroWatch saytının online məlumat bazasına əlavə edilib.Distrubitivin adı onun yaradıcılarının sevimli əməliyyat sistemləri olan Arch Linux və BunsenLabs Linux əməliyyat sistemlərinin adlarındakı "Arch" və "Labs" sözlərinin birləşməsindən yaradılıb.
Artemisia annua
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Athanasia annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Balsamita annua
Tanacetum annuum (lat. Tanacetum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
Capsicum annum
Cousinia annua
Lipskyella (lat. Lipskyella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lipskyella annua (C.Winkl.) Juz.Sinonim Cousinia annua C.Winkl.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Lantana annua
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Linux (dəqiqləşdirmə)
Linux haqqında aşağıdakı məqalələr var: Linux — açıq kodlu əməliyyat sistemidir. Linux nüvəsi — əməliyyat sistemi nüvəsi. Linux əməliyyat sistemləri — Linux nüvəsi ilə işləyən əməliyyat sistemləri. Linux Mint — Linux əsaslı kompüter əməliyyat sistemi.
Linux (nüvə)
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Linux Mint
Linux Mint — Ubuntu Linux əsasında yaradılmış əməliyyat sistemidir. Linux Mintin ilk versiyası 2006-cı ildə istifadəyə verilmişdir. Bundan əlavə, 2010-cu ildə birbaşa Debian üzərində qurulmuş Linux Mint versiyası istifadəyə buraxıldı. Linux Mint – DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Lipskyella annua
Lipskyella (lat. Lipskyella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lipskyella annua (C.Winkl.) Juz.Sinonim Cousinia annua C.Winkl.
Lonas annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Mercurialis annua
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Sanguisorba annua
Sanguisorba annua (lat. Sanguisorba annua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sincanotu cinsinə aid bitki növü.
Santolina annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Sofiya Konux
Sofiya Konux (9 mart 1980, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Sofiya Konux, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Linux.Wifatch
Linux. Wifatch zərərli fəaliyyətlər üçün istifadə edilmədiyi, bunun əvəzinə cihazları digər zərərli proqramlardan qorumaq məqsədilə istifadə edilən açıq mənbəli (open-source) malware-dir..Linux. Wifatch kompüter təhlükəsizlik sisteminə bənzər şəkildə işləyir və Peer to Peer şəbəkəsi vasitəsilə yenilənm' apararaq, zərərli proqram qalıqlarını silir.Linux. Wifatch — 2014-cü ilin noyabr ayından aktivdir Onun müəlliflərinə görə Linux üçün ideya. Wifatch Carna-nı oxuduqdan sonra gəldi. Linux. Wifatch — 5 oktyabr 2015-ci ildə GNU General Public License müəllif hüquqları altında müəllifləri tərəfindən GitLab -da yayımlandı == Əməliyyat == Linux. Wifatch-ın əsas yoluxma üsulu zəif və ya standart Telnet etimadnaməsini istifadə edərək cihazlara daxil olmaqdır. Belə ki, yoluxdurduqdan sonra Linux. Wifatch digər zərərli proqram təminatını silir və telnetə girişi söndürərək onu "Cihazına daha çox yoluxmamaq üçün Telnet bağlandı" mesajı ilə əvəz edir.
Günnüt
Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir. == Toponimikası == Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar.Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər. == Əhalisi == 1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub. 2009-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən kəndin əhalisi 0 nəfərdir.
Üngüd
Üngud — Germinin Bəxşlərindəndir.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Mayın 22-də Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi öldürülüb.