Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. == VIN (İdentifikasiya nömrələri) strukturu == VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə == Xarici keçidlər == ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine == VİN-in skan edilməsi == Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur.Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius)Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris)2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. == Tarixi == Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Adi zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. == İlham və İnkişaf == Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Boz vağ
Boz vağ (lat. Ardea cinerea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Kürən vağ
Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü. == Qısa təsviri == Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur. == Statusu == Nadirdir.
Qara vağ
Qara vağ ( Egretta ardesiaca ) leyləkkimilər(Ardeidae) fəsiləsininə aid quşdur. Afrikada yaşayır.
VII Aleksandr
VII Aleksandr (lat. Fabio Chigi;13 fevral 1599[…], Siena, Toskana – 22 may 1667[…], Roma) — Roma papası.
VII Amenemhet
VII Amenemhet (Kay Amenemhet və ya VII Ammenemes; e. ə. XVIII əsr – bilinmir) — təxminən e.ə. 1731-1724 cü illərdə hökumranlıq etmiş on üçüncü sülalənin Turin papirusuna əsasən sayca XIV fironudur. Misirşünas alim Vestfal Münster-Vilhelm-Universitetinin professoru Jürgen Rudolf Friedrix von Bekerata görə o XIII sülalənin XV fironudur. Kopenhagen universitetinin professoru ABŞ-Danimarka misirşünası Kim Riholt belə hesab edir ki, Kay onun atasının adı olmuşdur. == Mənbələr == Jürgen von Beckerath: Untersuchungen zur politischen Geschichte der zweiten Zwischenzeit in Ägypten, Glückstadt 1964, S. 46, 235-36, (XIII 15) K.S.B. Ryholt, The Political Situation in Egypt during the Second Intermediate Period (Carsten Niebuhr Institute Publications, vol. 20. Copenhagen: Museum Tusculanum Press, 1997), 341, File 13/20.
VII Eduard
VII Eduard (9 noyabr 1841[…], Vestminster borosu, Böyük London – 6 may 1910[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, 22 yanvar 1901-ci ildən Hindistan imperatoru. Saksen-Kobur-Qot sülaləsindən ilk hökmdar.
VII Haakon
VII Hokon (dan. Christian Frederik Carl Georg Valdemar Axel; 1872, Şarlottenlund, Danimarka — 1957, Oslo, Norveç) — Norveç kralı (1905-1957). Danimarka kralı VIII Frederikin ikinci oğlu. == Həyatı == === Evliliyi və ailəsi === Haakon'un babaları 1400-cü illərdən bəri Danimarka'nı idarə edirdi. Onun babaları həm də Danimarka-Norveç dövləti dövründə Norveçi idarə edirdi. 1896-cı ildə Haakon Böyük Britaniya kralı VII Eduardın qızı Maud Vindzorla evləndi və ondan tək oğlu Aleksandr doğuldu. === Kral olması === İsveç ilə Norveçin ayrılmasından sonra Norveç Stortingi tərəfindən kral seçildi. 12 Noyabr 1905-ci ildə referendum nəticəsinə görə %79 kimi bir nəticə ilə monarxistlər qalib çıxdı və Danimarka Kralı VIII Frederikin oğlu Karl, VII Haakon adı ilə Norveç kralı elan edildi. === Hakimiyyəti === Hakimiyyətə gələndən sonra xalq tərəfindən çox sevildi. Norveçin bütün bölgələrini gəzdi.
VII Henri
VII Henri (ing. Henry VII of England; 28 yanvar 1457[…], Pembrok qalası – 21 aprel 1509[…], Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kralı. == Faəliyyəti == İngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorlar sülaləsi ilə (1485-1603) sıx bağlıdır. Al qızılgül və ağ qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
VII Kleopatra
VII Kleopatra (13 yanvar e.ə. 69, İsgəndəriyyə, Ellin Misiri[d] – ən tezi 10 avqust e.ə. 30 və ən geci 12 avqust e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51-ci ildən). E.ə. 48-ci ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41-ci ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aktsi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VII Ptolemey
VII Ptolomey Neos Filipator (yun. Πτολεμαῖος Νέος Φιλοπάτωρ; e.ə. 162 – e.ə. 144) — VI Ptolomeyin və II Kleopatranın ikinci oğlu, bir neçə ay müddətində atası ilə müştərək, ölümündən sonra anasının himayəsi altında təkbaşına hökmranlıq etmiş. VIII Ptolomey II Evergetlə ittifaq bağladığına görə onların toyundaca qətlə yetirilmişdir.
VII Çarlz
VII Çarlz (fr. Charles VII) və ya Müzəffər Çarlz (fr. Charles le Victorieux) (d. 22 fevral 1403 - ö. 22 iyul 1461) — Fransa kralı. Çarlz Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Çarlz 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi. Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar.
VII əsr
VII əsr - qriqorian təqvimi ilə 601-ci ildən 700-cü il daxil olmaqla davam etmişdir.
VII Ptolomey
VII Ptolomey Neos Filipator (yun. Πτολεμαῖος Νέος Φιλοπάτωρ; e.ə. 162 – e.ə. 144) — VI Ptolomeyin və II Kleopatranın ikinci oğlu, bir neçə ay müddətində atası ilə müştərək, ölümündən sonra anasının himayəsi altında təkbaşına hökmranlıq etmiş. VIII Ptolomey II Evergetlə ittifaq bağladığına görə onların toyundaca qətlə yetirilmişdir.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. == Həyatı == Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır.Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir. Viq 15 iyul 2015-ci ildə Amsterdamda, 52 yaşında vəfat etmişdir.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
MiG
MiG, rəsmi olaraq Mikoyan Gurevich (Rusca: Микоян-Гуревич, МиГ), Rusiyanın hərbi təyyarə istehsalı ilə məşğul olan şirkətdir. Arteem Mikoyan və Mikhail Gurevich tərəfindən "Mikoyan-Gurevich" olaraq yaradılmışdır. Mikoyanın 1970-ci ildə ölümündən sonra Gurevich adı qaldırılmışdır. Prefiksi MiG olaraq bilinir. Rusiya hökuməti Mikoyan, Ilyushin, Irkut, Sukhoi, Tupovlev və Yakovlevi "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirmək istəyir. Firma ayrıca olaraq Kamov helikopter layihəsi kimi çeşitli texnikaların istehsalı üzərində də işləyir.
Miq.
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. == Əsərləri == De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Apache Pig
Apache Pig — böyük verilənlərin idarə olunmasında verilənlərin analizi üçün yüksək səviyyəli proqramlaşdırmadan ibarət platformadır. Piq həmçinin proqramların qiymətləndirilməsi üçün infrastrukturdan ibarətdir. Pig proqramlaşdırmanın üstünlüyü çox böyük həcmli verilənləri idarə etmək üçün paralel prosesləri asanlıqla emal edə bilməsidir. Bu platformada proqramlaşdırma, əsasən, Pig Latin mətn dilindən istifadə etməklə yerinə yetirilir.
Big Fun
Big Fun (azərb. Böyük əyləncə‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı musiqi albomudur. Bu albom Diter Bolenin C. C. Catch üçün çıxardığı sonuncu albomudur..
Big Time
Big Time (azərb. Böyük vaxt‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Biq Ben
Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Bəndər Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Cız-bız
Cız-bız — Azərbaycan mətbəxi ve Güney Azərbaycanın Zəncan şəhərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər. Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.