VAQ

(Mingəçevir)
avam, sadəlövh
VAXIM
VAQAM
OBASTAN VİKİ
Vaq çayı
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Hüsniyyə Vaqifqızı
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan. Qadın Çingiz Aytmatov,, Ana tarla,, Tolqonay Elcin Əfəndiyev,, Şekspir,, Sara Bernar == Filmoqrafiya == Ünvansız qız (teleserial, 1992) Mənim ağ şəhərim (film, 1993) Anamın kitabı (film, 1994) Muğam (film, 1995) Mənim taleyim (teleserial, 1996) Qırmızı qar (film, 1998) Yanmış körpülər (film, 2007) Qızlar (teleserial, 2007) Daş atan (film, 2009) Susmuş vicdan (film, 2010) Aramızda qalsın (teleserial, 2011) Salamat qal ağca yol (film, 2012) Boyunbağı (teleserial, 2014) İkinci güllə (film, 2017) Qaragōz (film, 2018) Qorxaq (film, 2018) Qara yazı (teleserial, 2019) Məhəbbətə məğlub (teleserial, 2019) Məhkumlar (film, 2007) — Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Zəhər Tuluqu 2022 Flora 2020 Qütb ulduzu.2023 ƏRİK ACISI. Serial(Məleykə) Rusiya istehsalı.
Kоmpyеn vaqonu
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Molla Pənah Vaqif (1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif (film, 1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Pavle Vaqiç
Pavle Vaqiç (24 yanvar 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Vaqiç Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Vaqiç öz peşəkar karyerasında debütünü 29 oktyabr 2017-ci ildə Sirius klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Karlos Strandberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. Vaqiç İsveçdə anadan olmuşdur. Valideynləri isə Serbiya vətəndaşlarıdır. O, İsveçin gənclər millilərində çıxış edir.. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Qotfrid Vaqener
Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831, Hannover – 8 noyabr 1892, Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi. Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir. Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir. Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır. Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub. 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib. Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib. 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub. Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.
Rene Vaqner (üzgüçü)
Rene Vaqner (d. 7 may 1938) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Vaqner Lüksemburqu 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Rene Vaqner birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:04.3 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Riqa Vaqonqayırma Zavodu
Riqa Vaqonqayırma zavodu, RVZ (latış. Rīgas Vagonbūves Rūpnīca‎, RVR) — Riqa şəhərində yerləşən, Latviyanın ən iri maşınqayırma zavodu. Zavod 1895-ci ildə alman-baltik sahibkar Oskar Freyvirt tərəfindən «Fenikss» istehsalat birliyi olaraq təşkil edilmişdir. Rusiya İmperiyası ərazisində ən iri vaqonqayırma müəsisəsi olmuşdur. 1915-ci ildə Riqa Vaqonqsyırma Zavodu alman işğalı ilə əlaqədar Rusiyanın daxilinə yürləşdirmişdir. 1930-cu illərdə «Fenikss» şirkətinin boş obyeklərində «Vairogs» Səhmdar cəmiyyəti təşkil olunmuşdur. «Ford Motor Company» şirkətindən lisensiya alınaraq avtomobillərin təmiri gerçəkləşirdi. Zavod Baltik regionunda iri avtomobil istehsalçısına çevrilmişdir. 1930—1940-cı illərdə isə burada vaqonqayırma istehsalı gerçəkləşdirilirdi. SSRİ dönəmində zavod iri elektrikli vaqonlar, dizel vaqonlar və tramvay istehsalçısı olmuşdur.
Rixard Vaqner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı. Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı.
Rövşən Vaqifoğlu
Rövşən Vaqifoğlu — Azərbaycanlı kinorejissor. 29 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cı ildə, Bakı şəhəri, Yasamal rayonu, 176-saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"-ndə "Teatr və Kino Sənəti" fakultəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olmuş, 2000-ci ildə bakolavr təhsili ilə bitirmişdir. 1993-2001-ci ilə qədər Yeni il və Novruz bayramı şənliklərini montaj rejissoru olmuşdur. Həmçinin Space tv-də olimpiadaya aid 3 seriyalı sənədli film, İnternews şirkətində 2 sənədli film, 8 film reklam roliki hazırlamışdır. 2000-ci ildə Debüt-kinotavr", 2006-cı ildə "Qizil Çıraq" kino festivallarının iştirakçısı olmuşdur."Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 1)2001-ci ildə "Qızıl pəri" audiovizual festivalın təşəbbüskarlarından və iştirakçısı olmuş, ən yaxsi kinorejissor kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 2)2001-ci ildə Azərbaycan Dövlət İdman və Turizm Nazirliyi tərəfindən İlin Ən yaxşı kinorejissoru kimi Beynəlxalq diploma layiq görülmüşdür. 3)2019-cI ildə "Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür .
Sandro Vaqner
Sandro Vaqner (alm. Sandro Wagner‎; 29 noyabr 1987[…], Münxen) — Almaniya futbol meşqçisi və hücumcu mövqeyində çıxış etmiş keçmiş peşəkar futbolçusu. Hazırda Regionliqa Bavariya çempionatında çıxış edən "Unterhaxing" klubuna başçılıq edir.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Vaqif Cəfərov (dəqiqləşdirmə)
Vaqif Səmədoğlu medalı
Vaqif Səmədoğlu medalı – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "60-cılar ədəbi nəsli"nin önücüllərindən biri və Azərbaycan sərbəst şeirinin reformatorlarından olan Vaqif Səmədoğlunun (1939–2015) adını daşıyan medal 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə təsis olunub və Mərkəzin İdarə Heyətinin qərarı ilə verilir. Həm azərbaycanlı, həm də dünyanın müxtəlif ölkələrindən olan tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər üçün nəzərdə tutulan medal əsas iki meyarla verilir: Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, ayrıca olaraq Vaqif Səmədoğlu irsinin təbliğinə görə; Dünya ədəbiyyatına və xüsusən dünya poeziyasına verdiyi töhfələrə görə; Medal heykəltəraş və rəssam Kamran Əsədov tərəfindən hazırlanıb.

Digər lüğətlərdə