VİSMUNDİ́R
VİŞNƏ
OBASTAN VİKİ
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır.Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı.Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Malaya Vişera
Malaya Vişera — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Qalina Vişnevskaya
Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi. == Həyatı == 25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub.
Sid Vişes
Sid Vicious (Simon John Ritchie; 10 may 1957 – 2 fevral 1979). 1957-ci ildə Londanda atası John Ritchie və anası Anne Ritchie olan ailədə anadan oldu.Anne hippi idi.Atası isə Buchingham Palace-də mühafizəçi işləyirdi.Simon (Sİd)-in doğulmasından bir muddət sonra atası John Ritche öz ailəsini tərk etdi.Bundan sonra Anne və John İvisa adasına köçdülər.Orada John-un anası Christopher Beverley adlı biriylə evləndi.Bundan sonra John soyadını dəyişib John Beverley oldu.Burada narkotik sataraq dolanışığını təmin etməyə başladı. 6 aydan sonra onun ögey atası öldü və onlar Şərqi Londona (Hackney) köçdülər.1965-də Londona döndüyündə John 8 yaşında idi. Bir müddət sonra Anne oğlunu küçəyə atdı. Yetkinlik çağına gəldiyində John təcavüzkar və əvvəldən kəskin xarakterli bir uşaq olaraq tanınırdı. Bir The Ramones fanatı olmadan əvvəl David Bowie və T-Rex kimi musiqiçiləri dinləyirdi.O həmçinin vaxtını oxuduğu Clevedon Secondary Modern-un yerləşdiyi Somerset-de keçirdi. == Sex Pistols == Sid-ə "Sid Vicious" ləqəbini gələcəkdə qurulacaq Sex Pistols qrupunun vokalisti John Lydon (Johnny Rotten) verdi.Johnny 1976-cı ildə Sex Pistols qrupunu qurdu, Sid hələ 19 yaşında idi.Sex Pistolsun qışqırdıcı stili onun ilk zamanlarında çox sevilməməsinə səbəb oldu. Bu vəziyyət qrupda bas gitara çalan Glen Matlock-un ayrılmasına səbəb oldu (öz deyişiylə "çox çox" Beatles dinləyirdi). Bu hadisənin ardından Johnny boşalan yeri Sid ilə doldurmağı düşündü. Sid Sex Pistolsda ehtiyat drummer olaraq vəzifə yerinə yetirmişdi,lakin əvvəllər heç bass gitara çalmamışdı.1977də bas gitara çalmağı öyrənməyə başladı.
Vişeqrad Konqresi (1335)
Vişeqrad Konqresi — 1335-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlində Macarıstanın Vişeqrad şəhərində keçirilən Avropa monarxlarının konqresi. Orada Şərqi Avropanın üç monarxı iştirak etmişdir, Çexiya kralı I Yan, Macarıstan kralı Karl Robert (görüşün təşəbbüskarı) və Polşa kralı III Kazimir. Görüşdə anti-habsburq koalisiyasının yaranması və I Yanın Polşa tacından imtina etməsi barədə müzakirələr aparılmışdır, sonuncu mövzunun müqabilində Sileziya üzərindəki çex suverenliyi tanınmaq və 20 min praqa qroşu məbləğində əlavə ödənişinin edilməsi təklif olunmuşdur. == Hadisələrin ardıcıllığı == 1300-cü ildə Çexiya kralı II Vatslav taxtda çıxdı və Polşa kralı ela olundu, bu da hakim Polşa sülaləsi Pyastlar nümayəndələrinin narahatlığına səbəb oldu, çünki belə halda Vatslavın varisləri Polşa taxtına namizəd olurdular. Bu münaqişəni həll etmək yolunda monarxlar razılaşma imzalamaq üçün danışıqlara başladılar? Macarıstan kralı I Karl Robert isə bu işdə vasitəçi rolunu oynadı. Trençin Konvensiyası hazırlanandan sonra, 1335-ci ilin payızının sonlarında Vişeqradda hər üç monarxın toplantısı keçirildi, hansında ki I Yanın Polşa tacı və bütöv Polşa ərazisinə iddialarından imtina etdiyi təsdiqləndi, bunun müqabilində ona vəd edilmiş 20 min qroş məbləğində pul təzminatı verildi və Çexiyanın Sileziya hersoqluğu üzərində hakimiyyəti tanındı. Əsas müvəffəqiyyət üç ölkənin Habsburq sülaləsinə qarşı çoxdan gözlənilən müdafiə ittifaqının yaradılması və yeni ticarət yollarının yaradılması ilə bağlı razılaşmaların əldə olunması idi. == Nəticələr == Sileziya, 1742-ci ildə Prussiya krallığının ərazisinə keçənə qədər Çex tacının hakimiyyəti altında qaldı və Sileziya torpaqlarının çox hissəsi yalnız İkinci Dünya Müharibəsindən sonra Polşaya geri qaytarıldı (Sileziyanın kiçik bir hissəsi indi də Çex Respublikasına aiddir). 6 dekabr 1335-ci ildə, sazişin imzalanmasından sonra, Polşa kralı III Kazimir və Çexiya kralı I Yan Praqaya gəldilər, burada salnamələrə görə, polyak monarxına böyük ehtiram göstərildi.
Vişeqrad qrupu
Vişeqrad Qrupu (həmçinin Vişeqrad Kvarteti, V4 və ya Avropa Dördlüyü kimi tanınır) dörd Mərkəzi Avropa ölkəsinin, Çexiya, Macarıstan, Polşa və Slovakiyanın mədəni və siyasi ittifaqıdır. Alyansın məqsədi hərbi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlığı genişləndirmək və onların Aİ ilə inteqrasiyasını davam etdirməkdir. Hər dörd dövlət həm də Avropa İttifaqının (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür. Alyansın yaranması 15 fevral 1991-ci ildə Çexoslovakiya, Macarıstan və Polşa liderlərinin Macarıstanın qala şəhəri olan Vişeqradda keçirilən zirvə görüşünə gedib çıxır. Vişeqrad 1335-ci ildə Bohemiya kralı I İoann, Macarıstan kralı I Karl və Polşa kralı III tərəfindən fəth edildi. Casimir arasında Vişeqradın Orta əsrlər Konqresinə qəsdən istinad olaraq, zirvələrin yeri olaraq seçildi. 1993-cü ildə Çexoslovakiyanın dağılmasından sonra Çexiya və Slovakiya alyansın müstəqil üzvləri oldular və üzvlərin sayını 3-dən 4-ə çatdırdılar. Vişeqrad qrupunun bütün dörd üzvü 1 may 2004-cü ildə Avropa İttifaqına qoşuldu. == Tarixi == Qrupun adı və görüş yeri 1335-ci ildə Bohemiya (Çexiya), Polşa və Macarıstan hökmdarları tərəfindən Vışeqradda keçirilən Vışeqrad Konqresindən götürülmüşdür. Macarıstan kralı I Çarlz, Polşa kralı III Kazimir və Bohemiya kralı I İoann böyük liman olan və satılmazdan əvvəl malların boşaldılmasını və şəhərdə satışa təqdim edilməsini tələb edən Vyana şəhərindən yan keçmək üçün yeni ticarət yolları yaratdılar.
Vişeqrad təpəsi
Vişeqrad təpəsi (bolq. Вишеградска могила, ‘Vishegradska Mogila’ \'vi-she-grad-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir.Zirvə cənubi Bolqarıstanda yerləşən Vişeqrad şəhərinin adını daşıyır. == Yerləşməsi == Vişeqrad təpəsi 63°16′33″ c. e. 57°03′51″ q. u. koordinatlarında yerləşmişdir. Dobouzye burnundan 2.21 km cənub-qərbdə, Obzor təpəsindən 1.87 km cənub-şərqdə, Bransfild dağından 1.83 km şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Vişi (dəqiqləşdirmə)
Vişi — Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri. Vişi (rayon) — Fransanın Overn regionunun rayonlarından biri.
Vişi (rayon)
Vişi(fr. Vichy) — Fransanın Overn regionunun rayonlarından biri.Departament — Alye.Suprefektura — Vişi.Rayonun əhalisi 1999-cü ilə görə 120 650 nəfər təşkil edir.Əhalinin sıxlığı 60 nəf./km².Rayonun sahəsi — 2016 km².
Vişi rejimi
Vişi rejimi (fr. État français) — İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kollaborasionist kukla dövlət. Vişi rejimi Fransanın Vişi şəhərində yaradılıdığından bu şəhərin adına adlandırılmışdır. 1940-cı ilin iyul ayında yaradılan dövlət 1944-cü ilin sentyabr ayında dağılmışdır. Viji rejiminə Fransanın tanınmış hərbiçlərindən olan Filipp Peten rəhbərlik etmişdir. İkinci dünya müharibəsinə Berlin-Roma-Tokio oxu cəbəhəsindən qatılan rejim heç bir hərbi əməliyyatda iştirak etməmişdir. Bunun səbəbi isə Vişi rejiminin müttəfiqlər tərəfindən ehtiyat qüvvə kimi saxlanılması idi. Fransa ilə Üçüncü Reyx arasında 1940-cı ilin 22 iyun tarixində imzalanan müqaviləyə əsasən Fransa iki bölgəyə bölündü. Razılaşmaya görə bölgələrdən biri alman işğalı atında, digəri isə kağız üzərində olsa da Fransanın nəzarəti altında qalırdı. İşğal olunmamış və Fransa dövlətinin nəzarətinə verilən ərazilər ölkənin 40% ərazisini təşkil edirdi.
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Vişisuaz
Vişisuaz (fran. Vichyssoise) - soğanlı şorba pure. == Hazırlanması == Hazırlanması zamanı müxtəlif rəngli soğandan istifadə olunur. İlk növbədə soğan doğranılır, onu kartof ilə birlikdə kərə yağında qızardılır. Bundan sonra üzərinə tərəvəzlər və su əlavə edilir. Sonra şorba pure halına gələni kimi qaynadılır. Qaydaya əsasən şorba soyuq halda serviz edilir. Xüsusilə şorbanı yay fəslində yeyilməsi məsləhət görülür. Fransız qaydalarına əsasən yeməyi salatla və sarımsaqla birlikdə yeyilir. Həmçinin suxarıda əlavə edilir.
Vişkuv
Vişkuv (pol. Wyszków) — Polşada şəhər, Мazovec voevodstvosının Vişkuv povyatında yerləşir. Şəhərin gmina statusu vardır. Sahə 20,78 km². Əhalisi 26 948 nəfər (2004 il).
Vişləq
Vişləq-i Ülya (Xoy)
Vişləq-i Süfla (Xoy)
Vişləq-i Süfla (fars. ‎‎ويشلق سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Vişləq-i Ülya (Xoy)
Vişləq-i Ülya (fars. ويشلق عليا‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Vişnu
Vişnu (sanskr. विष्णु, viṣṇuIAST) — vişnuizmdə ali tanrı. Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı.Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8–10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir.
Vişvanatan Anand
Vişvanatan Anand (tam. விசுவநாதன் ஆனந்த்) — Hindistan şahmatçısı, qrosmeyster (1988), FİDE versiyası üzrə dünya çempionu (2000-2002), 2007-ci ildən 15-ci dünya çempionu. == Həyatı == 1969-cu ildə Hindistanın Mədrəs şəhərində anadan olmuşdur. Hazırda Madriddə yaşayır. Son illərin ən güclü şahmatçılarından biri hesab olunur. 38 yaşında dünya çempionu adını qazanmışdır.

Digər lüğətlərdə

гипотети́чный дока́рмливаться епитимия́ завира́льный многогра́нник многоже́нец похлеба́ть пе́рвость пяде́ница раскоря́читься углепрово́дный дуда bend bird ring interjacent oblongata omnia vincit amor rupiah seignior sitter toilet case travelling library знающий самбо утешение