Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. == Həyatı == Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. == Fəaliyyəti == O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur.O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı. Prof.
Qəmər Almaszadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. == Həyatı == Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir. == Sənəti == 1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır.
Qəmər Almazzadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. == Həyatı == Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir. == Sənəti == 1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır.
Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. == Həyatı == Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. == Ailəsi == Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. == Həyat və fəaliyyəti == Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Qəmər Məmmədova
Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013). == Həyatı == 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. == Həyatı == Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Qəmər Surəsi
54-cü surə
Qəmər Topuriya
Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb.Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır.O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq etmişdir.17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat etmişdir.
Qəmər adaları
Komorlar, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km²( Mayotta (Maore) adası ilə 2235 km²).Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli) Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, «ay» deməkdir. Ayın təsviri bayrağında da vardır. 6.VII.1975-ci il tarixindən Komor adaları - müstəqil dövlətdir. Ölkənin prezidenti 26.V.2016 başlayaraq - Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır. Osmanlı qeydlərində və Ərəbcədə bu adla keçər. Qəmər sözü Ərəbcədə "ay" deməkdir.
Qəmər İmamverdiyeva
Qəmər İmamverdiyeva (1922, Gəncə – 2011, Gəncə) - "Qəhrəman Ana" fəxri adı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıilə təltif edilmişdir. == Həyatı == Qəmər İmamverdiyeva 1922 ci ildə Gəncə Şəhərində anadan olmuşdur. Atası Məhəmməd kişi Təbrizdən olduğu üçün 1930 cu illərdə atası və iki bacısı İrana, Təbrizə departasya olumuşlar. Qəmər İmamverdiyeva və anası Fatma, bacısı Humay və balaca olan qardaşı Qəzənfər Gəncədə qalmalı olmuşlar. 1936 cı ildə Əli İmamverdiyevlə evlənmişdir. 2011 ci ildə Gəncədə vəfat etmişdir.
Qəmər Əmiraslanova
Qəmər İskəndər bəy qızı Əmiraslanova (1893-?) — əməkdar həkim. == Həyatı == Qəmər İskəndər bəy qızı Əmiraslanova 1893-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1915-ci ildə Tiflis qadın gimnaziyasını bitirmişdir. 1918-ci ildə Moskva 1-ci diş həkimliyi məktəbini tamamlamışdır. 1932-1933-cü illərdə təhsilini Azərbaycan Tibb İnetitutunda davam etdirmişdir. İnstitututun daxili xəstəliklər propedevtikası kafedrasında dosent işləmişdir. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Qəmər Əmiraslanova "Böyük Vətən Müharibəsi dövründə rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. == Ailəsi == Qəmər Əmiraslanova İskəndər İskəndərovla ailə qurmuşdu. Gülarə adlı qızı vardı.
Qəmər Adıgözəlova-Polçayeva
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. == Həyatı == Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. == Fəaliyyəti == O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur.O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı. Prof.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. == Həyatı == Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur.Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.
Kəmər
Kəmər (geyim)
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Qəmsər
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Vəcihi Akın
Vəcihi Akın (23 iyul 1916, Aydın – 26 yanvar 1992, İstanbul) — türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == Vəcihi Akın 23 iyul 1916-cı ildə Aydında anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1938-ci ildə Türk Hərbi Akademiyasını topçu zabiti kimi bitirdi. 1940-cı ildə Topçu Məktəbini bitirdikdən sonra 1946-cı ilədək müxtəlif topçu hissələrində xidmət etmişdir. 1949-cu ildə Türk Hərbi Akademiyasını bitirmişdir. 1949-cu ildə Baş Qərargahın stajçı zabiti vəzifəsinə təyin edildi. Daha sonra bölük komandiri və qərargah zabiti vəzifələrini icra etdi. 1950–1952 arasında 28. Tümən Topçu Alayı 5. Batareya komandiri oldu.
Bala Qəcər
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aşıq Qəmbər
Aşıq Qəmbər — Şair Qasım bəy Zakirin müasiri və yaxın dostu olan aşıq. Aşıq Əsədin xalq şeiri üslubunda yazdığı bir sıra lirik və satirik əsərləri vardır.
Böyük Qəcər
Böyük Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qacar Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim qacar tayfa adı ilə bağlı yaranmışdır. Böyük sözü toponimi digər eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir. 1933-cü ildə Böyük Qəcər variantında qeydə alınmışdır.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Vecihi Hürquş
Vecihi Hürquş (6 yanvar 1896 - 16 iyul 1969) — türk pilot və mühəndis. Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biridir. == Həyatı == Vecihi Hürquş 6 yanvar 1896-cı ildə İstanbulda anadan olub. O, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Yaralandıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə məktəbinə daxil olaraq pilot kimi məzun olmuşdur. Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardman uçuşları keçirmiş və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurmuşdur. Vecihi Hürquş təyyarə vuran ilk türk təyyərəçisidir. Daha sonra ruslara əsir düşən Vecihi bəy Xəzər dənizində yerləşən Nargin adasından (Böyük Zirə) üzərək İran vasitəsi ilə qaçmağı bacarmış və Türkiyəyə dönərək 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlamışdır. Bu bölükdə vəzifəli ikən bir qırıcı təyyarə layihəsini çəkən Vecihi bəyin bu proyekti Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır. Qurtuluş Savaşına qatılan Vecihi bəy, xüsusilə İnönü və Sakarya savaşı müddətində çox bacarıqlı kəşfiyyat və dəstək uçuşları keçirməkdən əlavə bir yunan təyyarəsini də vurmuşdur.