Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şah Vəliyullah Dəhləvi
Əbu Əbdiləziz Qütbəddin Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim bin Vəcihəddin əd-Dəhləvi əl-Faruqi (21 fevral 1703, Dehli – 20 avqust 1762, Dehli) — Hindistanlı alim, islahatçı və mühəddis. Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim 3 mart 1703-cü il tarixində Dehli şəhərinə bağlı Muzaffərnaqarda doğulmuşdudu. Soyu ata tərəfindən Həzrət Ömərə, ana tərəfindən İmam Musa əl-Kazıma çatır. XIII yüzilin sonlarına doğru Hindistana yerləşmiş bir ailəyə mənsubdur. Həyatına dair qaynaqlarda yer alan bilgilər daha çox "Ənfasül-ʿarifin" adlı əsərindəki avtobioqrafiyasına dayanır. Babası Vəcihəddin ilə atası Əbdürrəhim, Dehli üləmasından olub hər ikisi də "əl-Fətaval-Hindiyyə"ni (əl-Aləmgiriyyə) hazırlayan heyətdə yer almışdı. Şeyx Məhəmməd Pühlətinin qızı olan anası Fəxrünnisa xanım da dini elmlərə vaqıf bir qadın idi. Şah Vəliyyullah kiçik yaşda Quranı əzbərlədi. İlk təhsilini atasının yanında gördü. Hindistanda ondan ən çox istifadə etdiyi müəllimi Şeyx Məhəmməd Əfdal əs-Siyalkutidir.
Zəbiyulla Məmmədov
Qəliulla (Bakalı)
Qəliulla (başq. Ғәлиулла, rus. Галиуллинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 31 km, kənd sovetliyindən (Köhnə Əzey): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 93 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (90%) üstünlük təşkil edir.
Vəcihulla mirzə Qovanlı-Qacar
Vəcihulla mirzə Sultan Əhməd mirzə oğlu Qovanlı-Qacar (1854, Tehran – 1905, Tehran) — Qacar şahzadəsi, İranın hərbi naziri. Sultan Əhməd mirzənin ikinci oğlu Vəcihulla mirzə Tehran şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sepahsalar ləqəbi daşıyırdı. Vəcihulla mirzə öz ictimai fəaliyyətinə orduya daxil olmaqla başlayıb. 1873-cü ildə Hüseyn xan Sepahsalari-Əzəmin himayəsinə keçib. 1874-cü ildə Tehranın hərbi dəstəsinin başçılığını və məvacibinin verilməsini öhdəsinə almışdı. O zamanlarda Nasirəddin şahın özəl işlərinə baş çəkirdi. 1890-cı ildə Loristan və Burucird əyalətlərinə vali təyin olunmuşdu. Öz tərəfindən oğlunu oraya göndərmişdi.