Zəbiyulla Şahin oğlu Məmmədov(14 aprel 2000, Bakı – 4 noyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Zəbiyulla Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 2000(2000-04-14) |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 2020(2020-11-04) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Talış döyüşləri |
Təltifləri |
Zəbiyulla Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub.[1]
Orta təhsilini 2006–2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb.
2010–2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır.
12–13 yaşlarında T. İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri almış, bir çox səhnə fəaliyyəti olmuşdur.
2015–2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub.
Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir.
O musiqidən əlavə bir çox şeirlər yazmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Maştağa qəsəbəsində dəfn olunub.