Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vərəsəlik
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Vələsli
Vələsli (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vələsli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Seçki vərəqəsi
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Hüviyyət vərəqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əski. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Vələsli (İsmayıllı)
Vələsli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Vələsli (Şabran)
Vələsli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 329 nəfər təşkil edir. Kənddə Vələsli kənd məscidi dini icması fəaliyyət göstərir.
Vərəsə (film)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Birinci dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Üçüncü dərəcəli kapitan
Üçüncü dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə mayor rütbəsidir.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli kapitan
İkinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik-leytenant rütbəsidir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli üzvlər
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
İkinci dərəcəli mənbə
İkinci dərəcəli mənbə — ilkin olaraq başqa yerdə təqdim edilən məlumatla əlaqəli sənəd və ya qeyddir. İkinci dərəcəli mənbə müzakirə olunan məlumatın orijinal mənbəyi olan əsas mənbə ilə ziddiyyət təşkil edir. İlkin mənbə vəziyyət haqqında bilavasitə məlumatı olan şəxs və ya belə bir şəxs tərəfindən yaradılmış sənəd ola bilər. İkinci dərəcəli mənbə, ilkin mənbə haqqında məlumat verən mənbədir. Bu mənbədə ilkin məlumatlar seçilir, dəyişdirilir və uyğun formatda düzülür. İkinci dərəcəli mənbələr ilkin məlumatın ümumiləşdirilməsini, təhlilini, şərhini və ya qiymətləndirilməsini əhatə edir. Hər hansı bir mənbə üçün ən dəqiq təsnifat həmişə aydın deyil. İbtidai və ikinci dərəcəli terminlər nisbi terminlərdir və bəzi mənbələr istifadə olunma üsulundan asılı olaraq əsas və ya ikinci dərəcəli kimi təsnif edilə bilər. Üçüncü səviyyə, məsələn, ensiklopediya və ya lüğət kimi üçüncü mənbə ikinci dərəcəli mənbəyə bənzəyir, çünki o, təhlili ehtiva edir, lakin mövzuya geniş giriş icmalı təqdim etməyə çalışır. Məlumat müxtəlif obyektlərdən götürülə bilər, lakin bu təsnifat sistemi yalnız simvolik mənbələr adlanan mənbələr sinfi üçün faydalıdır.
Vərəsə (film, 1949)
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi. Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar. Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Qradiyent doldurma, dərəcəli doldurma
Qradiyent doldurma, dərəcəli doldurma — (ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yuxarı dərəcəli milli domenlər
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Georgi Sereteli
Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904 və ya 1904, Tianeti, Tiflis quberniyası – 9 sentyabr 1973 və ya 1973, Tbilisi) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Bioqrafiya == Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi. 1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur. 1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur.
Mixail Sereteli
Mixail Sereteli (gürc. მიხეილ გიორგის ძე წერეთელი; 23 dekabr 1878 – 2 mart 1965, Münxen, Bavariya, Qərbi Almaniya) — Gürcü şahzadəsi, tarixçi, filoloq, sosioloq, publisist və diplomat. Şahzadə ailədəndir. Vasili Sereteli onun kiçik qardaşıdır (1862-1937). Heidelberg Universitetini bitirir (1911). 1913-cü ildə namizədlik dissertasiyasını müdafiə edir. 1914-1918-ci illərdə Heidelberg Universitetində dərs demişdir. Eyni zamanda 1914-1917-ci illərdə Gürcüstanın İstiqlal Komitəsinin rəhbərlərindən biri olmuşdur. Bu vəzifədə gürcü menşeviklərinin lideri Noy Jordaniya ilə görüşmək üçün gizli olaraq Gürcüstana səfər etdi. 1918 -ci ildə Gürcüstanın müstəqilliyini elan etdikdən sonra Gürcüstan Demokratik Respublikasının İsveç və Norveçdəki səfiri olur.
Vasili Sereteli
Vasili Sereteli (gürc. ვასილ გიორგის ძე წერეთელი; 1862 – 1937) — Gürcü siyasətçi, həkim və jurnalist. Knayaz ailəsindəŞ anadan olmuşdur. Qardaşı Mixail Seretelidir (1878-1965). Orta təhsilini Kutaisidə alır, 1884-cü ildə Novorossiysk Universitetinin Təbiət Elmləri Fakültəsinə daxil olur. 1887-ci ildə universitetdən qovulur (Xalq İradəsi təşkilatının üzvü idi və Varlam Çerkezişvili ilə əlaqəli olduğundan). Gürcüstana qayıdaraq, təxminən beş il Batumidə yaşaır və çalışır, rusdilli "Çernomorski Vestnik" qəzetinin redaktoru olur. 1898-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirir. Məzun olduqdan sonra Çiatura, Tiflis və Tianesitdə həkim, 1908-ci ildən Kutaisidə Kutaisi poliklinikasının müdiri və Kutaisi gimnaziyasında gigiyena müəllimi işləmişdir. Bu illərdə fəal jurnalist fəaliyyəti ilə məşğul olur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
1-ci dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
1-ci dərəcəli "Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
1-ci dərəcəli "Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
Frantişek Veselı
Frantişek Veselı (7 dekabr 1943, Praqa – 30 oktyabr 2009, Praqa) — Çexiya futbolçusu == Həyatı == Çexiyalı Avropa çempionu Frantişek Veselı 2009-cu ildə dünyasını dəyişib. 1976-cı ildə qitə birinciliyinin qalibi olan veteran futbolçu 65 yaşında ürək tutmasından ölüb. == Karyerası == Frantişek karyerasının böyük hissəsini keçirdiyi Praqanın "Slaviya" klubunda 920 oyunda meydana çıxıb. O, Avropa çempionluğunu qazandığı Çexoslovakiya yığmasının heyətində 34 görüş keçirib.