Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vakuol
Vakuol (lat. Vakulus – boş) — əsasən bitki hüceyrələri üçün xarakterikdir. Onlar iri və kiçik ölçülü olur. Mərkəzi vakuol sitoplazmadan tək membranla – tonoplastla ayrılır. İri mərkəzi vakuol endoplazmatik şəbəkədən ayrılan kiçik qovuqcuqlardan əmələ gəlir. Vakuolun boşluğu suda həll olan qeyri-üzvi maddələr, üzvi turşular və digər maddələrlə dolur. Mərkəzi vakuol hüceyrədə turqor təzyiqini tənzimləmək funksiyasını yerinə yetirir. Vakuolda fotosintez üçün lazım olan su və maddələr mübadiləsi nəticəsində əmələ gələn çöküntü maddələri toplanır. Lakin çöküntü maddələri hüceyrədən xaric olunur. Vakuollarda həmçinin, rəngləyici maddələr olan antosianlar da toplanır.
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Vayurl
Vayurl (fr. Vailhourles, oks. Valhorlhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12287. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 433 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 359 nəfər (15–64 yaş) arasında 279 nəfər iqtisadi fəal, 80 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 77,7%, 1999-cu ildə 66,3%) idi.
Vakko
"Vakko" (türk. Vakko Tekstil ve Hazır Giyim Sanayi A.Ş) — Türkiyənin tekstil şirkəti; aparıcı moda evlərindən biri. Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur. == Tarixi == "Vakko" brendi Vitali Hakko tərəfindən yaradılmışdır. Belə ki, 1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması nəticəsində o, 1934-cü ildə Sultanhamamda "Şən Şapka" adlı kiçik dükanı açır. Bu arada Atatürkün "Şapka inqilabı" Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Akkol (şəhər)
Akkol (qaz. Ақкө́л, tərcümədə — ağ göl; Alekseyevka 1887—1997-ci illərdə) — Qazaxıstanda şəhər, Akmola vilayətinin Akkol rayonunun mərkəzi. Akkol gölünün sahilində, A1 Astana - Şuçinsk şossesi boyunca Astanadan 100 km şimalda. Petropavlovsk - Astana xəttindəki dəmir yolu stansiyası. 2005-ci ildə Akkol şəhərində ilk Qazaxıstan yerüstü kosmik aparat idarəetmə kompleksi istifadəyə verildi. == Tarixi == Rayon sakinlərindən üçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür; onlardan biri - Peter Mixayloviç İsakov - Alekseyevkada anadan olub. 21 may 1991-ci ildə İsakovun yaşadığı evdə xatirə lövhəsi açıldı; bu ev bu günə qədər yaşamayıb. Müharibədən sonrakı illərdə Alekseyevkada mənzil tikintisi yaxşılaşdı və sənaye istehsalı genişləndi. 1945-ci ildə Novoishimskaya və Komsomolskaya MTM bazasında, 79 nəfərin çalışdığı şəhərdəki ilk sənaye müəssisəsi - Komsomolsk mexaniki təmir zavodu təşkil edildi. Alekseyevka, 1954-cü ildə bakirə və əkin sahələrinin işlənməsi illərində daha da inkişaf etmişdir.
Akkol gölü
Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür.
Amaurornis akool
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Syzygium makul
Syzygium makul (lat. Syzygium makul) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Taha Akyol
== Həyatı == Taha Ağyol - 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir.
Türkan Akyol
Türkan Akyol (12 oktyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). == Həyatı == Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980).12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. == Ailəsi == Evlidir, iki uşaq anasıdır.
Vukol Beridze
Vukol Mixayloviç Beridze (gürc. ვუკოლ მიხეილის ძე ბერიძე; 1883–1963) — gürcü sovet alimi-dilçisi, Tbilisi Universitetinin professoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Vukol Beridze 1883-cü ilin fevralın 15-də zadəgan ailəsində anadan olub. 1902-ci ildə Xonin seminariyasını bitirib orada dərs deməyə başlayıb. 1907-ci ildə Kutaisi gimnaziyasında imtahan vermişdir. Vukol Beridze 1912-ci ildə Sankt -Peterburq Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. O, 1912–1918-ci illərdə Kutaisi gimnaziyasında dərs demişdir. 1919-cu ilə qədər Sosialist Federalist Partiyasının üzvü olmuşdur. Vukol Beridze Mərkəzi Arxiv direktoru (1918–1922), Gürcüstanın Əsas Elmi idarəsi rəhbərinin müavini (1922–1932) vəzifələrində çalışmışdır. 1922–1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində gürcü dili və ədəbiyyatı, 1932-ci ildən — Tbilisi Dövlət Universitetində dərs demişdir.
Bakugöl
Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı. == Toponim == Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı. Uzunluğu 150 m, eni 145 metr, 3200 metr yüksəklikdədir. Baku Ələyəz dağının zirvələrindən birinin adıdır (hündürlüyü 3128 m). Qədim türk dillərində baku təpə, baqu cərgə təpələr və azərbaycanca göl sözlərindən ibarətdir. Təpəlik yerdə göl mənasındadır. XX əsrin 30-cu illərində fərmanla ermənicə Baqu — Liç adlandırılmışdır. 936-cı ilin ərəb mənbəyində adı çəkilən Bakı (qədim forması Baku) şəhərinin adı ilə mənaca eynidir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxan-Şura dairəsində Baku-tala, Kuban əyalətinin Eysk dairəsində Bakay-Aci-Aul, Teymurxan-Şura dairəsində Bakay-Kiçiklik (dağ burnu) toponimləri ilə sıra təşkil edir. Ehtimal ki, Zəngəzurda əhalisi azərbaycanlılardan ibarət Vaqazin kəndinin adı da Bakay və türk dillərində sin dağ beli sözlərindəndir.