Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Verilənlər
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
İynəsiz mikrosxem daşıyıcısı
İynəsiz mikrosxem daşıyıcısı (en. leadless chip carrier (LCC)) – mikrosxemlərin lövhələrdə quraşdırılması üsulu. İynəsiz mikrosxem daşıyıcısının lövhə ilə birləşmək üçün kontaktları olur, mikrosxem isə, sadəcə, yuvaya salınır. Kompüter istehsalçıları bu üsuldan istifadə edirlər, çünki bu üsul IBM və Compaq şirkətlərinin istifadə etdiyi millər sırası vasitəsilə bərkitmək üsulundan daha ucuzdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Böyük verilənlər
Böyük verilənlər (ing. Big data) termini ilk dəfə 1998-ci ildə Silicon Graphics kompaniyasının kompüter elmləri üzrə mütəxəssisi Con Meşi (“Big Data and the Next Wave of InfraStress" adlı seminarda məruzə) tərəfindən istifadə edilmişdir. Bu terminə bir qədər sonra, 2000-ci ildə, F.Dieboldun akademik mühitdə dərc olunan tədqiqatında rast gəlinir. Lakin termin, 100 ildən çox tarixə malik (1869-cu ildən nəşr olunan) həftəlik “Nature” jurnalının 2008-ci il sentyabr ayının “big data” mövzusuna həsr olunmuş xüsusi nömrəsində professor Klifford Linçin (Clifford Lynch) “Böyük verilənlər. Sizin verilənlər necə böyüyür?” (“Big Data: How do your data grow?”) adlı məqaləsi ilə populyarlıq qazanmışdır. Böyük verilənlərə maraq 2011-ci ildən artmağa başlamışdır . Mütəxəssislər BV-ni bəzən mineral resurslarla – böyük filiz mədəni (largeore) , yeni neft (new oil) , gizli biliklərin mənbəyi kimi “data mining” , təbiət kataklizmləri (data tornado, data deluge), təbii fəlakət (sunami) və s. ilə müqayisə edirlər . Onlar qeyd edirlər ki, verilənlərin dəyərini başa düşənlər üçün XXI əsrdə verilənlər XVIII əsrdə istifadə olunmamış neft kimi çox qiymətli aktiv hesab olunur . 2012-ci ildə Davosda Beynəlxalq İqtisadi Forumda böyük verilənər (BV) valyuta və ya qızıl kimi yeni sinif iqtisadi aktiv kimi bəyan edilmişdir .
Verilənlər bazası
Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing. database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir. Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir. İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər.
Verilənlər gölü
Verilənlər gölü — böyük həcmli verilənlərin toplanması və analizi üçün istifadə olunan metoddur. Verilənlər gölü ETL (Extract, Transform, Load) texnologiyaları vasitəsilə verilənlərin bazalar (verilənlər bazası) üzrə klasterləşdirilməsi və analiz olunmasını tələb edir.
Verilənlər köşkü
Verilənlər köşkü (ing. Data Mart) – konkret funksional sahədə və ya təşkilatın hər hansı sahəsində analitik məsələlərin həllini təmin edən verilənlərin strukturunu əks etdirir. Verilənlər köşkünə təşkilatın konkret idarəedici sahələrində analitik məsələlərin informasiya təminatını yerinə yetirən kiçik VX kimi də baxmaq olar. Verilənlər köşkü müəyyən qrup istifadəçilər üçün nəzərdə tutulmuşdur. Buraya verilənlər aqreqatlaşdırılmış, müxtəlif ierarxiya səviyyələrinə görə konsolidasiya olunmuş halda VX-dən gətirilir. VK həm təşkilati, həm də texniki səbəkələrdən asılıdır: real təşkilatın informasiya strukturu, bir qayda olaraq çox mürəkkəbdir və rəhbərlik təşkilatda gedən prosesin mahiyyətini daha dərindən başa düşmək imkanına malik deyil; qərarların qəbuledilməsi texnologiyası mövcud texniki imkanlara yönəldilmişdir və çox çətinliklə dəyişdirilə bilir; təşkilatın sturukturunun bir hissəsinin dəyişdirilməsinin vacibliyi meydana çıxa bilər; layihə öz xərcini ödəməyə başlayınca, əhəmiyyətli investisiya tələb olunur; mövcud texniki bazanın əhəmiyyətli modifikasiyası tələb olunur; təşkilatın mütəxəssisləri tərəfindən yeni texnologiyaların və proqram məhsullarının mənimsənilməsi çox vaxt apara bilər; xəzinəni işləyib hazırlayanla gələcək istifadəçi arasında, işləyib hazırlanma mərhələsində qarşılıqlı fəaliyyəti yaratmaq çətin olur.Bütün bunlardan belə nəticə çıxır ki, korporativ xəzinənin işləyib hazırlanması və tətbiqi, təşkilatın fəaliyyəti və onun yeni texnologiyalara yönəldilməsi analizinə görə, çox güc tələb edir. VK xəzinənin işlənib hazırlanması və tətbiqini asanlaşdırmaq məqsədilə yaranmışdır. Hazırda VK dedikdə, təşkilatın fəaliyyətinin hər hansı bir istiqamətinə, məsələn, ehtiyatların hesablanmasına və ya digər sahələrə xidmət edən xüsusiləşmiş xəzinə başa düşülür. Konkret fəaliyyət sahəsində cəlb olunan əməkdaşların sayı da çox deyil (köşkə 10-15 nəfər xidmət etməlidir). Müasir texnologiyadan istifadə etməklə bölmələrin köşkünü 3-4 ay müddətində genişləndirmək olar.
Verilənlər modeli
Verilənlər modeli – verilənlər bazalarının idarəolunması sisteminin (DATABASE MANAGEMENT SYSTEM, DBMS) dəstəklədiyi, abstrak struktur əmələ gətirən bir-birilə qarşılıqlı əlaqədə olan obyekt tiplərinin, deyimləri və tamlığı təmin edən qaydaların sistemi. Konkret DBMS tərəfindən dəstəklənən verilənlər modelindən asılı olaraq, relyasiyalı DBMS, şəbəkə DBMS sistemi və s. olur. Məsələn, relyasiyalı modeldə aşağıdakı tip obyektlər olur: əlaqələr (cədvəllər), atributlar (sütunlar) və domenlər (atributların mümkün olan qiymətləri). Deyimlər relyasiya cəbri vasitəsilə təyin olunur; bunlar SELECT, PROJECT və JOIN deyimləridir, tamlığı təmin edən qaydalar isə (bir az sadələşdirilmiş şəkildə) belədir: ilkin açarın qiymətinin heç bir komponenti boş ola bilməz; ilkin açarın bütün qiymətləri unikal olmalıdır; xarici açarın boş olmayan istənilən qiyməti ilkin açarın mövcud olan hər hansı qiymətinə uyğun olmalıdır.Ümumi halda, DBMS yalnız bir verilənlər modelini dəstəkləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlər tipi
Verilənlər tipi (en. Data type), (ru. тип данных), (tr. veri türü) – proqramlaşdırmada: verilənlər yığınının mümkün qiymətlərinin diapazonunu, bu qiymətlər üzərində aparıla bilən əməliyyatları və bu qiymətlərin yaddaşda saxlanması qaydasını müəyyənləşdirən xarakteristikası. Kompüter verilənlərlə, onların tiplərinə uyğun olaraq manipulyasiya edir. Məsələn, sürüşkən nöqtəli verilənlərin qiyməti tam ədədi tipli verilənlərin qiymətindən fərqli qaydada təsvir və emal edilir. Verilənlər tipi anlayışı verilənlərlə manipulyasiyanı daha mücərrəd proses edir və onların əsasında verilənlərin ikilik təqdimolunmasının durduğunu gizlədir. Verilənlər tipi anlayışı, demək olar ki, bütün səviyyəli dillərdə var; belə tiplərə misal olaraq tam ədədləri, sürüşkən nöqtəli ədədləri, simvolları, Bul verilənlərini, göstəriciləri göstərmək olar. Verilənlər tiplərinin emalı ilə bağlı problemlərin işlənməsi qaydası dilin əsas xarakteristikalarından biridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Verilənlər xəzinəsi
Verilənlər xəzinəsi (en. Data Warehouse) – idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, sahə təmayüllü, zamandan asılı olub, dəyişməyən və istiqamətləndirici verilənlər yığımıdır. == Ümumi məlumat == İlk dəfə 1988-ci ildə Devlin və Merfi tərəfindən yazılmış məqalədə VX haqqında danışılmışdır. VX konsepsiyasının ilk müəlliflərindən biri B. İnmon 1992-ci ildə VX-ni belə təsvir etmişdir: Verilənlər xəzinəsi (VX) konsepsiyasının predmetini verilənlər təşkil edir. Verilənlərin emalı sistemlərinin (VES) məhsulu sayılan verilənlər digər istehsalat məhsulları kimi müəyyən xüsusiyyətə və xarakteristikaya malikdirlər: yararlılıq müddətinə, saxlandığı yerə, bazar qiymətinə, ötürülmə qabiliyyətinə, düzəlişi qəbul etmək xüsusiyyətinə və s. Bu cəhətləri nəzərə almaqla demək olar ki, VX konsepsiyası verilənlərin analizi konsepsiyası deyil, verilənlərin analiz üçün hazırlanması konsepsiyasıdır. == VX-nin arxitekturası == VX-nin arxitekturasını qurarkən informasiya sistemlərinin arxitekturasını təyin edən mövcud sənədlərin öyrənilməsindən başlamaq lazımdır. Bu sənədlərə təşkilatlardakı informasiya texnologiyalarının (İT) inkişafının general planı da daxildir. VX-nin təşkilatın İT-nin infrastrukturuna inteqrasiya olunması vacib olduğundan VX yaradarkən informasiya sistemlərinin və ya İT-nın inkişafının general planına əsaslanmaq lazımdır. Operativ sistemlərdə (OLTP) verilənləri analiz etmək çox çətindir.
Qalaq (verilənlər strukturu)
Qalaq informatika elmində — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Gündəlik həyatımızda biz qalaq olaraq bir-birinə dirənərək konus və ya piramida formasında structur yaradan cisimlər (adətən eyni tipli) yığınına deyirik. Dilimizdə "tongal qalamaq" ifadəsi də yandırılacaq cisimlərin əvvəlcə qalaq şəklində yığılması ilə bağlıdır. Qalaq verilənlər strukturunun da forması qalağı xatırlatdığı üçün bu cür adlandırılıb. Qalağı digər ağaclardan fərqləndirən əsas əlaməti onun həmişə tam və ya tama yaxın olmasıdır, yəni onun çiyinləri kötükdən yarpağa qədər mümkün qədər bərabər hündürlükdə olmalıdır. Ancaq son səviyyə tam olmaya bilər, bu zaman isə son səviyyənin mövcud qovşaqları ağacın mümkün qədər sol yarpaqlarını təşkil etməlidir. Bu isə bir səviyyə tam doldurulmayanadək, növbəti səviyyəyə keçilməməklə təmin edilir. Bu tələblər bir tərəfdən ağacın mümkün olan ən kiçik hündürlüyünü təmin edir, belə ki, N sayda qovşaqdan ibarət ağacın hündürlüyü həmişə O ( l o g N ) {\displaystyle O(log\ N)} olur, digər tərəfədən isə qalağı xətti (bir ölçülü) massivdə yerləşdirməyə imkan verir. Qalaq strukturuna olan digər tələb, onun kiçik (min) və ya böyük (max) qalaq olmasından asılı olaraq, qovşağın hər bir törəməsinin özündən böyük ya bərabər və yaxud kiçik ya bərabər olmasıdır. Kiçik qalaq halında bu kötüyün ən kiçik, böyük qalaq halında isə ən böyük element olmasını təmin edir.
Relyasiyalı verilənlər bazası
Relyasiyalı verilənlər bazası – verilənlər bazasının və verilənlər bazasının idarəolunması sisteminin elə növüdür ki, informasiya cədvəllərə yazılıb, cədvəldə verilənlərin axtarışı üçün isə başqa cədvəlin sütunlarındakı verilənlərdən istifadə olunur. Relyasiyalı verilənlər bazasında cədvəllərin sıraları yazılar (ayrıca element haqqında informasiya toplusu), sütunlar isə sahələrdir (yazının ayrı-ayrı atributları). Axtarış zamanı relyasiyalı verilənlər bazası bir cədvəlin sahəsinin informasiyasını başqa cədvəlin uyğun sahəsində olan informasiya ilə əlaqələndirir və nəticədə hər iki cədvəlin sorulan verilənlərinin kombinasiyasından ibarət üçüncü cədvəl yaranır. Məsələn, bir cədvəldə VƏZIFƏ, SOYAD, AD, STAJ sahələri, başqasında isə ŞÖBƏ, VƏZIFƏ və ƏMƏK HAQQI sahələri varsa, relyasiyalı baza hər iki VƏZIFƏ sahəsini elə əlaqələndirə bilər ki, müəyyən stajı olan bütün işçiləri, yaxud müəyyən tarixdən sonra işə qəbul olunmuş işçilər olan şöbələri tapmaq mümkün olsun. Başqa sözlə, relyasiyalı verilənlər bazası bir cədvəldəki informasiyanı başqa cədvəldəki informasiya ilə əlaqələndirmək üçün iki cədvəldəki uzlaşan qiymətlərdən istifadə edir. Bax: RDBMS. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Verilənlər Bazası Marketinqi
Verilənlər Bazası Marketinqi — məhsul və ya xidməti tanıtmaq üçün fərdiləşdirilmiş kommunikasiyalar yaratmaq üçün müştərilərin və ya potensial müştərilərin məlumat bazalarından istifadə edən birbaşa marketinq forması. Birbaşa marketinq və verilənlər bazası marketinqi arasındakı fərqlər məlumatların təhlilinə müxtəlif yanaşmalardadır. Verilənlər bazası marketinqi müştərilərin davranış modellərini inkişaf etdirmək üçün statistik metodların istifadəsinə diqqət yetirir, daha sonra ünsiyyət üçün müştərilərin seçimində istifadə olunur. Nəticədə, bu məkanda marketoloqlar informasiya anbarlarının aktiv istifadəçilərinə çevrilirlər, çünki istehlakçılar haqqında daha çox məlumatın olması daha dəqiq model yaratmaq ehtimalını əhəmiyyətli dərəcədə artırır. Marketinq məlumat bazalarının iki əsas növü var: 1) Müştəri verilənlər bazası (B2C) və 2) Korporativ verilənlər bazası (B2B). Müştəri bazaları məhsulu birbaşa istehlakçıya satan şirkətlər tərəfindən, yəni Business Customer (B2C) modelindən istifadə edilir. Korporativ verilənlər bazaları çox vaxt daha çox məlumat ehtiva edir. Bunun səbəbi müştəri məlumat bazalarını tərtib edərkən marketoloqların qarşılaşdıqları fərdi məlumatların qorunması qanunları şəklində maneələrin olmamasıdır. Verilənlər bazasına adətən ad, ünvan, daxili satış əməliyyatlarının tarixi, çatdırılma xidmətləri və ya digər şirkətlərdən alınmış müştəri siyahıları daxildir. Belə siyahıların mənbələri xeyriyyə proqramlarının iştirakçılarının profilləri, sınaq məhsulları üçün müraciətlər, müsabiqələr, zəmanət kuponları, xəbərlərə abunə formaları və kredit ərizə formalarıdır.
Verilənlər bazasının administratoru
Verilənlər bazasının administratoru – verilənlər bazasına cavabdeh olan şəxs və ya şəxslər qrupu. Adətən, verilənlər bazasının administratorunun vəzifələri sırasına verilənlər bazasının informasiya tərkibinin müəyyənləşdirilməsi, verilənlərin saxlanmasının daxili strukturunu və onlara erişmənin strategiyasının müəyyənləşdirilməsi, verilənlərin qorunmasının və onların tamlığının təmin edilməsi, verilənlər bazasının səmərəliliyinə nazarət edilməsi və istifadəçilərin tələblərinə cavab verilməsi daxil olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şəbəkə verilənlər bazası
Şəbəkə verilənlər bazası (ing. network database) – yazıları bir neçə yolla quraşdırıla (bir-birilə əlaqələnə) bilən verilənlər bazası növü. Şəbəkə verilənlər bazasında, iyerarxik verilənlər bazasında olduğu kimi, bir yazıdan başqasına marşrut olur, ancaq onun strukturu o qədər də sərt olmur: hər hansı ayrıca yazı bir neçə başqa yazını göstərə bilər və ona bir neçə yazı istinad edə bilər. Şəbəkə verilənlər bazası faktiki olaraq istənilən iki yazı arasında çoxlu maşrutların olmasına imkan verir, iyerarxik verilənlər bazasında isə yalnız bir marşrut ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İntellektual verilənlər bazası
İntellektual veilənlər bazası (ing. intelligent database, rus. интеллектуальная база данных, türk. akıllı veritabanı) – sərbəst müəyyən olunmuş və birmənalı olmayan termin; adətən, informasiyanı məntiqi, təbii və əlverişli üsullarla emal edən verilənlər bazalarının idarəolunması sistemlərini təsvir etmək üçün istifadə olunur. Bundan başqa, intellektual verilənlər bazasında axtarış təkcə ənənəvi üsullarla deyil, həm də qabaqcadan göstərilmiş qaydaların, əlaqələrin və hətta verilənlərin təhlilinin köməyilə aparılır. İntellektual verilənlər bazalarına ekspert sistemləri, hipermedia və hipermətn sistemləri, eləcə də informasiyanın interaktiv seçilməsi vasitələri aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Onlayn verilənlər bazası
Onlayn verilənlər bazası, onlayn məlumat bazası, onlayn informasiya bazası və ya onlayn databaza — fərdi kompüterdə və ya ona əlavə edilmiş yaddaşda (məsələn, CD kimi) lokal formada saxlanılandan fərqli olaraq, lokal şəbəkədən və ya internetdən əldə edilə bilən verilənlər bazası. Onlayn verilənlər bazaları veb-saytlarda yerləşdirilir, veb-brauzer vasitəsilə əldə edilə bilən xidmət məhsulları kimi proqram təminatı kimi təqdim edilir. Onlar pulsuz ola bilər və ya aylıq abunəlik sistemi kimi ödəniş tələb edə bilər. Bəziləri birgə redaktə və e-poçt bildirişi kimi təkmilləşdirilmiş funksiyalara malikdir. == Bulud verilənlər bazası == Bulud verilənlər bazası lokal yox, internet üzərindən işlədilən və əldə edilən verilənlər bazasıdır. Beləliklə, müştəri verilənlər bazasını bir yerdə saxlamaq əvəzinə, hansısa biznes onun bütün departamentlərinin və ya bölmələrinin ona daxil ola bilməsi və yeniləməsi üçün onun internetdə yerləşdirilməsini seçə bilər. Əksər verilənlər bazası xidmətləri son istifadəçinin verilənlər bazası nümunələrini təminvə konfiqurasiya etmək üçün istifadə edə biləcəyi veb əsaslı konsollar təklif edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Robert J Muller. Productive Objects: An Applied Software Project Management Framework. Morgan Kaufmann Publishers.
Tərs siyahılı verilənlər bazası
Tərs siyahılı verilənlər bazası ( ing. inverted list database ~ ru. база данных инвертированного списка ~ tr. ters listeli veritabanı) – relyasiyalı verilənlər bazasından aşağıdakı fərqləri olan verilənlər bazası: • Tərsinə çevrilmış siyahı cədvəlinin sətirləri (yazıları və ya kortejləri) hər hansı indeksləmə ardıcıllığından asılı olmayaraq müəyyən fiziki ardıcıllıqla yerləşir. • Ümumi verilənlər bazasını, bazanın cədvəlləri üçün qurulmuş müəyyən məntiqi birləşdirmə meyarlarından istifadə etməklə nizamlamaq olar. • Siyahının açarlarının sayı istənilən qədər ola bilər, həm də istər sadə, istərsə də mürəkkəb açarların əksinə olaraq, burada onlar istənilən sahə və ya sahələrin kombinasiyası ola bilər. • Bütövlüyə və ya unikallığa heç bir məhdudiyyət yoxdur. • Nə indekslər, nə də cədvəllər istifadəçiyə göstərilir. Belə verilənlər bazasının idarə olunması sistemindəki bu fərqlərə görə verilənlərin uzlaşmasını, bütövlüyünü və təhlükəsizliyini təmin etmək çox çətindir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Verilənlər bazasının idarəetmə sistemləri
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. == VBİS arxitekturası == Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər. Bu kompüterlərdə klient proqramlar qurulublar.
Verilənlər elmi (Data Science)
Verilənlər elmi (Data Science) informasiyanın alınması üsullarına sahib olmaqdır. “Data science” termin kimi ilk dəfə 1960-cı illərdə kompüter elmlərinin pionerlərindən sayılan Peter Naur tərəfindən “Datalogy, the science of data and of data processes and its place in education” adlı məruzəsində səsləndirilmiş , fənn kimi isə keçən əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. Bu 1966-cı ildə Elm və Texnika üçün Məlumat Komitəsinin (CODATA – International Council for science: Committee on Data for Science and Technology) təsis edilməsinə təsadüf edir . 1974-cü ildə Peter Naur “Concise Survey of Computer Methods in Sweden and the United States” kitabında verilənlərin müasir emal metodlarının icmalını vermiş və verilənlər haqqında elmi rəqəmsal verilənlərin həyat dövrünü (yarandığı andan başqa bilik sahələrinə təqdim olunmaq üçün edilən dəyişikliklərə qədər) öyrənən bir fənn kimi təyin etmişdir. Ancaq, termin 1990-cı illərdə geniş istifadə olunmağa başlamış və 2000-ci illərin əvvəllərindən hamı tərəfindən qəbul edilmişdir. 2001-ci ildə Purdue Universitetinin professoru, statistika, verilənlərin vizuallaşdırılması, maşın təlimi sahəsində tanınmış mütəxəssis Uilyam Klivlend (William S. Cleveland) statistik tədqiqatların texniki aspektlərinin inkişaf planı (Data Science: An Action Plan for Expanding the Technical Areas of the Field of Statistics) adlı tədqiqatında diqqəti “data science” fənninin tədrisi məsələsinə yönəltmişdir . O, planda “data science”-i ayrıca akademik fənn kimi irəli sürmüşdür. Bu da “data scientist” adlanan kadrların hazırlanmasına marağı stimullaşdırmışdır. Təsadüfi deyildir ki, təxminən əmin vaxtdan da CODATA-nın “Data Science Journal”-ı (2002-ci ildən) nəşr olunmağa başlanmışdır. == Xarakteristikaları == Verilənlər elmi ənənəvi informatikadan başlayaraq riyaziyyata qədər müxtəlif sahələr üzrə bacarıq və vərdiş tələb edir.
İntellektual veilənlər bazası
2019–20 koronavirus pandemiyası verilənləri/Azərbaycanda tibbi hallar qrafiki 2021
Daşıyıcı kanart
Daşıyıcı kanart, kanart tipli təyyarələrdə daşıma vəzifəsini əsas qanadla birgə yerinə yetirən kanartlara verilən addır. Tandem təyyarələrdən fərqi kanart sahəsinin tandem təyyarələr ilə müqayisədə əsas qanad sahəsindən daha kiçik olmasıdır. Daşıyıcı kanartlar ya simmetrik bir qanad profilinə, ya da qarmaqlı qanad profili konfiqurasiyasına malikdirlər. Daşıyıcı kanartın istifadəsinin üstünlüyü, qaldırıcı qüvvənin kvadratına mütənasib olan induksiyalı sürüklənmənin, daşınmanın kanart və qanadlar arasında bölüşdürülərək azaldılmasıdır.
Daşıyıcı qüvvə
Daşıyıcı qüvvə, axışqanlar mexanikasında bir aerofoil boyunca axışqanın əmələ gətirdiyi səthi qüvvələrin nəticəsidir. Daşıma qüvvəsi, bir flüid daxilində yer alan cismə flüid tərəfindən tətbiq edilən bütün hidromexanika qüvvələrinin cəmidir. Bu qüvvənin istiqaməti flüidin daxilindəki cismin hərəkət xəttinə doğru düz bucaq yaradır.
Daşıyıcı raket
Daşıyıcı raket (ing. carrier rocket) - Yer səthindən kosmosa, adətən, Yerin orbitinə və ondan uzağa yük daşıması üçün istifadə olunan raket. == Yükünə görə == NASA daşıyıcı raketləri Dünya orbitindən daşıdığı yük qabiliyyətinə görə aşağıdakı kimi təsnifatlandırmışdır: Kiçik daşıyıcı raket: < 2,000 kiloqram (4,400 funt) - misal üçün Vega Orta daşıyıcı raket: 2,000 to 20,000 kiloqram (4,400 to 44,100 funt) - misal üçün Soyuz ST Ağır daşıyıcı raket: > 20,000 to 50,000 kiloqram (44,000 to 110,000 funt) - misal üçün Ariane 5 Çox ağır daşıyıcı raket: > 50,000 kiloqram (110,000 funt) - misal üçün Saturn V == İstinadlar == == Xarici keçidlər == S. A. Kamal, A. Mirza: The Multi-Stage-Q System and the Inverse-Q System for Possible application in SLV, Proc. IBCAST 2005, Volume 3, Control and Simulation, Edited by Hussain SI, Munir A, Kiyani J, Samar R, Khan MA, National Center for Physics, Bhurban, KP, Pakistan, 2006, pp 27–33 Free Full Text S. A. Kamal: Incorporating Cross-Range Error in the Lambert Scheme, Proc. 10th National Aeronautical Conf., Edited by Sheikh SR, Khan AM, Pakistan Air Force Academy, Risalpur, KP, Pakistan, 2006, pp 255–263 Free Full Text S. A. Kamal: The Multi-Stage-Lambert Scheme for Steering a Satellite-Launch Vehicle, Proc. 12th IEEE INMIC, Edited by Anis MK, Khan MK, Zaidi SJH, Bahria Univ., Karachi, Pakistan, 2008, pp 294–300 (invited paper) Free Full Text S. A. Kamal: Incompleteness of Cross-Product Steering and a Mathematical Formulation of Extended-Cross-Product Steering, Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 167–177 Free Full Text S. A. Kamal: Dot-Product Steering: A New Control Law for Satellites and Spacecrafts [sic], Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 178–184 Free Full Text S. A. Kamal: Ellipse-Orientation Steering: A Control Law for Spacecrafts [sic] and Satellite-Launch Vehicles, Space Science and the Challenges of the twenty-First Century, ISPA-SUPARCO Collaborative Seminar, Univ.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Verilənlərin idarəedilməsi
Verilənlərin idarəedilməsi (ing. Data management; rus. Управление данными) — verilənlərin toplanması və daxil edilməsindən tutmuş, onların emalı, çıxışa verilməsi və saxlanmasınadək müxtəlif aspektlərdən planlı həyata keçirilən yoxlanmasıdır. Kompüterdə verilənlərin idarəedilməsi həm aparat, həm də proqram vasitələri ilə gerçəkləşdirilir. Aparat təminatı (yaddaş, informasiya daşıyıcıları, giriş-çıxış qurğuları və mikroprosessor) səviyyəsində verilənlərin idarəedilməsi, onların toplanmasından, bir yerdən başqa yerə köçürülməsindən və onların emalı üzrə göstərişlərin yerinə yetirilməsindən ibarət olur. Belə işlərin çoxuna nəzarət edən əməliyyat sistemi, aparat vasitələtini idarə edir və bununla da verilənləri idarə edir ki, bu da sistemin müxtəlif komponentlərinin uzlaşdırılmış işləməsini və verilənlərin etibarlı saxlanmasını təmin edir. Əməliyyat sistemi çərçivəsində işləyən tətbiqi proqramlar əməliyyat sisteminin özünə nisbətən verilənləri daha əyani yollarla idarə edir: tətbiqi proqramlar daxil edilmiş informasiyanı qəbul edir, onları istifadəçinin komandalarına uyğun emal edir və nəticələri ya çıxış qurğusuna ötürür, ya da diskdə saxlayır. Verilənlərin idarəedilməsində bəzi vəzifələr, xüsusən, verilənlərin alınması və təşkili, disklərin nişanlanması, verilənlərin ehtiyat üzünün çıxarılması, fayllar arxivinin yaradılması, eləcə də sərt diskin periodik olaraq lazımsız verilənlərdən "təmizlənməsi" istifadəçinin üzərinə düşür. Beləliklə, verilənlərin səmərəli idarə edilməsi, insanın təşkilatçılıq bacarığı ilə kompüterin verilənləri emal etmək, saxlamaq və nəticə çıxarmaq kimi imkanlarının birləşdirilməsini nəzərdə tutur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov).
Verilənlərin müstəqilliyi
Verilənlərin müstəqilliyi (en. Data independence), (ru. независимость данных), (tr. veri bağımsızlığı) – verilənlər bazasında: verilənlərin onları emal edən proqramlardan ayrılması. Verilənlərdən istifadə edən proqramlar verilənlər bazasının strukturu və təşkili haqqında heç nə (və ya praktiki olaraq heç nə) "bilmirlər". Buna görə də verilənlərin müstəqilliyi, saxlanılan informasiyanı mümkün qədər daha erişilən edir. Verilənlərin müstəqilliyinin üç növünü fərqləndirirlər: fiziki, məntiqi və distributiv. Fiziki müstəqillik o deməkdir ki, verilənlər bazasının topologiyasını və informasiyaya erişmə üsullarını dəyişmək olar (məsələn, sütun artırmaq və ya uzaqlaşdırmaq, yaxud çeşidləmə ardıcıllığını dəyişmək), ancaq bu, verilənlər bazasının əvvəlki tətbiqi proqramlar tərəfindən istifadəsinə xələl gətirməyəcək.Məntiqi müstəqillik o deməkdir ki, verilənlər bazasının strukturunu yenidən qurmaq olar (məsələn, iki verilənlər yığınını birləşdirmək), ancaq informasiya toxunulmaz qaldığı müddətdə verilənlər bazasının strukturundakı dəyişiklikləri tətbiqi proqramlar görməyəcək.Distributiv müstəqillik o deməkdir ki, verilənlər bazasının və ya onun bir hissəsinin yerləşmə yeri (məsələn, şəbəkənin bir və ya bir neçə serverində olması) onunla işləyən proqrama əhəmiyyətli təsir etməyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin sıxlaşdırılması
Verilənlərin sıxlaşdırılması (en. data compression), (ru. сжатие данных), (tr. veri sıkıştırma) – verilənlərin ötürülməsində, verilənlər bazasının idarəedilməsi sistemlərində, faksimil rabitəsində, proqramların və verilənlərin disklərdə saxlanmasında, informasiyanın daha səmərəli ötürülməsi və ya saxlanılması məqsədilə onların "sıxılması". Sıxlaşdırmanın ən məşhur üsullarından biri olan açar sözlərin kodlaşdırılmasında tez-tez rast gəlinən hər bir söz (məsələn, "the" və ya "here") ikibaytlı nişan ilə əvəz edilir; nəticədə mətn faylında hər bir belə sözə görə bir və ya daha artıq bayta qənaət edilir. A. Lempel’in və İ. Ziv’in işləyib hazırladıqları sıxlaşdırma üsulunda bütün artıq verilənlərin uzaqlaşdırılması nəzərdə tutulur. Verilənlərin sıxlaşdırılmasının müasir proqram və aparat vasitələrinin praktiki olaraq hamısı Lempel-Ziv alqoritminə (LEMPEL-ZIV CODING) əsaslanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin ötürülməsi
Verilənlərin ötürülməsi — (en. data transmission), (ru. передача данных), (tr. veri iletimi) — informasiyanın göndərən qurğudan qəbuledici qurğuya elektron üsulla verilməsi (bir nöqtədən digər bir nöqtəyə və ya bir nöqtədən çox nöqtəyə ötürülməsi) nəzərdə tutulur. Verilənlərin ötürülməsi üçün fərqli əlaqə vasitələri mövcuddur. Bunlar arasında ən geniş yayılan əlaqə vasitələri mis kabellər, fiber-optik xəttlər, telsiz və simsiz əlaqədir. Həmçinin verilənlərin ötürülməsi üçün daşınabilən disklərdən, usb yaddaşlardan, sərt disklərdən də istifadə olunur. Verilənlər aşağıdakı fiziki formalarda yadda saxlanır və ötürülür: Elektromaqnit dalğalar Radio dalğalar Mikro dalğalar İnfraqırmızı dalğalarVerilənlərin ötürülməsi üçün həm analoq, həm də rəqəmsal siqnallardan istifadə etmək olar. Amma günümüzdə yalnız rəqəmsal siqnallardan istifadə edilir. Analoq siqnallar daimi dəyişən dalğalar olduğu halda, rəqəmsal siqnallar yalnız diskret şəkildə dəyişən dalğalardır.