SEÇİLƏN

f.sif.
1. Seçki nəticəsində seçilmiş. Seçilən namizədlər.
// İs. mənasında. Akademiyaya seçilənlər. Seçilənlər arasında cavanlar çoxdur.
2. Nəzərə çarpan, fərqlənən, fərqləndirilən, başqalarından ayrılan.
Firəngizin qaşları tünd-qara deyildi, onda güclə seçilən qızılı bir parıltı nəzərə çarpırdı. B.Bayramov.

SEÇİCİ
SEÇİLMƏ
OBASTAN VİKİ
Seçilən (film, 2008)
Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir. Film 400 min dollara başa gəlib. Film Bakıfilm kinostudiyasının ən yaxşı siyasi-tarixi filmidir.

Digər lüğətlərdə