MİRCƏ

(Göyçay)
toxumdan yenicə çıxmış baramaqurdu. – Körpə mircə verillər
MİRAHAF
MİRÇALIĞ
OBASTAN VİKİ
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri. == Həyatı == 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938 == Əsərləri == " Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s == İstinadlar == == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar".
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Mir Məhəmməd Kərim ağa Mircəfərzadə
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Mircəfər
Mircəfər və ya Mir Cəfər — ad. Mircəfər Bağırov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi (1933 – 1953) Mircəfər Əyyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.). Mircəfər Seyidov — azərbaycanlı yazıçı və jurnalist.
Mircəfər Bağırov
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926). == Həyatı və ailəsi == Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir. M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mircəfər Seyidov
Seyidov Mircəfər Əyyub oğlu — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Mircəfər Seyidov 1952-ci ildə anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 saylı orta məktəbi, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1975-ci ildə əmək fəaliyyətinə başlamış, uzun müddət mətbuat və nəşriyyat sahəsində işləmişdir. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçidir. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 1980–1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib. Bundan əlavə müxtəlif qəzet janrlarında yazılmış və dərc olunmuş 2000-dən çox məqalənin müəllifidir.100-dən artıq kitabın redaktorudur 80-ci illərin əvvəllərində ən yaxşı idman jurnalisti kimi Azərbaycan "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş, Respublika idman jurnalistlərinin Bakıda keçirilən konfransının iştirakçısı olmuşdur. 2001-ci ildə yazdığı "Kərbəla "kitabına görə ilk dəfə Bakıda keçirilən İmam Həzrət Əli(ə)ilə bağlı beynəlxalq konfransa dəvət almış, çıxışı konfransın toplusunda dərc edilmişdir. 2016-cı ildə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında fəal iştirakına və 1996-cı ildə yazdığı "Bərdə şəhidləri" kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalına layiq görülmüşdür.
Mircəfər Əyyubov
Mircəfər Əyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.).
Mircəfərli (Meşkinşəhr)
Mircəfərli (fars. ميرجعفرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (28 ailə).
Mircəlal
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Mircəlal Paşayev
Paşayev Mir Cəlal Əli oğlu (26 aprel 1908, Ərdəbil – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). == Həyatı == Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycan (Ərdəbil ostani) Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir.
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. == Həyatı == 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. == Yaradıcılığı == Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.
Mircəlal Kazımi
Mircəlal Mikazım oğlu Kazımi (7 aprel 1977, Bakı) — Azərbaycan alimi, ümumi-cərrah, cərrah-transplantoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti. Azərbaycanda milli transplantasiya komandasının formalaşdırılması üzrə tanınır. Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını, Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını və ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsini icra etmişdir. == Həyatı == Mircəlal Kazımi 1977-ci il aprelin 7-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olub, 2000-ci ildə buranı bitirmişdir. 2000–2001-ci ildə M. Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını almışdır. 2004–2009-cu illərdə Türkiyənin Ege Universitetində tibb fakulətsinin ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasında təhsil almışdır. 2009–2010-cu illərdə İzmir şəhəri, "Kent" xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreya, Seul şəhəri, "Asan Medical Center"-də , hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak etmişdir.14.09.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanı, 2016-cı ildə Səhiyyə Nazırliyi tərəfindən "Səhiyyə Əlaçısı" döş nişanı və "Fəxri Fərman", Azərbaycan Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı, Azərbaycan Dövlət Gömrük Komitəsinin "Fəxri Fərman"-ları ilə təltif edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mircəlal Kazımi əmək fəaliyyətinə 2001–2002-ci ildə Azərbaycan Tibb Universiteti Ümumi Cərrahiyyə kafedrasında baş laborant kimi başlamışdır.