Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
A Vitamini
A vitamini yağda əriyən vitaminlərdəndir, əsasən qaraciyərdə toplanır. Yüksək miqdarlarda alınması toksik reaksiyalarına (zəhərlənmə) səbəb ola bilir. A vitamininin miqdarı Retinol Equivalant ilə ölçülür. == Dəyəri == Orta yaşlı kişilərdə A vitamininin lazımi miqdarı 1000 Retinol, orta yaşlı qadınlarda isə 800 Retinol tələb olunur. Aşağıda bəzı qidaların içində Retionalun miqdarı verilmişdir. 6 gr qaraciyər (Dana), 9124 1 yemək qaşığı balıq yağı, 4080 1 böyük yumurta sarısı, 97 1 fincan süd, 76 1 orta boyüklükdə kartof, 2487 1 orta boyüklükdə kökdə, 2025 == Faydaları == A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir.
B12 vitamini
Sianokobolamin B12 vitamini olaraq da bilinir. Xüsusən heyvan hüceyrələrində mövcud olur. Bir qrup alim tərəfindən tərəvəzlərdə də B12 vitamininin mövcudluğu fikri irəli sürülsə də bu hazırda diskussiya mövzusudur və hələlik öz təsdiqini tapmamışdır. Bu səbəbdən vegeterianlar tərəfindən müəyyən kapsullar halında qəbul edilir. == B12 vitamini eksikliği == === Laboratoriya diaqnostikası === B12 vitamini çatışmazlığı üçün qızıl standart test olmadığı üçün şübhəli diaqnozu təsdiqləmək üçün bir neçə müxtəlif laboratoriya testləri aparılır. B12 vitamin serumu dəyəri olduqca əlverişsizdir, çünki o, gec dəyişir, eyni zamanda nisbətən həssas və qeyri-spesifikdir. Sidikdə və ya qan plazmasındakı metilmalon turşusu B12 vitamini ehtiyatları tükəndikdə artan funksional B12 vitamini bəlirləyicisi hesab olunur. Bununla belə, metilmalon turşusunun yüksək səviyyələri də tez-tez nəzərdən qaçırılan metabolik pozğunluğu, kombinə olunmuş malonil və metilmalonil asiduriyanı (CMAMMA) göstərə bilər. B12 vitamini çatışmazlığının ən erkən göstəricisi B12 vitamini və onun nəqliyyat proteininin kompleksi olan holotranskobalamin (holoTC) səviyyəsinin aşağı olmasıdır. == B12 vitamininin mənbəyi olan qidalar == B12 vitamini orqanizmin onu istehsal edə bilmədiyi üçün qidadan alınmalı olan vacib bir elementdir.
B1 vitamini
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
B vitamini
== B Vitamini == Bitki və heyvan mənşəli qidaların tərkibində olur. Suda həll olan vitamindir. B qrup vitaminlərinə B1, B2, B6, B12 aiddir. == B1 vitamini == B1 vitamini orqanizmin böyüməsi və inkişfı üçün çox faydalıdır. Əsasən, çörəkdə, yumurta sarısında, paxlalı bitkilərin toxumlarında və az miqdarda ispanaq, kələm, soğan, yerkökü, almada olur. Bu vitaminə sutkalıq ehtiyac 2–3 mqdır. B1 vitamini orqanizmin fizioloji proseslərinin düzgün getməsi, əsasən, sinir sisteminin, ürəyin və əzələlərin normal fəaliyyəti üçün zəruridir. Qidada B1 vitamini çatışmadıqda beri-beri ağır xəstəlik baş verir. Bu zaman sinir sisteminin, ürək-damar fəaliyyəti pozulur, tez yorulur, iştaha itir, insan arıqlayır. Hətta qıcolmalar, iflicolma hadisəsi baş verir.
C vitamini
C vitamini və ya Askorbin turşusu — əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70–100 mq-dır. Ağbaş kələmdə 25–60, kartofda – 5–50, pomidorda – 20–40, limonda – 55, itburnu meyvəsində – 450 mq C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.Bundan başqa portağal, bibər, laym(yaşıl limon) da C vitamini qaynağıdır. == Xüsusiyyətləri == Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).
D vitamini
D vitamini (kalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraxit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir.
E vitamini
E vitamini — Sutkalıq norması 10–15 mqdır. Yaraların sağalmasında, əzələllərin və cinsiyyət orqanlarının işinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Yaşıl bitkilərdə, ətdə, kərə yağında, süddə çox olur. E vitamini kimyəvi quruluşuna görə bir tokoldur və antisterillik vitamini kimi də tanınır. Vitamin E mühüm yağda həll olunan antioksidantdır və xüsusilə hüceyrə membranlarında və lipoproteinlərdə mühüm antioksidant funksiyalara malikdir. Epidemioloji və məhdud aralıq tədqiqatlar müəyyən edir ki, E vitamini ürək-damar xəstəlikləri, bəzi xərçənglər və digər xroniki xəstəliklər riskini azaldır. Bəzi böyük klinik sınaqlar E vitamininin sağlamlıq faydalarını daha dərindən qiymətləndirir. Tokolların müxtəlif birləşmələri (tokoferol və tokotrienol) E vitamini aktivliyini göstərir. Ən aktiv alfa-tokoferoldur. Əvvəllər o, əsasən α-tokoferola yönəldildiyi halda, bu gün digər tokoferollar və tokotrienollar daha çox diqqəti cəlb edir.
K vitamini
K vitamini — A, D və E vitaminləri ilə yanaşı yağda həll olan vitaminlərdən biridir. K vitamini və ya antihemorraqik vitaminin əsas mənbəyi bitkilərin yaşıl yarpaqlarıdır. Məhsullarda K1 (filloxinon) və K2 (metaxinon) şəkildə rast gəlinir. Bunlardan əlavə, K3 (metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kələm və gicitkən yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində onun miqdarı yüksəkdir. K vitamini çatışmazlığı dərialtına və əzələ daxilinə qan sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir. K1 (filloxinon) - K2 (metaxinon) K vitamininin çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini artıran protrombinin sintezi azalır. Bununla belə, orqanizmdə K — avitaminozu nadir hallarda baş verir.
P vitamini,
P vitamini — insan orqanizmi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır. İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir — onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır. P vitamini arterial təzyiqinin və ürək ritminin normallaşmasına kömək edir. P vitamini həmçinin göz təzyiqini azaldır. P vitamini ödün əmələ gəlməsində iştirak edir, bəzi hormonların istehsalına təsir edir, ödemləri azaldır. P vitamini orqanizmin allergenlərə olan davamlılığını artırır, allergik xəstəliklərin (xüsusilə bronxial astmanın) gedişatını yüngülləşdirir. P vitamini təsdiq edilmiş antioksidantdır.
Vitamin B
Vitamin B15
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Vitamin E (Tokoferol)
Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub döldaşıyan mənasını verir. Tokoferolların əsas mənbəyi bitki mənşəli: zeytun, günəbaxan, qarğıdalı, pambıq yağıdır. Qeyd etmək lazımdır ki,vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. İnsanın E vitamininə olan gündəlik təlabatı 15 mq-dır. Tokoferollar canlı hüceyrədə baş verən sərbəst radikal reaksiyanın sürətini azaldır. Bununla da bioloji membranlardakı doymamış lipidlərdə baş verən oksidləşmə reaksiyasına mane olur. Vitamin E əsasən sonsuzluğun, vaxtından əvvəl hamiləliyin pozulması,qaraciyər xəstəliklərində istifadə olunur. Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər.
Vitamin B 15(Panqam turşusu)
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.