Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yoxan
Yo Xan — türk, monqol və altay mifologiyasında yeraltı ilahı. Yox Xan da deyilir. Yeraltını qoruyar. Yox olmanı işarələr. Doqquz qat olan yeraltını (cəhənnəmi) idarə edər. Qaranlıqlar içindədir. Kimsəyə görünməz. Yaşadığı yer Uluqayının köklərinin altındadır. Oğlunun adı isə So Han'dır. == Etimologiya == (Yo/Yox/Yoğ) kökündən törəmişdir.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Yuxan Liyv
Yuxan Liyv (est. Johannes Liiv, 30 aprel 1864[…] – 1 dekabr 1913[…]) — eston şairi, yazıçısı və tərcüməçisi. == Həyatı == Liyv, Estoniyanın Alatskivi bölgəsində olduqca yoxsul bir ailənin uşağı olaraq dünyaya gəlib. Ailəsi maddi durumları yaxşı olmamağına baxmayaraq Liyvi ölkənin ən böyük ikinci şəhəri olan Tartuda, jurnalist məktəbinə göndərdi. Ancaq Liyv burada fiziki rahatsızlıqlarla uğraşmaq məcburiyyətində qaldı və məktəbi bitirmədən evinə döndü. Bununla birlikdə fasiləsiz olaraq Olevik adlı gəzetdə şeirlərini və köşə yazılarını yayımlamağa başladı. Ancaq yazdığı şeirlər dövrün Eston ədəbî zövvi ilə uyğun deyildi. Bu d, Liyvin şeirlerinin uzun müddət gözardı edilməsine səbəb oldu. == Qısa hekayələri == Liyv daha sonra Vari (Kölgə) adlı qısa hekayəsi ilə uğur qazandı və bu heayə yayımlandı. Bu dərin bir qayğını anladan hekayə, Liyvin gələcəkdə düz yazı ve şeirde göstərəcəyi tərzin bir əksi oldu.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Borc yığan 2 (film, 2020)
Borc yığan 2 (ing. Debt Collectors) — rejissor Cessi Conson tərəfindən çəkilmiş döyüş filmidir. Film 2018-ci ildə çəkilmiş olan Borc yığan filminin davamıdır. Filmdə baş rolları Skot Edkins, Luis Mendilor və Vladimir Kuliç canlandırmışdırlar. Filmin dünya üzrə premyerası 29 may 2020-ci ildə baş tutmuşdur. == Rollarda == == Süjet xətti == Çarəsiz partnyorların macəralarının davamı olan bu filmdə, bu dəfə şəriklər təkcə yumruq gücünə həll edilə bilməyəcəkləri daha təhlükəli bir işlə məşğul olacaqlar.
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Yan Yian
Yan Yian (30 yanvar 1982) — Sinqapuru təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Yian Sinqapuru 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub.
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli Buruc camaatı təşkil edir. Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. == Hazırlanması == Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. == İstifadə == Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Virus
Virus (lat. virus — "zəhər") — ən sadə canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur. Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır. Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Yian Tianyi
Yian Tianyi (28 fevral 1988) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yian Tianyi Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 4-cü pillənin sahibi olub.
Vurma
Vurma — hasil almaq üçün bir ədədin digər ədədə, yaxud öz-özünə vurulmasına deyilir.
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Yutub
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. == Tarixi == Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. == İş sistemi == YouTube video formatı olaraq Flash Video Formatı (*.
Galium verum subsp. verum
Galium verum var. verum
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Orxan
Orxan — kişi adı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Soxan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. == Etimologiya == (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
Qürub çağı kənd (rəsm əsəri)
Qürub çağı kənd — 1884-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Hal hazırda Amsterdamdakı Reyksmüzyem muzeyində nümayiş olunur.
Sübh adasında qürub (film, 1987)
== Məzmun == Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şurud
Şurud — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Dağətəyi ərazidədir. Kənd eyniadlı çayın adını daşıyır. Çayın adı "şor çay" çay kimi izah edilir. Şurud variantında da qeydə alınmışdır. == Əhalisi == Əhalisi 172 nəfərdir.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1302 nəfərdir. === Tanınmış şəxsləri === Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. == Din == Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.