Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Artim Şakiri
Artim Şakiri (mak. Артим Шаќири; 23 sentyabr 1973, Struqa[d]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Məşqçi. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. == Futbolçu karyerası == === Klub karyerası === Artim Şakiri 23 sentyabr 1973-cü ildə Struqa yaxınlığındakı Livada kəndində alban ailəsində anadan olmuşdur. Livadanın "Dinamo" komandasının yetirməsidir. Peşəkar karyerasını 1991-ci ildə Struqa şəhərini təmsil edən "Karaorman" klubunda başlayıb. 1992/93 mövsümündə bu komandanın heyətində birinci diviziondan yüksək liqaya vəsiqə qazanıb. Yüksək liqada öz oyunu ilə diqqət çəkməyi bacaran futbolçunu mövsümün sonunda ölkənin aparıcı klubu olan "Vardar" heyətinə qatıb. Vardarın heyətində ölkə çempionatının qızıl (1994/95), gümüş (2000/01) və bürünc (1995/96) mükafatçısı, Makedoniya Kubokunun isə ikiqat (1994/95, 1998/99) qalibi olmuşdur.
Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə (1988)
== Məzmun == Burada Əlcəzair xalqının müstəmləkəçilik buxovlarından azad olunması uğrunda apardığı mübarizədən danışılır. == Film haqqında == Kütləvi səhnələrdə Şamaxı rayonu kənd sakinləri və Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələri iştirak etmişlər. Film rejissor Dedo Mate-Koconun və operator Xud Bucamanın diplom işidir.
Fatimə Alkərəmova
Fatimə Alkərəmova (26 iyun 2002) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Fatimə Alkərəmova Azərbaycanı 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində 58.42 saniyə nəticə göstərdi və 40-cı pillənin sahibi olub. Fatimə Alkərəmova 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medala sahib oldu. Daha sonra Fatimə Alkərəmova Azərbaycanı Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında təmsil edib. 200 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində mübarizə aparan Fatimə Alkərəmova 2:08.99 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən əsasən Fatimə Alkərəmova final mərhələsinə vəsiqə qazana bilmədi.
Fatimə Arsanova
Fatimə Arsanoviç Arsanova (çeç. Арсановa, Петима́т Арсанович ;1898, Vladiqafqaz – 1918, Qroznı, Terek vilayəti) — hərbi tibb bacısı, Rusiyada vətəndaş müharibəsinin iştirakçısı. Çeçenistanın Xalq Qəhrəmanı. == Həyatı == Fatimə Arsanova 1898-ci ildə Vladiqafqazda Köhnə Atağı kəndindən olan milliyətcə çeçen Arsanbekin və Səlimənin (beno qəbiləsinin nümayəndəsi) ailəsində anadan olub. Onun qardaşı məşhur çeçen yazıçısı Səid bəy Arsanovdur. Fatimə Arsanovanın atası Arsanbek tez-tez inqilabi mübarizədə iştirak etdiyinə görə həbs olunurdu. Gənc Fatimə atası kimi inqlabçılara rəğbət göstərirdi. O, 1917-ci ildə tibb bacısı kurslarını bitirərək, könüllü Qırmızı Ordu sıralarına qatılmışdır. 1917-ci ildə Fatimə özünümüdafiə dəstəsinə üzv götürülür. Gizli fəaliyyət göstərən dəstədə o, ən çətin tapşırıqlarını öz üzərinə götürür və əlaqələndirici rolunu icra edirdi.
Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023, Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == === Təhsil === Fatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub. 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır. === Sahibkarlıq fəaliyyəti === 1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb.
Fatimə Cinnah
Fatimə Cinnah ( فاطمہ جناح‎;30 iyul 1893, Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967, Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan Pakistan siyasətçisi, diş həkimi, dövlət xadimi və Pakistanın qabaqcıl qurucularından biri. Məhəmməd Əli Cinnahın kiçik bacısı idi. 1923-cü ildə Kəlkətə Universitetindən bir diş həkimi dərəcəsi aldı və daha sonra Pakistanın ilk qubernatoru olmuş böyük qardaşı Məhəmməd Əli Cinnahın yaxın adamı və məsləhətçisi oldu.Britaniya Hindistanın güclü bir tənqidçisi, iki millət nəzəriyyəsinin güclü bir müdafiəçisi və Ümumdünya Hindistan Müsəlman Liqasının lider üzvü olaraq ortaya çıxdı. Pakistan müstəqillik əldə etdikdən sonra Cinnah, yeni qurulan ölkədə miqrant qadınların məskunlaşmasında ayrılmaz rol oynayan Pakistan Qadınlar Liqasını qurdu. Qardaşının ölümünə qədər ən yaxın köməkçisi olaraq qaldı. Ölümündən sonra Fatiməyə 1951-ci ilə qədər millətə müraciət etmək qadağan edildi; onun 1951-ci ildə millətə etdiyi radio müraciəti Ləyaqət Əli Xan rəhbərliyi tərəfindən ağır senzura edildi. 1955-ci ildə "Qardaşım" kitabını yazdı, ancaq Fatiməni "anti-millətçi material" da günahlandıran qurum tərəfindən senzura görə yalnız 32 il sonra, 1987-ci ildə nəşr olundu. Hətta kitabın əlyazmasından sadəcə bir neçə səhifə çıxarıldı. Cinnah, 1965-ci ildə hərbi diktator Eyyub xana qarşı prezident seçkilərində iştirak etmək üçün özünün təyin etdiyi siyasi istefadan çıxdı. O, siyasi partiyaların konsorsiumu tərəfindən dəstəkləndi və hərbi tərəfindən siyasi fırıldaqlara baxmayaraq Pakistanın ən böyük iki şəhəri olan Kəraçi və Dəkkə (Banqladeş) qalib gəldi.
Fatimə Fətəliyeva
Fatimə Müshəfi
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var.. Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi.
Fatimə Rəhbər
Fatimə Rəhbər (fars. فاطمه رهبر‎; 1964, Tehran – 7 mart 2020, Tehran) — İran parlamentinin deputatı. == Həyatı == Fatimə Rəhbər 1964-cü ildə Tehranda doğulub. İran parlamentinə fevralda keçirilmiş seçkilərdə deputat olmuşdur. Seçkilərdən dərhal sonra koronavirusa yoluxmuşdur. 7 mart 2020-ci ildə koronavirus xəstəliyindən Tehranda vəfat etmişdir.
Fatimə Sultan
Fatimə Sultan (tatar Fatıymasoltan, Фатыймасолтан, فاطمه سلطان‎) (vəfatı 1681) — müstəqil xanbikə (kraliça) və 1679-cu ildən 1681-ci ilə qədər Qasım xanlığının son hökmdarı. == Həyatı == 1627-ci ildə vəfat edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu üçün Seyyid Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum təyin edilmişdilər. Fatma Sultan Qasım xanlığının tanınmış ruhanilərindən və Şah Qul ailəsindən olan Seyyid Ağ Məhəmmədin qızı idi. Çox keçmədi ki, ruslar yeni hiylələr qurdular. Onlar Seyid Bürhanı gələcəkdə çarın qızı ilə evləndirmək üçün əsas şərt kimi onun xristianlığını qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi xoş qarşıladı, amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək lazım gəldiyini irəli sürərək təklifi rədd etdi. 1633-cü ildə çar Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox ehtimal ki, elə o zamandan onu ortodoks kilsə ayinləri ilə tanış etməyə başlamışlar.
Fatimə kitabı
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var.. Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi.
Fatimə təsbihatı
Fatimə təsbihatı — şiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua. == Demək sifarişi == Fatimənin təsbihatı belə deyilir 34-dəfə:Allahu Əkbər (ərəb. ٱللَّٰهُ أَكْبَرُ‎) 33-dəfə:Əlhəmdulillah (ərəb. ٱلْحَمْدُ لِلَّٰهِ‎) 33-dəfə:Sübhənəllah (ərəb. سُبْحَانَ ٱللَّٰهِ‎) == Tasbihat deyilməsinin şərtləri == Hz. Zəhranın (s) təsbihini deməyin şərtləri vardır: Hər şeydən əvvəl, sayısı nə azaldılmalı, nə də artırılmalıdır. Yəni sıra və sayı belə olmalıdır: "Allahu Əkbər" əvvəl 34 dəfə, sonra 33 dəfə "əl-Həmdulillah" və son olaraq 33 dəfə "Subhanallah" deyilməlidir. Buna görə də, müstəhəb bir iş olsa belə, sayında heç bir dəyişiklik olmadan olduğu kimi söylənilməlidir. İkincisi: zikir ürəkdən deyilməlidir. Üçüncüsü: təsbeh namazdan dərhal sonra olmalıdır.
Fatimə İbrahimbəyova
== Həyatı == Fatimə Rüstəm qızı İbrahimbəyova 6 noyabr 1974-cü ildə Bakıda anadan olub. 1991-ci idə Xarici Dillər İnstitutuna qəbul olunub. 2 il orada təhsil aldıqdan sonra ÜDKİ-nin rejissorluq fakültəsinə daxil olub (1993). Ssenarist və rejissor Rüstəm İbrahimbəyovun qızıdır.
Göyçək Fatimə
Həzrəti Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Xaya artımı
Xaya artımı — retortaya bənzər bir üzvdür. Genez cəhətcə tam ayrı olub fizioloji və anatomik cəhətcə xaya ilə sıx rabitədədir. Bunun qalınlaşmış yuxarı ucu — xaya artımı başı, orta hissəsi — xaya artımı cismi və nazik aşağı ucu — xaya artımı quyruğu adlanır. Xaya artımının yuxarı ucunda xaya artımı appendiksi yerləşmişdir. Bu armudabənzər, 3,0 mm böyüklükdə, sulu maye ilə dolubir qovuqcuq kimidir və özü də orta böyrəyin rudiment halında qalmış qalığıdır. Divarları nazik birləşdirici toxumadan təşkil olunmuşdur və daxili səthi silindrəbənzər epitel ilə örtülüdür. Xaya artımı appendiksinə ancaq 30% hallarda təsadüf olunur.
Şartım (Uçalı)
Şartım (başq. Шартым, rus. Шартым) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 30 km, kənd sovetliyindən (Səfər): 6 km. ən yaxın dəmiryol stansiyasından (Şartım): 0 km.
Fatimə darvazası
Fatimə darvazası və ya Yaxşı hasar keçidi — Livan və İsrail arasında keçmiş sərhəd keçidi. Livan tərəfdə Kəfr-Kilə kəndinə yaxın, İsrail tərəfdə isə Metuladan qərbdədir. Keçid 1982–2000-ci illərdə Cənubi Livan münaqişəsinin sonunda İsrailin Livandan çəkilməsindən sonra bağlanmışdır. Bura 2000-ci ilin yayından bəri Livandan İsrailə çoxlu antiisrail nümayişləri və transsərhəd daş atma meydanı olmuşdur.
Artım dağı
Artım dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 2734,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində şimal-qərb istiqamətli fay qırılması müşahidə edilir. Şimal-şərq yamacında Kələki lay dəstəsinin süxurları Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərilə yarılmışdır, qərb yamacında isə andezibazalt tərkibli intruziv kütlə açılır.
Artım modelləri
Artım sürəti
Eksponent artım
Eksponent artım — artım sürəti kəmiyyətin özü ilə mütənasib olduqda kəmiyyətdəki artım. Eksponensial qanununa tabedir. Eksponensial artım daha yavaş (kifayət qədər uzun müddət ərzində) xətti və ya güc asılılıqları ilə ziddiyyət təşkil edir. Bərabər fasilələrlə ayrı-ayrı tərif sahəsi olduqda, buna həndəsi artım və ya həndəsi parçalanma da deyilir (funksiyanın dəyərləri həndəsi bir irəliləyiş əmələ gətirir). Eksponensial artım modelini maltuzian artım modeli olaraq da bilinir. == Xüsusiyyətlər == Hər hansı bir dərəcədə böyüyən bir miqdar üçün dəyər nə qədər yüksək olarsa, o qədər sürətli böyüyür. Bu da asılı dəyişənin böyüklüyü və artım sürətinin birbaşa mütənasib olduğunu göstərir. Ancaq eyni zamanda, hiperbolikdən fərqli olaraq, üstel əyri heç vaxt sonlu bir müddətə sonsuzluğa getmir. Nəticədə, eksponent artım, hər bir eksponent artımdan və üstəlik, hər hansı bir xətti artımdan daha sürətli olur. == Riyazi yazısı == Eksponent artım diferensial tənliklə təsvir olunur: d x d t = k x {\displaystyle {\frac {dx}{dt}}=kx} Diferensial tənliyin həlli — eksponent funksiyadır ( a = 1 {\displaystyle a=1} və k = 1 {\displaystyle k=1} eksponent olur): x = a e k t {\displaystyle x=ae^{kt}} == Nümunələri == Eksponensial artımın nümunə olaraq resurs məhdudiyyətlərindən əvvəl koloniyada bakteriya sayında artım ola bilər.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.