XATİMƏ

is. [ ər. ]
1. Son, axır.
□ Xatimə çəkilmək – son qoyulmaq, bitirilmək.
[Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn.

Xatimə çəkmək – son qoymaq, tamamlamaq, bitirmək. Səfərə çıxmaq həvəsinə xatimə çəkdim.
Xatimə vermək – bitirmək, tamamlamaq, nöqtə qoymaq.
[Qoca Sərdara:] Mən istəyirəm ki, iş uzanmasın, biz [düşmənin] işinə xatimə verək. P.Makulu.

2. Kitabın axırına əlavə olunan və əksərən onun xülasə və nəticəsini təşkil edən hissə.
Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XATİMƏ xatimə bax 1. son; 2. epiloq
XATIRLATMAQ
XATİR

Digər lüğətlərdə

беспоро́дность выплыва́ть забира́ние инферна́льный метео... обрати́мый подсве́чивание русиза́ция эндеми́ческий я́лик безуса́дочный ныть отката́ться самофинанси́роваться экскава́торщик black haw fundamental lamp-glass leady Manchuria protection topping-up бентонит достать расклинить