Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Tool
Tool — Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan "Aenima" ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Spin
Spin — ABŞ rok qrupu Tigers Jaw(en)-ın beşinci studiya albomu. 19 may 2017-ci ildə Black Cement tərəfindən buraxılıb.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Geomorfoloji Skil
Geotektonik skil
Sain (Nir)
Sain (fars. سايين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (50 ailə).
Sakin Cabarov
Sakin Həmid oğlu Cabarov — fizika elmləri doktoru, dosent. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini. Sakin Cabarov 30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Ailəlidir, bir oğlu bir qızı vardır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. 1990–2000-cu illərdə Xaçmaz rayonu Q. Mövlanov adına Dədəli kənd orta məktəbində orta təhsilini almışdır. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış və həmin fakültəni Fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistraturasında təhsil almış və Kvant elektronikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun fəlsəfə doktorluğu üzrə 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə doktoranturada təhsil almış, 2012-ci ildə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərdə struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə dosent elmi adı almışdır.
Skif incəsənəti
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV-VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və “skif heyvan üslubu”dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82- 2 m) tapılıb.
Skif padşahlığı
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Skif süitası
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Smin zirvəsi
Smin zirvəsi (bolq. връх Смин, ‘Vrah Smin’ \'vr&h 'smin\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 850 m hündürlüklü qaya zirvəsidir. Zirvə Luis Filipp yaylasından cənub-şərqdə yerləşmişdir. Zirvə şimal-şərqi Bolqarıstanda yerləşən Smin şəhərinin adını daşıyır. Smin zirvəsi 63°38′17″ c. e. 58°18′53″ q. u. koordinatlarında yerləşmişdir. Hoçstetter zirvəsindən 2.69 km cənub-qərbdə, Levassor nunatakından 10.06 km şimal-qərbdə, Çoçoveni nunatakından 3.87 km şimalda, Drenta sıldırımından 6.61 km şimal-şərqdə yerləşmişdir.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Səin (Səreyn)
Səin (fars. سيين‎) və ya Simin — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 839 nəfər yaşayır (179 ailə).
The Shin
The Shin — (gürcü dilində. შინ, (Şin) — «Ev yolu») gürcü və alman jazz triosudur. Jazz və etno-jazz ifa edir. Musiqiçilərin özləri "iber-qafqaz jazz" stilində çalmağı öyrəniblər. The Shin vətənində ən populyar jazz musiqi qrupudur. 1994-cü ildə Almaniyada yaşamış və işləmişdir. 1998-ci ildə bu musiqi qrupu yaranmışdır. Bir neşə jazz festivallarının laureatı olmuşdur. 1992-ci ildə Zaza Miminoşvili Gürcüstanda ən yaxşı gitaraçı kimi mükafatlandırıldı. Qrup üzvləri: Zaza Mininoşvili (gitaraçı), Zurab Qaqnidze (bas-gitara, vokal), Mamuka Qaqanidze (vokal, perkusiya, gitaraçı) Mariko Ebralidze ilə qrup Gürcüstanda "Avrovideniya 2014"-da "Three Minutes to Earth".
Əkin anaqllis
Əkin artişoku
Əkin cırhavucu
Əkin cırhavucu (lat. Pastinaca sativa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Bu bitkiyə təbiətdə yabanı halda Avropa, Türkiyə, Qafqazda, Qərbi Sibirdə rast gəlinir. Əkin cırhavucu demək olar ki, hər yerdə becərilir.. Əkilən mədəni bitki (yabanı rast gəlinmir) olub, çoxəsrlik seleksiya nəticəsində əmələ gəlmişdir. İkiillik bitkidir. Birinci ili kökətrafı yarpaqları əmələ gəlir. Yoğun və şirin kökü olub, hündürlüyü 2m-ə bərabərdir. İri yarpaqlarının uzunluğu 20 sm, mürəkkəb lələkvari olmaqla, uzun saplaqdan ibarətdir. Çiçəkləri yaşılımtıl-sarıdan, tünd-qonur rəngə qədər dəyişir.
Əkin düyüsü
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur: Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib) Aptitude — mətn və əmr rejimlərində Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer KPackage — KDE iş masası üçün komponent apt-get boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
Hughes Tool Company
Hughes Tool Company (1895-1929) Hovard Robard Hyuz tərəfindən 20 yaşında olarkən neft emalı üçün yaradılmışdır. 1924-1929-cu illərdə oğlu Howard Robard Hughes Jr. tərəfindən idarə olunmuşdur. 1929-cu ildə kiçik Howard Robard Hughes şirkətin bağlı olduğu Standard Oil Company şirkətini 10 milyon dollara satmışdır.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Azra Akın
Azra Akın (8 dekabr 1981) — 2002 Türkiyə gözəli seçilmiş və sonra Miss World Dünya Gözəllik Müsabiqəsində dünya gözəli seçilmiş maneken , model ve aktrisa. Hollandiyada balet, rəsm və musiqi kimi sənət sahələrində təhsil almışdır.
.goog
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Byol
Byol (fr. Biol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38044. Kommunanın 1999-cı il üçün əhalisi 1203 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 438 ilə 691 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
COBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. Роберт Грейвс.
Hook.
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.
İonol
İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol — lipofilik üzvi maddə, fenollar sinfinin nümayəndəsi, antioksidant olaraq kimya sənayesində geniş istifadə olunur. Texniki ionol — sarı rəngdə tozdır, təmiz formada isə — ağ tozdır. İonolu Fridel-Krafts reaksiyası nəticəsində p-krezolun izobutilenlə alkilləşməsindən almaq olar: Bundan əlavə, turşu katalizatorları olmadıqdada alkilləşdirmə yolu ilə əldə edilə bilər. İonol izopentanda, benzoda,spirtlərdə, asetonda, mürəkkəb efirlərdə yaxşı həll olunur. Suda və 10% natrium hidroksiddə həll olunmur. Kimyəvi xüsusiyyətlərinə görə ionol, E vitamininin sintetik bir analoqudur. İonol, peroksid radikallarını hidroperoksidlərə çevirən hidrogen atomunun donorudur. R O O ⋅ + A r O H → R O O H + A r O ⋅ {\displaystyle {\mathsf {ROO\cdot +ArOH\rightarrow ROOH+ArO\cdot }}} R O O ⋅ + A r O ⋅ → P {\displaystyle {\mathsf {ROO\cdot +ArO\cdot \rightarrow P}}} burada R — alkil və ya aril qrupudur, ArOH — ionol və ya fenol antioksidantı, P- fenolun oksidləşməsi nəticəsində alınan qeyri-radikal və passiv məhsuldur. İyonolun xərçəng riski ilə əlaqəsi haqqında mübahisələr var. Bəzi araşdırmalarda artımı, bəzilərində riskin azalması göstərilir.
Baraxayevka (Askın)
Baraxayevka (başq. Барахаевка, rus. Барахаевка) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Askın kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 6 km, kənd sovetliyindən (Askın): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 118 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (36 %), başqırdlar (35 %) üstünlük təşkil edir.
Bazansat (Askın)
Bazansat (rus. Базанчатово, başq. Баҙансат) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılfa kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 52 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 50 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (26 %), başqırdlar (72%) üstünlük təşkil edir.
Başqırdıstan (Askın)
Başqırdıstan (başq. Башкортостан, rus. Башҡортостан) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (71 %), tatarlar (29 %) üstünlük təşkil edir.
Bilqeş (Askın)
Bilqeş (başq. Билгеш, rus. Бильгиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 33 km, kənd sovetliyindən (Kaşka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 133 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100 %) üstünlük təşkil edir.
Daşlıgöl (Askın)
Daşlıgöl (başq. Ташлыкүл, rus. Ташлыкүль) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Könqək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 52 km, kənd sovetliyindən (Könqək): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 130 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100%) üstünlük təşkil edir.
Dulıbevka (Askın)
Dulıbevka (başq. Дулыдевка, rus. Дульцевка) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Urmiyaz kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 32 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 117 km.
Dəulət (Askın)
Dəulət (başq. Дәүләт, rus. Давлятовка) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Petropavlovsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 14 km, kənd sovetliyindən (Kaşka): 47 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 101 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (62 %) üstünlük təşkil edir.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. Şaşqın | 2006 | Zeynəb rolunda Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Fatih Akın
Fatih Akın (25 avqust 1973[…], Hamburq) — türk mənşəli alman kinorejissor və ssenarist. Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Li Çhol-Sın
Li Çul-Seunq (29 iyun 1972) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Li Çul-Seunq Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Li Çul-Seunq Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. 1925-cü ildə Santyaqoda yaranmışdır.
Qoqol
Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь doğulanda Yanovski, 1821-ci ildən - Qoqol-Yanovski; 1822-ci ildən - Qoqol; 20 mart [1 aprel] 1809, Soroçintsı, Mirqorod rayonu, Poltava quberniyası - 21 fevral [4 mart] 1852, Moskva) - rus nasir, dramaturq, tənqidçi, publisist, rus ədəbiyyatının klassiklərindən biri kimi tanınır. Qoqol-Yanovskilərin köhnə "malorus" zadəgan ailəsindən idi. V.Belinskinin və N.Çernışevskinin fikrincə, Qoqol ədəbi hərəkatın - 1840-cı illərin “təbii məktəb”inin əsas mərhələsinin banisi oldu; müasir tədqiqatçılar onun rus və dünya ədəbiyyatına böyük təsiri olduğuna inanırlar. Mixail Bulqakov, Fyodor Dostoyevski, Rünoske Akutaqava, Flanneri Okonnor, Franz Kafka və bir çox başqaları Qoqolun yaradıcılığının təsirini etiraf etdilər. Nikolay Vasilyeviç Yanovski 1809-cu il martın 20-də (1 aprel) Poltava və Mirqorod rayonlarının (Poltava quberniyası) sərhədində, Psel çayı yaxınlığındakı Soroçintsı şəhərində anadan olmuşdur. Nikolay adı Müqəddəs Nikolayın şərəfinə verilmişdi. Ailə üzvlərinin dediyinə görə, o, köhnə kazak ailəsindən olub və guya Zaporojye Polşa-Litva Birliyinin Sağ Sahil ordusunun hetmanı Ostap Qoqolun nəslindən olub. Onun əcdadlarından bəziləri də zadəganları incidirdi və Qoqolun babası Afanasi Demyanoviç Qoqol-Yanovski (1738-1805) rəsmi qəzetində yazırdı ki, “onun Qoqol soyadlı əcdadları polyak millətindəndir”, baxmayaraq ki, əksər bioqraflar onun "malorus"olduğuna inanırdılar. Fikirlərini V.V.Veresaev tərəfindən tərtib edilmiş bir sıra tədqiqatçılar hesab edirlər ki, Ostap Qoqolun nəsli Afanasi Demyanoviç tərəfindən zadəganlıq əldə etmək üçün saxtalaşdırıla bilərdi, çünki keşiş nəsli zadəganlığa daxil olmaq üçün keçilməz bir maneə idi.