Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərbaz
Sərbaz-İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Sərbaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,047 nəfər və 234 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cəbbar (islam)
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Cəbbar Qaryağdıoğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Sərbaz şəhristanı
Sərbaz şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Rasək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 150,890 nəfər və 29,094 ailədən ibarət idi.
Əl-Cəbbar
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
İbn Əbbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba — Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər. Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
Əbülfəzlil Əbbas məscidi
Əbülfəzlil Əbbas məscidi və ya Göyçay şəhər Mərkəz məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1902-ci ildə tikilmişdir. Dini abidənin memarı Zivər bəy Əhmədbəyovdur. Əbülfəzlil Əbbas məscidi Göyçay şəhərinin mərkəzindədir. Tikilmə tarixi 1902-ci ilə aiddir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov vermişdir. Layihə İraqın Nəcəf şəhərindən getirilib. Əvvəllər məscidin yerində palçıqdan tikilmiş kiçik məscid mövcud olmuşdur. Lakin həmin məscid 1896-cı ildə dağıdılıb. 1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli daha bir bina tikilib.
Həbbab ibn əl-Əratt
Həbbab ibn əl-Əratt (587, Nəcd – 658, Kufə, ərəb. خبّاب بن الأرت‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı. == Bioqrafiya == Bənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur. Həbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər Məkkəli müşriklər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da Məkkəli olmadığı və heç bir Məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Həbbabın mövqeyini çətinləşdirirdi.
Jamel Debbuz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
İhsan Əl-Şehbaz
İhsan Əl-Şehbaz (ing. Ihsan Al-Shehbaz, 1939, İraq) — İraq mənşəli ABŞ botaniki, Harvard Universitetinin fəlsəfə üzrə doktoru; Kələmçiçəyikimilər bitki fəsiləsinin sistematikası üzrə mütəxəssisdir. K. Mummenhoff, & O. Appel 2002. Cardaria, Coronopus, and Stroganowia are United with Lepidium (Brassicaceae) // Novon 12:5–11 2003 Notes on some species of Stroganowia transferred to Lepidium (Brassicaceae)//Harvard Papers in Botany, 7, 465–466. M. A. Beilstein, & E. A. Kellogg 2006. Systematics and phylogeny of the Brassicaceae (Cruciferae): an overview Pl. Syst. Evol. 259: 89–120 Beilstein M, Al-Shehbaz IA & Elizabeth A. Kellogg 2006. Brassicaceae phylogeny and trichome evolution.