Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nabalus
Nabalus (lat. Nabalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Nabalus acerifolius Maxim. Nabalus alatus Hook. Nabalus albus (L.) Hook. Nabalus altissimus (L.) Hook. Nabalus angustilobus (C.Shih) Sennikov Nabalus asper (Michx.) Torr. & A.Gray Nabalus autumnalis (Walter) Weakley Nabalus barbatus (Torr. & A.Gray) A.Heller Nabalus bootii DC. Nabalus carrii (Singhurst, O'Kennon & W.C. Holmes) Weakley Nabalus crepidineus (Michx.) DC. Nabalus faberi (Hemsl.) Sennikov Nabalus glaucus (Raf.) DC. Nabalus leptanthus (C.Shih) Sennikov Nabalus mainensis (A.Gray) A.Heller Nabalus nipponicus Franch. & Sav.
Şabalıd
Şabalıd (lat. Aesculus) – sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur. Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir.
Adi şabalıd
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.
Aşağı Şabalıd
Aşağı Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. Aşağı Şabalıd kəndi şimaldan Dağıstanla sərhəddir. Aşağı Şabalıd Şəki rayonunun İncə inzibati ərazi vahidində kənd. Murdarçayın sahilindədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə ərazidə yetişdirilən Şabalıd bitkisinin adındandır. == Tarixi == Kəndin tarixi qədimdir. Kənddə olan toponimlərə görə kənd e.ə. IV-V əsrdə salınıb. Kəndin yuxarı başında Kilsə Burnu adlanan ərazi var ki, bu da burada yaşayan insanların zərdüşlükdən sonra xiristian dininə sitayiş etməsini bildirir. VII-X əsirlərdə ərəblər Azərbaycana gəldikdən sonra əhali islam dinini qəbul etmişdir.
Babarud (Urmiya)
Babarud (fars. بابارود‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 615 nəfər yaşayır (125 ailə).
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.
Oleq Xabalov
Oleq Xabalov — Aktyor; Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti. == Həyatı == Oleq Timofeyeviç Xabalov 1933-cü il aprelin 21-də anadan olmuşdur. 1958-ci ildə Şimali Osetiyadakı Şukin adına Ali teatr məktəbini bitirmişdir. Bundan sonra isə Rusiya Teatr İncəsənəti İnstitutunu rejissorluq fakultəsindən məzun olmuşdur. Oleq Xabalov Moskvadakı "Romen" Qaraçı Teatrında aktyor və rejissor kimi fəaliyət göstərmişdir. O, rejissor olaraq Jan Lui Ronkoroninin "Kişilər bazar günü", İvan Rom-Lebedevin "Yolda", Nikolay Çerkaşinin "Gitarasız tabor", V. Rayskinin "Ovsunlar" və Roman Sonçevin "Qayıdış" tamaşalarını səhnələşdirmişdir. Onun quruluş verdiyi "Dövlət evində söhbət" adlı tamaşa isə xüsusi ilə böyük uğur qazanıb. Tamaşada rejissor olmaqla bərabər Oleq Xabalov həm də Stanislav Rodionovun "Kriminal istedad" povestinin motivlərini də yenidən işləyib. Ümumiyətlə, teatr fəaliyətinin sonrakı dövründə Oleq Xabalov bir çox rollarda "Trianalı Karmen"də Xose Qarsiya, "Qaramı"da Budulay, "Gilasın rəngi"ndə Monti, "Başçı"da Ujvo rolunu ifa edib. Yaradıcılığını sonucu nümunələri olan "Qaraçı Afrikadada qaraçıdır" (1996) və "Tabor oteli" (2001) tamaşalarında həm aktyor, həm quruluşçu rejissor və həm də dramaturq kimi çalışıb.
Xazarud mahalı
Xazarud və ya Xazayurd mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Azay sultan idi. == Əhalisi == 1821-ci ildə 2 oba (Haputlu və Şıxlı) və 7 kənddə (Mican, Qalınçaq, Xanağalı, Qalagah, Uştal (Üştala), Yenikənd, Uruşan) 551 ailə yaşayırdı. == İqtisadiyyatı == Xazayurd mahalının sakinləri əkinçilik, bağçılıq və baramaçılıq, ipəkçilik, ilə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Yeyilən şabalıd
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.
Şabalıd banketi
Şabalıd banketi — 30 oktyabr 1501-ci il tarixində Roma papası VI Aleksandrın oğlu Çezare Borcia tərəfindən Papa sarayında keçirilən keçirilən və orgiya ilə əlaqədar olan qonaqlıq. Banket haqqında məlumatlar ilk dəfə apostol protonotarisi və Apostol sarayının seremonimeysteri İohann Burkardın "Liber Notarum" adlı gündəliyində verilmişdir. Müasir tarixşünaslar belə bir hadisənin baş vermədiyini irəli sürür. == Tarixi == İohann Burkard bildirir ki, banket Çezare Borcianın Apostol sarayındakı mənzilində keçirilmişdir. Banket qonaqlarının əylənməsi üçün mənzilə 50 fahişə və kurtizanka çağırmışdır. Burkard səhnəni belə təsvir edir: == Həmçinin bax == Borciya ailəsi == Mənbə == === İstinadlar === === Ədəbiyyat === John (Johann) Burchard, Pope Alexander VI and his Court: extracts from the Latin diary of the Papal Master of Ceremonies, 1484–1506; ed. F. L. Glaser, New York, 1921 Barbara W. Tuchman, The March of Folly. New York: Knopf, 1984; p. 106 ISBN 0-394-52777-1; another issue has ISBN 0-349-13365-4 Burgo Partridge, A History of Orgies, Bonanza Books, 1960, p.
Aşağı Şabalıd bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Şabalıd bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xabad-Or-Avner təhsil mərkəzi
Xabad-Or-Avner təhsil mərkəzi — Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi. == Haqqında == 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak ediblər.Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır.450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir.İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu 2016-cı il dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir. == Həmçinin bax == Azərbaycan yəhudiləri == İstinadlar == == Xarici keçidlər == Benyamin Netanyahunun 13 dekabr 2016-cı ildə “Xabad-Or-Avner” təhsil mərkəzini ziyarət etməsi.