Aşağı Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun ərazisində kənd.[1] Aşağı Şabalıd kəndi şimaldan Dağıstanla sərhəddir.
Aşağı Şabalıd | |
---|---|
41°17′04″ şm. e. 47°05′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 547 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 678 nəfər |
Aşağı Şabalıd Şəki rayonunun ərazisində kənd. Murdarçayın sahilindədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə ərazidə yetişdirilən Şabalıd bitkisinin adındandır[2].
Kəndin tarixi qədimdir. Kənddə olan toponimlərə görə kənd e.ə. IV-V əsrdə salınıb. Kəndin yuxarı başında Kilsə Burnu adlanan ərazi var ki, bu da burada yaşayan insanların zərdüşlükdən sonra xiristian dininə sitayiş etməsini bildirir. VII-X əsirlərdə ərəblər Azərbaycana gəldikdən sonra əhali islam dinini qəbul etmişdir. Hal-hazırda bu misionerlərin nəslindən olan övliyaların qəbirləri qalmaqdadır. XX əsrin əvvələrində kənddə 4 böyük məscid və 5 su dəyirmanı olmuşdur. Bu dövürlərdə kənddə 30-a qədər Həcc ziyarətinə gedib-gəlmiş insanlar olmuşdur.
Kənd əhali sayına görə kiçik olsa da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdir. Bunlardan biridə qədim musiqi aləti olan qara zurnada ifanın geniş yayılmasıdır.
Kənddən olan zurnaçı ifaçilarindan İlham və Xurşud Xəlilovlar, Süleyman Salahov, Camaləddin İsmayılov, Qismət Kərimov və başqaları bu ifanın ustalarıdır. Kəndin mədəniyyət evi, kitabxanası, feldşer-mama məntəqəsi fəaliyyət göstərir.Həmçinin nağaranın mahir ifaçıları Yusibov Qabil və İsmayılov Məmməd olmuşdur.
Asağı Şabalıd Şəki rayonunun şimali qərbi Böyük Qafqaz dağlarının cənubunda yerləşir. Aşağı Şabalıd toponimi Şabalıd adından götürülüb. Üç tərəfdən dağlarla əhatə olunub.Qabaq hissəsindən Şin çayı axır. Kənd XX əsrin birinci yarısında Şin çayı tərəfindən tamamən dağıdılmışdır. Dağların qoynunda yerləşən kəndin hündürlüyü okean səviyyəsindən 650 m-dir. Ən hündür yeri Güllü təpədir – 1820 m. Kənd iki dağ dərəsi arasında yerləşir. Aşağı Şabalıd kəndi mülayim iqlim qurşağında yerləşir. İqlim tipi- yağıntıları ilboyu bərabərpaylanan mülayim isti tipdir. Kəndin iqlimi və təbiəti turizm üçün çox gözəl şərait yaradıb.
Aşağı Şabalıdın əhalisi 678 nəfərdir. Kəndin əhalisi azərbaycanlılardan ibarətdir.
Aşağı Şabalıd kəndində SSRİ dağılana qədər iqtisadiyyatının əsasını tütünçülük təşkil edir, ümumi gəlirinin 87.6 faizi onun payına düşürdü. İkinci gəlir sahəsi heyvandarlıq olmuşdur. Hal-hazırda kəndin əsas gəlir mənbəyi yenə də heyvandarlıq və tərəvəzçilikdir.
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |