Baş Şabalıd

Baş ŞabalıdAzərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd.[1]

Baş Şabalıd
41°18′12″ şm. e. 47°07′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 792 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1000+ nəfər
Rəsmi dili
Xəritəni göstər/gizlə
Baş Şabalıd xəritədə
Baş Şabalıd
Baş Şabalıd

Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir[2].

Kənd 1930-cu illərdə 10 min kişi və qadının əldə silah sovet hakimiyyətinə qarşı qalxmış üsyanda əsas rol oynamışdı və bu səbəbdən bölgədə xüsusi nüfuza malikdir.[3]

Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar.

Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur. Hazırkı məktəbin yerində qədim bir tikili vardır. Bu tikili vaxtilə mədrəsə kimi fəaliyyət göstərmişdir. Sonralar bu bina sovet hakimiyyəti illərində anbar, sonralar isə yenidən məktəb kimi istifadə olunmuşdur. XX əsrin 20-30- cu illərində kənddə 40 nəfərdən artıq şagird təhsil alırdı. Əhali İslam dininə inanır. Burada Şeyx Əhməd ziyarətgahı yerləşir. Kəndin müxtəlif yerlərində Alban kilsələri indiyədək qalmaqdadır. Yalnız bu kəndə məxsus danışıqda işlənən bəzi sözlər Türkiyə əhalisinin danışığı ilə uyğunluq təşkil edir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəki rayonunun şimal-qərbində kiçik bir kənd. Bir çıxış nöqtəsi var, üç tərəfdən dağla əhatə olunub. Çıxışında yerli camaat dilində "Quruçay" adlı çay var. Qışda qarlı, yayda isə sərin hava olur. Hətta kəndin içindən bir neçə balaca çaylar axır. Şəki rayonunda ən çox şabalıd ağacının olduğu kənddir.

900 nəfərdən artıqdır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Şeyx Əhməd - övliya
  • Molla Mustafa — 1930-cu il bolşeviklərə qarşı baş vermiş Şəki üsyanının rəhbəri.
  • Müzəffər İdris oğlu - kəndin ilk müəllimlərindən
  • Yusif Şükürlü (Şükürov) — Fizika-riyaziyyar elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi əsasən təsərrüfatda əkinçilik və maldarlıqla məşğul olur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. Qrant, Bruce Grant Bryus. "Ziyarətgahlar və Hökmdarlar: Azərbaycan Kəndində Həyat, Ölüm və Din (1-ci hissə)". Baku Research Institute (az.). 2024-05-21. 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.