QONUR

sif. Şabalıd rəngli, açıq-qəhvəyi. Qonur at. Qonur torpaq.
– Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü … bir igid görmədinmi? M.Rzaquluzadə.

Etimologiya

  • QONUR Şabalıdı, kəhər, açıq-qəhvəyi rəngə qonur (rusca: карий, бурый) deyirik. Bu söz köymək feili zəminində əmələ gəlib və “qor rəngində olan” deməkdir
QONUM-QONŞU
QONURGÖZ
OBASTAN VİKİ
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Qonur kaftar
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qonur qızılquş
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qonur söyüd
Qonur yosunlar
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır. Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksə­riyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görü­nü­şü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaq­ların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir.
Himalay qonur ayısı
Himalay qonur ayısı (lat. Ursus arctos isabellinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Pamir, Tyan-Şan və Himalay dağları ərazisində yayılmışdır. Qonur ayıların orta ölçüyə malik yarımnövüdür. Uzunluqları 140 sm, çəkiləri isə 300 kq olur. Bununla belə aralarında iri fərdlərə də rast gəlinir. Buna misal kimi Moskva şəhərinin zooparklarının birində 2005-ci ildən 24 yaşlı (2017) bir fərd yaşayır. Bu fərdin çəkisi 700 kq-dır. Hər şeylə qidalanırlar. Əsas fərqləndirici xüsusiyyəti ön ətraflarında uzun və parlaq caynaqların olmasıdır.
Kaliforniya qonur ayısı
Kaliforniya qonur ayısı (lat. Ursus arctos californicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Yarımnöv haqqında son məlumat 1922-ci ilə aiddir. Kaliforniya ştatının rəmzi sayılır. Hətta ştatın bayrağında təsvir edilmişdir. Bəzən bu canlıları Kaliforniya qızılı ayısı adlandırırlar. Yayıldığı regionda ekosistemik qorunmasında mühüm rol oynayırdı. Burada hindularla birgə ərazini paylaşsalarda öz populyasiyasını davam etdirirdilər. Ağ adamların gəlişi ilə isə sayları tədricən azalmışdır. Kütləvo ovlanma sayəsində kəsli kəsilmişdir.
Meksika qonur ayısı
Meksika qonur ayısı (lat. Ursus arctos nelsoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. XX əsrin 60-cı illərində nəsli kəsilmişdir. Ölçüləri olduqca iri olmuşdur. Uzunluqları 1.82 sm, çəkisi isə 318 kq olmuşdur. Qısa qulaqlara və enli alına sahib idilər. Caynaqları ön ətraflarda 80 mm təşkil edirdi. Rəngi parlaq, özü isə bir az əyri idi. Bu canlıların rəngi isə parlaq-qızılıdan, tünd sarıya qədər dəyişirdi. Əvvəllər Amerikanın arizona və Nyu-Meksika ştatları ərazisindən kaliforniya yarımadasının şimalına qədərki Meksika ərazilərə yayılmışdılar.
Qobi qonur ayısı
Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır. Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar.
Qonur Qafqaz malı
Qonur Qafqaz malı — yerli Qafqaz cinsi ilə Şvis cinsinin cütləşdirilməsi nəticəsində yaradılmış cütdırnaqlı heyvan. Əsasən Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan) yetişdirilir. Ümumiyyətlə cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri açıq müşahidə edilir. Şvis malında qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən onların əsasında yaradılan cinslərdə qonur rənglilik dominantlıq edir. Qonur Qafqaz cinsinin yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu mühüm rol oynamışdır. Bu cins Azərbaycan SSR-də dağlıq və aran rayonlarda üstük cins kimi qəbul edilərək çoxaldılmışdır. Bu cinsin rəsmi təsdiqi 1960-ci ildə həyata keçirilmişdir. Əsasən ətlik-südlük istiqamətli olaraq düşünülmüşdür. Qonur, açıq və tünd qonur rəngli olurlar. Belində ağ zolaq və ağız ərtafında ağ haşiyə Şvis cinsindən keçmədir.
Qonur kiçik sufərəsi
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Qonur dağ-meşə torpaqları
Qonur dağ-meşə torpaqları — rütubətli, mülayim-isti iqlim şəraitində, enliyarpaqlı meşələr altında formalaşmış torpaq tipidir. Boz-meşə torpaqları ilə müqayisədə qonur-meşə torpaqlar daha tünd rəngə malikdirlər. Bunun başlıca səbəbi bütün torpaq horizontlarında gilli mineraların və dəmir oksidin toplanması ilə bağlıdır. Azərbaycanda qonur dağ-meşə torpaqlar dağlıq zonal, rütubətli, dəniz səviyyəsindən 900-2000 m arasında Kiçik Qafqazın şimal və şimal-şərq, Böyük Qafqazın cənub və şərq yamaclarında, Lənkəranın orta dağ zonasında geniş massivlər şəklində yayılmışdır. Ərazidə mülayim isti rütubətli iqlim tipi hakimdir. Burada havanın orta illik temperaturu 8-120C, orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir. Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır. Bu torpaqların yaxşı strukturası vardır. Humus qatında 3-7% humus olur. Yuxarı horizontlarda humusun miqdarı 5-8% təşkil edir.
Apennin qonur ayısı
Apennin qonur ayısı (lat. Ursus arctos marsicanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Əsasən İtaliya ərazizində, Apennin dağları bölgəsində yayılmışlar. Qonur ayıların elə də böyük olmayan yarımnövüdür. 95-150 kq çəkiyə və 190 sm boya malik olurlar. Hər şeylə qidalanırlar. Hər ayının özünə məxsus ərazisi olur. == Həyatı == Bu canlılar balalarının vəhşi təbiətdə qalması 50 %-dir. Belə vəziyyətdə 20 il müddətində yaşaya bilirlər (qapalı vəziyyətdə daha çox) == Qorunması == Nəslinin kəsilməsi yüksəkdir. Təbiətdə cəmi 50—80 arası fərd qalmışdır.
Avstraliya qonur qırğısı
Avstraliya qonur qırğısı (lat. Accipiter fasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Boz-qonur torpaqlar
Boz-qonur torpaqlar — kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni olmayan torpaq tipi. Bu torpaq tiplərinə əsasən isti ərazilərdə rast gəlinir. == Morfoloji tərkibi == Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir, lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1–0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır.
Sibir qonur ayısı
Sibir qonur ayısı (lat. Ursus arctos collaris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Sibirin böyük ərazisində yayılmışdır. Arel Yeniseyin şərq sahillərindən başlayaraq Sintszyan-Uyğur Muxtar Rayonundan tutmuş Qazaxıstanın şərq sərhədlərinə qədər uzanır. Sibir qonur ayıları 2.5 m uzunluğa, ayaqüstə isə 1.5 m hündürlüyə malik olurlar. Ən çəkili heyvanlar 700 kq-dan çox olmuşdur. Adətən erkəklər 400–500 kq, diçilərsə 300 kq çəki verirlər. Sibir qonur ayılrı qonur ayılarının ən iri yarımnövlərindən biri hesab edilir. Bu onların qısa qışa malik ərazilərdə yaşaması ilə əlaqədardır. Bütün qonur ayılara xas bədən quruluğu vardır.
Tibet qonur ayısı
Tibet qonur ayısı (lat. Ursus arctos pruinosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Tibet yaylasının şərqində yayılmışdır. Qonur ayıların ən az yayılmış yarımnövüdür. Təbiətdə olduqca az görülür. Avropada bir neçə dərisi və skeleti vardır. 1854-cü ildə qeydə alınmışdır. Tibet qonur ayısı bəzən Qobi qonur ayısı (Ursus arctos gobiensis) ilə eyniləşdirilir. Onların relik canlı olmararı əsas gətirilir. Ancaq terioloqlar Vladimir Sokolov və Viktor Orlov bu iki ayı başlarının bir-birinə oxşamamasını bildirirlər.
Qırmızı-qonur itburnu
Qırmızı-qonur itburnu (lat. Rosa rubiginosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Kiçik qonurdişi
Qafqaz qonurdişi
Qafqaz qonurdişi lat. Sorex caucasica Yereşənlər (lat. Soricidae) fəsiləsinə aid olan növdür. Orta ölçülüdür. Azərbaycanda əldə edilmiş 56 fərdin kütləsi 6,3 -13,1 qram, bədənin uzunluğu 66,9 - 74,8 mm, quyruğu 35,5 – 43,0 mm, pəncəsi 10,0 -13,2 mm olmuşdur. Arealı Qafqazı və Kiçik Asiyanın qonşu rayonlarını əhatə edir. Azərbaycanda Böyük və Kiçik Qafqazda d.s. 1700–2000 m –dən hündürlüklərdə yayılmışdır . Respublika ərazisində 2 yarımnövün olması mümkündür (lat. S.c.caucasica və lat.
Qonurbaş qalxansifət
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.
Qonurboğaz ərincək
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır. Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var.
Qonurqanad
Qonurqanad (lat. Pluvialis) — çovdarçılar fəsiləsinə aid quş cinsi.. Pluvialis cinsi, 1760-cı ildə Fransız zooloqu Mathurin Jacques Brisson tərəfindən Avropa qızıl yonğusu (Pluvialis apricaria) növü olaraq tanıdıldı.
Qonurqanad susüpürən
Qızılxallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Qızılı qonurqanad
Qızılı qonurqanad (lat. Pluvialis apricaria) — çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.

Digər lüğətlərdə