Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Xalkisli Aristobul
Xalkisli Aristobul (q.yun. Ἀριστόβουλος; I əsr – bilinmir) — Kiçik Ermənistan çarı. == Həyatı == Aristobul Xalkisli İrodun oğlu idi. 54-cü və ya 55-ci ildə Roma imperatoru Neron Aristobulu Kiçik Ermənistanın hökmdarı elan etmişdir. Aristobul bu vəzifədə 72-ci ilə, Ermənistanın Roma imperiyası tərəfindən tutulmasına qədər qalmışdır. 60-cı ildə romalılar ilə Ermənistan arasında gedən müharibə zamanı Aristobul Romanın tərəfində vuruşmuş və buna görə qələbədən sonra Nerondan Ermənistandan ələ keçirilən yeni torpaqları almışdır. İosif Flavinin qeydlərinə görə, Aristobulu öz qoşunları ilə Korbulonun başçılığı ilə 58–63-cü illər Parfiya–Roma müharibəsində iştirak etmişdir. Aristobulu bu xidmətinə görə mükafat olaraq Kiçik Ermənistanı almışdır. Aristobulusun arvadı Salome ilə üç övladı olmuşdur. O, 92-ci ildə vəfat etmişdir.
Mohsen Xalili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Landsxut varislik müharibəsi

İspaniya Varislik Müharibəsi
İspaniya Varislik Müharibəsi (1700-1715) İspaniya kralı II Karlosun ölümündən sonra Avropa ölkələri arasında ispan torpaqlarının paylaşılması mövzusundakı anlaşılmazlıq səbəbi ilə baş vermiş müharibədir. Böyük bir miras buraxacaq olan ispan kralı II Karlosun 1700-cü ildə ölümü Avropanı yeni bir müharibə təhdidi ilə qarşı-qarşıya buraxdı. Çünki Hollandiya və İtaliyanın bir qismi ilə Braziliya xaricində Cənubi Amerika, Böyük Antillər, Bülbül Adaları və Filippinə qədər uzanan İspaniya Müstəmləkə İmperiyasının paylaşılması əsas mövzu idi. 1700-1715 illəri arasında bir çox müharibə və mübarizələrə səbəb olan İspaniya Varislik Müharibəsinin Avropa və dünya tarixi cəhətindən önəmli xüsusiyyətləri və nəticələri vardır: 1. Profesyonal ordular tərəfindən gerçəkləşdirilən bir müharibələr seriyasıdır. Bu səbəblə gələcəyin müharibələrinin xarakteristikalarını əks etdirir. 2. Müharibənin səbəbi dini olmaqdan çıxıb siyasi-iqtisadi bir ölçü qazanmışdı. Mübarizədə dəniz gücünün üstünlüyü ciddi rol oynamışdı. 3. Dünya Müharibəsi deyilə biləcək ilk müharibədir. Avropanın öndə gələn dövlətlərindən əlavə olaraq, dənizin o biri tayındakı ölkələri də içinə almışdır. Avropaya yeni bir status qazandıracaq və ölkələrin gələcəyinə təsir edəcək olan ispan kralı II Karlosun ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə” belə idi: “İspaniya torpaqlarının bütövlüyü pozulmadan XIV Luisin nəvəsinə qalacaq, ancaq Fransa və İspaniya taxtları birləşdirilməyəcəkdir.
Mohammad Taqi Xalili
Mohammad Taqi Xalili (d. 1976, Maydan, Vərdək vilayəti, Əfqanıstan) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən) == Həyatı == Mohammad Taqi Xalili 1976-ci ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur. == Təhsili == Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür. Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == 2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir. Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur.
Drakula 3: Varislik (film, 2005)
Drakula 3: Varislik (ing. Dracula III: Legacy) — 2005-ci ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 3: Varislik — Internet Movie Database saytında.
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Talışlı
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Haftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd". == Coğrafiyası və iqlimi == Talışlı Talış dağlarının ətəyində yerləşir.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhəşim Talışlı

Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. === Həyatı === 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhaşım Talışlı Müsafir

Mir Həsən xan Talışlı
Mir Həsən xan Mir Mustafa xan oğlu Talışlı — Talış xanlığının (1812-1826) hakimi. == Həyatı == Bu tarixi şəxsiyyətə Iran və Rus tarixçiləri müxtəlif damğalar vurublar. Çünkü Mir Həsən Xanın adı Iran və Rus müstəmləkələrində Azadlıq simvoluna cevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ile onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdiler. Yadelli işğalçılara qarşı vuruşmalarda ad-san qazanan Mir Həsən Xanın sərkərdə məharəti haqqında rus tarixçisi, akademik B.A.Dorn yazır: "1832-ci ildə son Talış xanlarından Mir Mustafa xanın oğullarından biri olan Mir Həsən xan öldu. Ruslara qarşı vuruşmalarda ləqəb kimi o "Döyüşçülərin ən öncülü" adını qazanmışdı.” Iranlılar isə döyüş vaxtı öz xanlarına deyirdilər: "Sərkərdə, Mir Həsən xan kimi olar". Mir Həsən xanın döyüşlərini öz gözləri ilə görən, həm də onun mirzəsi olan 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özunün "Əxbarnamə" əsərində yazır: "Şir ovlayan Mir Həsən Xan kimi dünyada hələ belə bir oğul doğulmayıb, bundan sonra da doğulmayacaqdır.” Mir Həsən Xan atasının vəfatından sonra, 1814-cü ilin avqust ayında Rusiya tərəfindən Talışa Xan təyin olunur. 1821-ci ildə Çar Aleksandr tərəfindən ona polkovnik hərbi rütbəsi verilir. Bu haqda o dövrün tarixçilərindən olan Seyidəli Kazım bəy oğlu öz "Cəvahirnameyi-Lənkəran" əsərində yaıir: "Mir Mustafa xanın ölümündən sonra əlahəzrət Rus imperatorluğunun rəhbərləri Talış hökumətinin idarəçiliyini Mir Həsən Xana həvalə etdilər. Ona polkovnik rütbəsi verdilər.....
Mir Mustafa xan Talışlı
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). == Həyatı == Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.