Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novruz xonçası
Novruz — bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Bayram ərəfəsində müxtəlif cür adət-ənənələrlə rastlaşmaq olar. Küsülülərin barışması, qapılara qulaq asmaq, yumurtanın döyüşdürülməsi, papaq atma və başqa inanclar bu günləri əyləncəli edir. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır. Bəs bayram xonçası necə bəzədilməlidir?
Qoncalı
Qoncalı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim gəncəli türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ehtimal ki, mənşəcə Anadoludakı Qonça kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
Yoncalı
Yoncalı (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Yoncalı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 1990-cı illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.[mənbə göstərin] Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı — son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir.
Yoncalı abidəsi
Yoncalı abidəsi — Şəki rayonunun Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə məxsus yaşayış yeri və nekropolu. Abidə hündür təpə üzərində 10 ha yaxın sahəni əhatə edir. Yoncalı abidəsi Əyriçay hövzəsində, Şəkinin Fazıl kəndinin cənub-qərb tərəfindəki Yoncalı adlanan hündür təpədən ibarət torpaq sahəsində yerləşir. Yoncalı abidəsi üst və mərkəzi olaraq əsas iki hissəyə bölünür. Mərkəzi hissə Yoncalı I, üst hissə isə Yoncalı II olaraq adlanır. Yoncalı I şərti olaraq bəzən "Qəbirüstü" kimi də qeyd olunur. Qəbirüstü hissə bir tərəfdən Əyriçayla, qərb və şimal-qərb tərəfdən isə bataqlıqla əhatələnir. Yoncalı abidəsi keçən əsrin 90-cı illərində arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmış və arxeoloji tədqiqatları aparılmışdır. Abidədə əsaslı arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Folklor İnstitutunun təşkil etdiyi ekspedisiya (Nəsib Muxtarovun rəhbərliyi altında) tərəfindən 2013-2015-ci illərdə həyata keçirilib. 2013-cü illərdə aparılan arxeoloji tədqiqatlar abidənin dəqiq xronoloji tarixinin müəyyən olunmasına yeni töhfələr vermişdir.
Xançali gölü
Xançali (gürc. ხანჩალი) — Gürcüstan ərazisində göl. Xançali gölü Gürcüstanın ucqar cənub nöqtəsində yerləşir. Göl Ninosminda bölgəsinin Samtsxe-Cavaxeti diyarında yerləşir. Gölün adı yaxınlıqda yerləşən Didi-Xançali kəndindən götürülüb. Göl səthinin ümumi sahəsi 13,3 km², uzunluğu — 6,5 km, eni — 2,5 km-dir. Çox da böyük olmayan bu gölün dərinliyi də azdır — 0,8 m. Xançali gölü dəniz səviyyəsindən 1927,7 metr yüksəklikdə yerləşir. Göl Axalkalaki yaylasının cənubunda, vulkan mənşəli çuxurda formalaşıb. Sahil xətti zəif parçalanıb və parçalanma əmsalı 1,38-dir.
Yoncalı (Marağa)
Yoncalı (fars. ‎‎‎يونجالو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (10 ailə).
Yoncalı (Nəmin)
Yoncalı (fars. يونجالو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 836 nəfər yaşayır (163 ailə).
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır. Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd. Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdə ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Mikayıllı (Xocalı)
Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşmiş olmuşdu. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Naxçıvani (Xocalı)
Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir. XX əsrin əvvələrində bu kənd uğrunda erməni yaraqlıları ilə Azərbaycan Xalq Cumhuriyyətinin Silahlı Qüvvələri arasında hırbui toqquşmalar olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər kimi göstərilib.
Qarabulaq (Xocalı)
Qarabulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş ailələrin Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olmuş və ermənilər tərəfindən Aknaxbür adlandırılmışdır. 7 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. 2005-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarabulaq kəndinin əhalisinin faktiki sayı 557 nəfər, qeydiyyatdakı əhalinin sayı 578 nəfər təşkil edirdi.
Qayabaşı (Xocalı)
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Qızıloba (Xocalı)
Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. Qızıloba kəndi Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını Qarmirküg (qırmızı kənd) adlandırmışdılar. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qızıloba kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 170 nəfər təşkil edirdi.
Qışlaq (Xocalı)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Borçalı
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Qarapapaq'ların gəlməsi ilə şəkillənib. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan–İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Boşçalı
Boşçalı — Azərbaycan Respublikasının Yevlax rayonunun Tanrıqulular inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Gürcüstanın Borçalı mahalından gəlmiş ailələrin saldığı güman edilir. Etnotoponim olması da mumkundur. Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir. Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Türkiyə ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir. Hal-hazırda İmişli rayonunda Boşçalılar kəndi var.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Seyidbəyli (Xocalı)
Seyidbəyli (əvvəlki adı: Seyidişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Xocalı qırğını
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Xocalı türbəsi
Xocalı türbəsi — Xocalının qədim məzarlığında, Xocalı kurqanları sahəsində yerləşən abidə. XIV əsrə aid Xocalı abidəsidir. Yonulmuş ağ daşlardan tikilmiş abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır. Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi" adlı layihə davam edir və bildirilibki, layihə çərçivəsində növbəti material Xocalı türbəsinə həsr olunub. https://armenianvandalism.preslib.az/az_khojaly.html https://medeniyyettv.az/az/news/1259/qarabag-medeniyyetimizin-besiyi-xocali-turbesi.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır. Seymur Aydın oğlu Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi.
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Xoalı
Xoalı (vyet. Hoa Lư) — Vyetnamın keçmiş paytaxtı, Daykovyetin siyasi, iqtisadi və mədəni mərkəzi idi (X əsr). Xoalı üç Vyetnam sülaləsinin yarandığı yerdir: Din, Erkən Le və Li. Köhnə şəhər xarici və daxili qalalar da daxil olmaqla təxminən 300 hektar əraziyə malikdir, dağlarla əhatə olunmuşdur. Kral Li Konq Uan 1010-cu ildə paytaxtı Txanlonq şəhərinə köçürmüşdü. Köhnə Xoalı qalası dağıdılmışdır və şəhərin ən erkən tarixi abidələri Din sülaləsinə – X əsrin ikinci yarısına aiddir. Xoalıda Din Tyen Xoanq və oğullarının məbədləri, Le Day Xanyuya, kraliça Zıonq Van Nqa və oğullarına həsr olunmuş Le məbədi var. İnzibati cəhətdən qədim Xoalı şəhəri Ninbin vilayətinin eyniadlı mahalında yerləşir. Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Quang Vinh, Vua Lê Đại Hành (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 1998. Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Đức Hòa, Cờ Lau Vạn Thắng Vủỏng (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 2005.
Dəmirli (Borçalı)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Eyvaz Borçalı
Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986). == Həyatı == Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993).
Gürcü xingalı
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Müşfiq Borçalı
Məmişlər (Borçalı)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Qamışlı (Borçalı)
Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir. Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər. Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.
Qaracalar (Borçalı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaratikan (Borçalı)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Qaratəpə (Borçalı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qonçalo Quedes
Qonçalo Manuel Qançinyo Quedes (29 noyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Quedes Portuqaliyanın Benavente şəhərində anadan olmuşdur. Quedes 2005-ci ildə Benfika FK klubunun gənclər sisteminə daxil olmuşdur. Gənclər komandasında iştirak etməyə başlamışdır. Quedes öz peşəkar karyerasında debütünü 19 aprel 2014-cü ildə Benfika B klubu ilə 2013-14 Sequnda Liqa oyununda Portu B komandasına qarşı oyunda etmişdir. Quedes Benfikanın əsas komandası ilə debütünü 18 oktyabr 2014-cü ildə Portuqaliya Kubokunun üçüncü mərhələsində Sportinq da Kovilya komandasına qarşı oyunda etmişdir. O, Premyer Liqada debütünü isə 4 yanvar 2015-ci ildə Penafiel klubuna qarşı oyunda etmişdir. O, əlavə vaxtda Limanı əvəz etmiş və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır. Quedes 4 iyulda 2014-15 Sequnda Liqasında İlin İstedadlı Futbolçusu mükafatına layiq görülür. Quedes ilk qoluna 26 sentyabr 2015-ci ildə liqa oyununda Paçoş de Ferreyra klubuna qqarşı oyunda imza atmışdır.
Qoçulu (Borçalı)
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Qudro (Borçalı)
Qudro (gür.: g.ə. ყუდრო, l.ə. ğudro) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 100%-i ermənilərdən ibarət 43 nəfər (23 nəfəri kişilər, 20 nəfəri qadınlar) əhali yaşayır.
Saraçlı (Borçalı)
Saraçlı, Mamxuti — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər – Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur. 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir. Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.
Sarvan (Borçalı)
Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır. Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir. Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi.
Borçalı (dəqiqləşdirmə)
== Yaşayış məntəqələri ==
Oncallı
Oncallı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Oncalı adının dəyişikliyə uğramış variantı hesab edilir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Əhməd xan tərəfindən yaradılmış kəndlərdən biridir. Tədqiqatçılar oykonimi qıpçaqların əncə tayfasının adı ilə bağlayırlar. Oncallı kəndinin yaşayış məskəni kimi məskunlaşma tarixi XIV əsrə aid edilir. Kəndin adı qıpçaq türklərinin incəli (orta əsr rus salnamələrində ançebiçi kimi qeyd olunub) tayfasının adı ilə bağlıdır. Bu adla İncəçay (hidronim) və İncəli kəndi (Şəki rayonu ərazisində) və Gürcüstan ərazisində İnçxevi (İncə dərəsi) kimi bir cox toponimlər mövcuddur. Saruxan şəhəri (Ukraynanın indiki Xarkov şəhəri) mərkəz olmaqla vaxtilə mövcud olmuş qıpçaq xanlığına daxil olan tayfa birliklərindən biri olmuşdur (Xarkov şəhərinin adı Saruxan adından götürülmüşdür). XII əsrdə Atrak adlı qıpçaq xanının başçılığı altında Dəryal keçidindən keçərək bu ərazidə məskunlaşdıqları məlumdur. Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi bu kənddə yerləşir.
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Xocaylı
Xocaylı (özb. Xoʻjayli, qaraq. Xojeli) — Özbəkistanın Qaraqalpaqıstanda şəhər, Xocaylı rayonunun inzibati mərkəzi. Vodnik şəhər qəsəbəsi Xoceyli şəhər hakimliyinə (meriya) tabedir. Xocaylı (Xoca Eli) şəhərinin tarixi indiyədək xüsusi tədqiq edilməmişdir. P. P. İvanov, M. Yuldaşev, A. Sadıqov, Ya. Qulyamov, S. K. Kamalov, Yu. Bregel, O. Jalilov, V. N. Yaqodin, M. Mambetullaev, T. Xocayeva, Q. Xocaniyazov, M. Ş. əsərlərində və tədqiqatlarında Kdırniyazov, M.Türebekov, X.Esbergenov, O.Yusupov, başqa tarixçi və arxeoloqlar Xoceyli mədəniyyətinin tarixi və tarixinin müxtəlif aspektlərini işıqlandırmışlar. Bu baxımdan, 500 ildən artıq müddətdə Amudəryanın sol sahilində çoxsaylı tarixi, sosial, mədəni və siyasi hadisələrin mərkəzi olmuş Xocayli şəhərinin keçmiş həyatına aid arxiv materialları böyük maraq doğurur. qaraqalpaqların, qazaxların, türkmənlərin və xorəzm özbəklərinin əsas bazarlarından.