Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi.
== Hərbi xidməti ==
Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.