Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoləzəy
Xoləzəy və ya Xoləzəy Alxaslı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Xoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti rayonun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (əsli Xolasay) "çayın qolu" deməkdir. Oykonim "çay qolu kənarındakı Alxaslı kəndi" mənasındadır. Digər bir yerli məlumata görə- xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Belə ki, xanəzək-xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var.
Xoruzlu
Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Xoruzlu Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.. Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar. Vəzir Orucov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Xoləzəy Alxaslı
Xoləzəy və ya Xoləzəy Alxaslı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Xoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti rayonun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (əsli Xolasay) "çayın qolu" deməkdir. Oykonim "çay qolu kənarındakı Alxaslı kəndi" mənasındadır. Digər bir yerli məlumata görə- xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Belə ki, xanəzək-xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var.
Hind xoruzu
Pirverdinin xoruzu
Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Xoruz (1977)
Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xoruz döyüşü
Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridir. Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilir. Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır. Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər. Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeri Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).
Xoruz (film, 1977)
Applikasiya filmidir. Film Abbas Makulunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Abbas Makulu Rejissor: Məsud Pənahi Ssenari müəllifi: Məsud Pənahi Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı : A.Abarenov, Sergey Dyojkin, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rəssam: N.Ağayeva, Hüseyn Cavid İsmayılov, Firəngiz Quliyeva Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Pirverdinin xoruzu (film, 1987)