Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. == Hərbi xidməti == Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. == Tarixi == Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. === Trendə çevrilməsi === Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri == Həyatı == Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. == Qaleriya == == Mənbə == Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Çudomir buxtası
Çudomir buxtası (bolq. залив Чудомир, ‘Zaliv Chudomir’ \'za-liv chu-do-'mir\) — 4.3 km uzunluğu olan və Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 3.4 km cənub-şərqdə yerləşmişdir. Pitt burnundan cənub-qərbdə, Kiten burnundan şimal-şərqdə yerləşmişdir.Buxta Bolqarıstanlı yazıçı Çudomirin (Dimitar Çorbajiski, 1890-1967) adını daşıyır. == Yerləşməsi == Çudomir buxtası 63°51′30″ c. e. 58°26′00″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Xudayar yüzbaşı Çələbiyanlı
Damir Atikoviç
Damir Atikoviç (17 fevral 1971) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Damir Atikoviç Xorvatiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Damir Cumhur
Damir Cumhur (bosn. Damir Džumhur; 20 may 1992, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı tennisçi və kinoaktyor. Üç ATP turnirinin qalibi (tək kateqoriyada). == Bioqrafiyası == 20 May 1992-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ailəsinin ilk övladı olmuşdur. Uşaqlıqdan Xuan Antonio Samaranç Olimpiya Sarayında tennis oynamaqla məşğul idi. Həm də xizək sürür və futbola həvəs göstərirdi. 2008-ci ildən bəri Damir yeniyetmələrin beynəlxalq tennis turnirlərində çıxış etmişdir. Bir neçə titul qazana bilmiş və 2010-cu ildə yeniyetmələrin dünya reytinqində 3-cü yerə çıxdı. Yeniyetməlik dövründəki ən böyük uğuru, 2010 Avropa Gənclər Çempionatındakı qələbsi, Sinqapurda 2010 Yay Gənclər Olimpiya Oyunlarında bürünc medalla yanaşı, 2010 Uimbldon turnirinin dörddəbir finalına yüksəlməsi oldu.
Damir Vəliyev
Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəsis. Fəlsəfə doktoru, professor. == Bioqrafiyası == 1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir.
Əziz Mahmud Xudayi
Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili – 1628, Konstantinopol) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib.Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir. == Həyatı == 1541-ci ildə Şərəfliqoçhisarda anadan olan şair mütəsəvvif, Cəlvətiyyə təriqətinin qurucusu Mahmud Xudayi uşaqlığını keçirdiyi Sivrihisarda ilk təhsilini almağa başladı.