TƏZƏLƏMƏK

bax yeniləmək. Xudayar bəy katda olan kimi lap dəyişildi.
Paltarını təzələyib, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. C.Məmmədquluzadə.
Həyatdakı siyasi, ictimai və iqtisadi dəyişikliklər Mirzağanın əski ruhunu təzələyə bilməmişdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏZƏLƏMƏK canlandırmaq
  • TƏZƏLƏMƏK yeniləşdirmək — dəyişdirmək — təravətləndirmək
TƏZƏLƏMƏ
TƏZƏLƏNMƏ

Digər lüğətlərdə