Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adi yağtikan
Çaytikanı
Çaytikanı (lat. Hippophae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinə aid bitki cinsi. Çaytikanı bitkisinin hündürlüyü 7 m. olur, nadir hallarda 15 metrə çatır. Tikanlı budaqlara malikdir. Çiçəkləri kiçik və bircinslidir. İkievli bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda iki-iki, beş-beş yerləşirlər. Meyvələri çəyirdəkmeyvədir, budaqlara yapışmış vəziyyətdə olurlar. Dünya miqyasında çaytikanının 3 növü yayılmışdır.
Adi çaytikanı
Murdarçayabənzər çaytikanı
Murdarçayabənzər çaytikanı (lat. Hippophae rhamnoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir. Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində bitir. Çaytikanı meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr-oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində (mart aprel ayına kimi) ağacda qala bilir. Meyvələri qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur.
Murdarçayarpaq çaytikanı
Tibet çaytikanı
Tibet çaytikanı (lat. Hippophae tibetana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.