Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Yanotu yarpaqyeyəni
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir. == Həyat tərzi == Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər. Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir.
Rozalin Sasmen Yalou
Rozalin Sasmen Yalou(19 iyul 1921[…], Nyu-York, Nyu-York ştatı – 30 may 2011[…], Bronks, Nyu-York ştatı)—1977-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmış Amerikalı həkim və alim. Bu mükafatı radioimmun (RİA) texnikasını inkişaf etdirdiyinə görə qazanıb. Gerti Koridən sonra Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanan ikinci qadın amerikalı alimdir. == Həyatı == Amerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olub. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində alıb, sonra isə Velten orta məktəbinə daxil olub. 1937-ci ildə o, Hanter-kollecinə (hazırda Nyu-York Universitetinin bir hissəsi) qəbul edilib. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın olub.
Damotu
Damotu (lat. Leonurus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi damotu (Leonurus cardiaca L.) Leonurus chaituroides C.Y.Wu & H.W.Li Leonurus deminutus V.I.Krecz. Göyümtül damotu (Leonurus glaucescens Bunge) Leonurus incanus V.I.Krecz. & Kuprian. Yapon damotu (Leonurus japonicus Houtt.) Leonurus kuprijanoviae Krestovsk. Leonurus macranthus Maxim. Leonurus mongolicus V.I.Krecz. & Kuprian. Leonurus nuristanicus Murata Leonurus panzerioides Popov Leonurus persicus Boiss.
Yalova
Yalova — Türkiyə, Yalova ilinin inzibati mərkəzi. Bugünki inzibati bölünməyə görə, mərkəz rayonla birlikdə 6 ilçədən ibarətdir. İlçələr; Yalova Mərkəz, Altınova, Armudlu, Çınarcık, Çiftlikköy və Termal. Yalovanın 6 ilçə bələdiyyəsi ilə birlikdə, cəmi 15 bələdiyyəsi var; Şəhərin əhalisi 2018 ilə görə 144.407 nəfərdir. 1937-ci ildə 21.000 olan əhali 1990-cı ildə 65.823-ə, 2000-ci ildə 70.118-ə, 2007-ci ildə isə 87.372 nəfərə çıxmışdır. Yalova, ərazi etibarilə Türkiyənin ən kiçik ilçəsidir və 105 km ilə dənizə ən uzun sahili olan turist ilçələrindən biridir. Yalova, səmərəli və bərəkətli torpaqlara malikdir. Çınarcık, Gökçədərə, Albalılı, Kılıçköy və Taşköprü ilə dəniz arasında bir-birindən alçaq təpəciklərlə ayrılan böyüklü kiçikli düzənliklər yaranıb. Bu düzənliklər, axar sular boyu uzanmaqda olub dairələrində meyvəçilik və tərəvəzçilik aparılır. == Tarixçəsi == Bölgədəki ilk yaşayışlar e.ə XVII-XV Əsrlərə aiddir.
Yağıotu
Yağıotu (lat. Epilobium) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Yağıotu:The Plant List saytında takson barədə məlumat.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Yalta
Yalta (ukr. Ялта, krımtat. Yalta) — Ukraynada kurort-şəhər, Qara dəniz sahilində liman. == Əhalisi == 1805-ci ildə — 300 nəfər. 1926-cı ildə — 28 811. 1939-cu ildə — 22 993. 1989-cu ildə — 89 000. 2001-ci ildə — 97 552. 2010-cu ildə — 136 339.
Adi damotu
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Amerika yenotu
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) - yağıotu cinsinə aid bitki növü.
Armudlu (Yalova)
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Armutlu, Yalova
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Bataqlıq yağıotu
Bataqlıq yağıotu (lat. Epilobium palustre) - yağıotu cinsinə aid bitki növü.
Beşpaycıqlı damotu
Beşpaycıqlı damotu (lat. Leonurus quinquelobatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Danışıq balonu
Danışıq balonu– Windows əməliyyat sisteminin tapşırıqlar zolağında hava şarı, yaxud karikaturalarda danışıq qabarcığı (SPEECH BUBBLE) formasında ekrana çıxan bildirişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ensizyarpaq yağıotu
Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Girdəağızcıq yağıotu
Girdəağızcıq yağıotu (lat. Epilobium sephalostigma) - yağıotu cinsinə aid bitki növü.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.
Müxtəlifyarpaq damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava xokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Paris Salonu
Paris Salonu (fr. Salon de Paris)) - 1725-ci ildə Fransanın paytaxtı Paris şəhərində açılmışdır. 1748 və 1890-cı illər arasında Paris Salonu dünyada ən məşhur əsərlərin sərgiləndiyi sərgi hesab olunurdu. 1881-ci ildə Fransa mədəniyyət qurumu tərəfindən sərgi yenidən təşkil edilmişdir.
Roma yaqutu
Roma yaqutu (ing. Ruby Roman) — dünyanın ən bahalı üzüm sortu. Bu üzüm növü yapon mütəxəssisləri tərəfindən kəşf edilib. Onun becərilməsi layihəsinə isə hökumət özü nəzarət edir. Qırmızı yaqut rəngdə olan gilələr çox böyükdür; onların biametri 3 santimetrə çatır və tərkibində yüksək dərəcədə şəkərin olması ilə seçilir. 2016-cı ildə Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda bu üzüm növünün bir salxımı 1,1 milyon yen və ya 11 min dollara satılmışdır. Hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.
Rəqs salonu
Rəqs salonu və ya rəqs zalı rəqs etmək üçün nəzərdə tutulmuş bir zaldır. XX əsrin ilk illərindən 1960-cı illərin əvvəllərinə qədər rəqs zalı diskotekanın və ya gecə klubunun məşhur sələfi olmuşdur. Ağır zərbəli bal rəqsi musiqisindən tutmuş big band, svinq və caz musiqi]]sinə qədər müxtəlif musiqilər geniş yayılmışdı. Rok-n-roll ilk dəfə gecə klubları ilə əvəz olunana qədər qısa müddət ərzində rəqs salonlarında oynanılmışdır.