Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “narıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir. Bir mənası da “parlaq” (сияющий) deməkdir; bu mənada yal kimi də yazılıb. Görünür alov (yalov) sözü ilə qohumdur və “od rəngində olan”deməkdir. “Разноцветный” mənasını əks etdirən ala sözü də bu fikrə haqq qazandırır. Deməli, al sözü rəng bildirən sifətdir və al qırmızı birləşməsindəki al sözü ilə qohumdur. Bəzilərinə görə, farsca “qıpqırmızı” deməkdir. Məncə, türk mənşəlidir və alov, ulduz kimi sözlərlə qohumdur, “od rəngi” deməkdir.
“Ön” deməkdir. Tatar dilində allı-artlı sözü “qabaqlı-dallı” (друг за другом) kimi izah olunur. Alın sözü də burdandır.
Ərəbcə “ailə”, “nəsil” deməkdir. Alosman “Osman nəsli”dir.
El arasında zahı qadınlar xəstələnəndə “hal aparıb” deyirlər. Sözün əsli aldır və ərəbcədir, “ifritə”, “qulyabanı”deməkdir.