Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Neoseiulus yanoi
Neoseiulus yanoi (lat. Neoseiulus yanoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Yanos Yakab
Yanos Yakab (23 iyul 1986) — Macarıstannı təmsil edən stolüstü tennisçi. Yanos Yakab Macarıstannı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yanov pendiri
Yanov pendiri (latış. Jāņu siers‎) və ya karavay pendiri (latış. ķimeņu siers‎) — zirə bitkisi əlavə olunan turş südlü pendiri, Latviya mətbəxinin ənənəvi yeməyidir, Yanov günü üçün hazırlanır. Pendir, Aİ-nin coğrafi yerini göstərən milli məhsulların reyestrinə daxil edilmişdir. Yanov pendiri ilk dəfə 1796-cı il tarixli yemək kitabında qeyd olunub: "Latviska pavāru grāmata; muižas pavāriem par mācību visādus kungu ēdienus gārdi vārīt un sataisīt". Yanov pendiri adı altında Latviyada yalnız altı şirkət pendir istehsal etmək hüququna (sertifikatlaşdırma) malikdir, onlar "Valmieras piens", "Dundagas pienotava", "Lazdonas piensaimnieks", "Rankas piens" və "Straupe" и "Jaunpils pienotava" şirkətləridir. Pendirin əsas maddələri kəsmik və təzə süddür, lakin digər məhsullar da əlavə oluna bilər. Ənənəvi olaraq, pendirə zirə bitkisi əlavə olunur. Süd qaynadılır və ona hissələrə kəsmik əlavə edilir. Qarışıq süd pıhtılaşana və zərdab yaranana qədər qarışdırılır və qızdırılır.
Yanoş Ader
Yanoş Ader (mac. János Áder, 9 may 1959) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti. Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu. Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır: 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur. O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi.
Yanoş Aran
Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judeçi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi. Ona tez-tez "balladaların Şekspiri" deyə xitab edirdilər – ən məşhur əsəri olan "Toldi trilogiyası" da daxil olmaqla yazdığı 102-dən çox ballada 50-yə yaxın dilə tərcümə edilmişdir. Avstriya imperiyasının Macarıstan Krallığında Salonta şəhərində anadan olmuşdur. Evin 10 övladından ən balacası idi, lakin ailədə mövcud olan vərəm xəstəliyinə görə bu uşaqlardan yalnız ikisi sağ qaldı. Anadan olanda böyük bacısı Sara artıq ailəlidi idi və valideynləri Aran və Sara Meqyerin 60 və 44 yaşları vardı. Yanoş erkən yaşlarında yazmağı və oxumağı öyrənmişdi; deyilənlərə görə kiçik yaşlarından macar və latın dilində oxumağı bacarırdı. Ailəsinin ehtiyac içində olduğu üçün 14 yaşından müəllim köməkçisi kimi işləməyə başladı. 1833-cü ildə Debreçen Universitetində alman və fransız dillərində təhsil almağa başladı, lakin tezliklə elmi həyatdan yoruldu və müvəqqəti olaraq bir aktyor truppasına qoşuldu. Daha sonra isə Salonta, Debreçen və Budapeşt şəhərlərində müəllim, qəzet redaktoru və katib vəzifələrində fəaliyyət göstərdi.
Yanoş Bayayi
Yanoş Boyayi (d. 25.12.1802 – ö. 27.01.1860) — Macar alimi, riyaziyyatçısı. Paralel xətlər haqqında Evklid aksiomunu isbat edən adam Yer kürəsi boyda briliyanta layiqdir. Farkaş Boyayi Yanoş Bayayi 15 dekabr 1802-ci ildə Kolojvar şəhərində, indiki Kluj-Napokan şəhərində Farkoş Boyanin ailəsində anadan olmuş macar riyaziyyatçısıdır. Onun atası Farkaş Boyayi K.F.Qausun dostu olmuş, onlar bir yerdə Höttingen universitetini bitirmişdilər. Yanoş fitri istedad sahibi idi. 13 yaşı olarkən o artıq planimetriya, stereometriya, triqonometriya, konik kəsiklər nəzəriyyəsi, diferensial və inteqral hesabını öyrənib böyük həvəslə daha mürəkkəb məsələlər üzərində düşünürdü. Evkilidin "Əsaslar" ını mütaliə edən Yanoş 5-ci postulat haqqında atasından belə bir söz eşitdi: Paralel xətlər haqqında Evklid aksiomunu isbat edən adam Yer kürəsi boyda briliyanta layiqdir. 1848-ci ildə Yanoş, çürük Avstriya-Macar imperiyasında gələcək inqilablar barədə yazırdı.
Yanoş Baçanyi
Yanoş Baçanyi (mac. Batsányi János; 9 may 1763, Tapolça[d] – 12 may 1845[…], Lins, Ens[d]) — macar şair. 1875-ci ildə ilk əsəri olan "Macarların valoru" adlı vətənpərvər ruhda yazılmış poemasını nəşr etdirdi. Həmin ildə Macarıstanın Koşitse şəhərinin xəzinəsində katib kimi işləməyə başladı və burada digər iki macar patriotu ilə birlikdə 1792-ci ildə hökumət tərəfindən fəaliyyəti dayandırılan Magyar Museum qəzetini redaktə elədilər. Növbəti ildə onu katib işindən kənarlaşdırdılar və 1794-cü ildə İqnaç Martinoviçin sui-qəsdində iştirak etdiyi üçün Kufştayn qalasında yerləşən dövlət həbsxanasına saldılar; burada iki il qaldı. Həbsdən azad edildikdən sonra Magyar Minerva ədəbi qəzetinin səhmlərinin bir hissəsini əldə etdikdən sonra Vyanaya getdi və orada bir bankda vəzifəyə sahib oldu. Qabriel Baumberq ilə ailə həyatı qurdu. Dörd il sonra Napoleonun Macarıstana ünvanladığı müraciətnaməni tərcümə etdi və bu anti-Habsburq hərəkətinin nəticəsi olaraq Parisə sığınmaq məcburiyyətində qaldı. Napoleonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra onu avstraliyalılara təslim etdilər. Onların icazəsi ilə şəhəri heç vaxt tərk etməmək şərti ilə Linz şəhərində məskunlaşdı.
Yanoş Bolyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Yanoş Boyyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Yanoş Göröç
Yanoş Göröç (mac. Göröcs János; 8 may 1939 – 23 fevral 2020, Budapeşt) — hücumçu və yarımmüdafiəçi mövqelerində çıxış etmiş Macarıstan futbolçusu və məşqçisi. Ən çox "Uypeşt" klubundakı çıxışları ilə tanınır, daha sonra "Tatabanya" futbol klubunda oynayıb. Macarıstan millisinin formasıyla keçirdiyi 62 oyunda 19 qol vurmağı bacarmışdır. Macarıstan komandası ilə birlikdə Göröç 1960 Yay Olimpiya Oyunlarında bürünc medal qazandı. Karyerasını bitirdikdən sonra "Uypeşt" klubunun baş məşqçisi olaraq təyin olunmuşdur və 3 il bu vəzifədə çalışmışdır.
Yanoş Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Yanoş Kadar
Yanoş Kadar (mac. János Kádár, 26 may 1912[…], Riyeka – 6 iyul 1989[…], Budapeşt) — Macar dövlət xadimi, siyasətçi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956–1988-ci illərdə Macarıstan Xalq Respublikasının rəhbəri olmuş kommunist rəhbər. Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də, Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. 14 yaşlı Yanoş çox keçmədən ailəsinin maddi vəziyyəti zəif olduğundan tezliklə təhsilini yarım qoyaraq maşın təmirxanasında işləməyə başlayır. 1927-ci ildə isə çap maşınlarının təmiri ilə məşğul olmağa qərar verir. Bu zaman Macarıstanda bu peşəni bacaran sadəcə 160 nəfər insan varidi. 1928-ci ildə Yanoş şahmat yarışlarının birində qalib olur və ona Fridrix Engelsin "Anti-Dürinq" əsəri hədiyyə edilir.
Yanoş Qaray
Yanoş Qaray (mac. Garay János; 10 oktyabr 1812, Seksard, Macarıstan krallığı – 5 noyabr 1853, Peşt[d], Peşt medyesi) — Macarıstan şairi və yazıçısı. Yanoş Qaray Tolna medyesinin Seksard şəhərində anadan olmuşdur. 1823-1828-ci illərdə Peç şəhərində orta təhsilini almışdır və 1829-cu ildə isə Peşt Universitetini bitirmişdir. 1834-cü ildə “Çatar” (Csatár) adlı qəhrəmanlıq poemasını yazdı. Qaray enerji dolu jurnalist idi və 1838-ci ildə Bratislava şəhərinə köçdü; burada “Hírnök” (Herald) jurnalında redaktələr edirdi. 1839-cu ildə Peşt şəhərinə geri döndü və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçildi. 1842-ci ildə Kişfaludi cəmiyyətinə qəbul edildi və burada ikinci katib kimi fəaliyyət göstərdi. Qaray Macarıstan ədəbiyyatını çoxsaylı lirik şeirlər, balladalar və nağıllarla zənginləşdirmişdir. İlk şeirlər toplusu Peşt şəhərində nəşr edilmişdir və 1845-ci ildə nağıllar toplusu Tollrajzok adl altında çıxmışdır.
Yanoş Vaqner
Yanoş Vaqner (mac. János Wagner; 20 aprel 1870 – 23 may 1955, Budapeşt) — Macarıstan botaniki. Yanoş Vaqner toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 1882. A budapesti Kir. magy. tud. egyetemi I. belgyógyászati kóroda épülete ... Karl Hoffmann, Julius Hoffmann, János Wagner, Sándor Mágócsy-Dietz. 1903.
Yanoş Vayda
Yanoş Vayda (mac. Vajda János; 7 may 1827, Peşt[d], Peşt medyesi – 17 yanvar 1897, Budapeşt) — macar şair və jurnalist. İlk poeziyası 1844-cü ildə Életkepek ictimai-ədəbi jurnalında nəşr olundu. Kişfaludi cəmiyyətinin üzvü idi.
Yanoş Xunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Yayoy Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Yayoy dövrü
Yayoi dövrü (弥生時代, Yayoi jidai) — Yaponiya tarixində eramızdan əvvəl 1000-ci ildən eramızın 300-cü ilinə qədər olan dövrü. Dünya tarixində bu, dəmir və tunc dövrünə uyğun gəlir. Yayoi mədəniyyətinin ilk sübutu Kyuşu adasında tapılıb. Əsrlər ərzində bu Honşü adasına da yayılıb. Dəmir və tunc Yaponiyada ilk dəfə təxminən eyni vaxtda istifadə olunmuşdu. Dəmir alət və silahlların hazırlanmasında, tuncu isə güzgü, xəncər, nizə kimi ənənəvi əşyaların hazırlanması üçün istifadə olunurdu. Yakoi alətlərinə kənd təsərrüfatı və başqa sahələrdə istifadə olunan baltalar və kərkilər, həmçinin ox ucluğu və qılınc kimi silahlar da daxildir.
Yoşioka Yayoy
Yoşioka Yayoy (吉岡 彌生, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır. 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.
Kişo Yano
Kişo Yano (d. 5 aprel 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Kyoko Yano
Kyoko Yano (d. 3 iyun 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 1 qol vurub.
Hirotake Yano
Hirotake Yano (矢野 博丈, Yano Hirotake, 19 aprel 1943, Pekin – 12 fevral 2024, Hiqaşihiroşima[d], Hiroşima prefekturası) – Yaponiya biznesmeni. "Daiso" diskaunter mağazalar şəbəkəsinin qurmuşdur. O, Yaponiyada dollar mağazası biznes modelinin qabaqcılı hesab olunur. == Həyatı == 1943-cü ildə Çində Koro Kurihara adı ilə doğulmuşdur. Beş qardaş və üç bacıdan ibarət ailədəndir. Katsuyo Yano ilə evləndikdən sonra soyadını dəyişdirmiş, bu qərarını "Kurihara soyadının biznes dünyası üçün yaxşı səslənməməsi" ilə izah etmişdir. 1967-ci ildə Çuo Universitetindən məzun olmuşdur. Məzun olduqdan sonra qayınatasının balıqçılıq şirkətində işləməyə başlasa da, bankrot olmuşdur. 1972-ci ildə Hiroşimadan Tokioya köçmüş və zibil emalı ilə məşğul olan şirkətdə işləyərək bəzi borclarını ödəmişdir. Atasının istəyi ilə Hiroşimaya qayıtmış və bir neçə işdə işləmişdir.
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Lanyo
Lanyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.